“MƏNİM HEÇ BİR UMACAĞIM YOXDUR” - İki gün əvvəl dünyasını dəyişən tanınmış rejissorun SON MÜSAHİBƏSİ
Rövşən Almuradlı: “Sənətdən nəsə uman, həyatını umaraq yaşayanlar həmişə asılı vəziyyətdə olublar”
“Afaq xanım dedi, prezident də aktyorların maaşını qaldırdı. Bəs 2-3 il sonra ölkəni növbəti böhran dalğası bürüsə, manat yenə dəyərdən düşsə, yenə gedib prezidentdən pul dilənəcəklər?”
“İnanın ki, o insanların hər birinin hansısa bir umacağı var. Bu vaxtadək bütün aldıqlarını - fəxri adları da, mənzilləri də, prezident təqaüdlərini də umub alıblar”
Redaksiyadan: İki gün əvvəl tanınmış rejissor və ssenarist Rövşən Almuradlı vəfat etdi. Mərhum ölümündən iki gün əvvəl sonuncu müsahibəsini “Hürriyyət”in əməkdaşına vermişdi. Çox təəssüf ki, o, bu müsahibəni oxuya bilmədi.
Rövşən Almuradlının müsahibəsini oxucularımıza təqdim edirik:
Son illər sənət adamları yaratdıqları ilə deyil, qalmaqallı çıxışları, qarşılıqlı təhqirləri ilə gündəmə gəlir. Bu da nə onlara, nə də ümumilikdə milli mədəniyyətimizə və incəsənətimizə başucalığı gətirmir. Özü də bunu edən təkcə sənət aləminə yeni gələn gənclər deyil, sənətdə saç ağardan, ad-san qazanan insanlar da belə xoşagəlməz hərəkətlərdən çəkinmirlər.
Özləri gəncləri tənqid etdikləri halda, heç də onlardan geri qalmırlar. Sözdə mənəviyyat keşikçisi olan ünlü sənətkarlar davranışları ilə gənclərə tamam başqa cür nümunə olur.
Bu məsələyə münasibət öyrənmək üçün tanınmış rejissor və ssenarist Rövşən Almuradlıya müraciət etdik. Azərbaycan mədəniyyəti üçün kifayət qədər xidmətləri olan, incəsənət aləmində öz sözünü deyən R.Almuradlı “Hürriyyət”ə bunları söylədi:
“Sənətdən nəsə uman, həyatını umaraq yaşayanlar həmişə asılı vəziyyətdə olublar”
“Mühit necədirsə, yaratdığı insanlar da odur. İnsan özü nədirsə, yaratdıqları, əməlləri də odur. Sənət müəllimim məşhur teatr rejissoru, keçmiş SSRi-nin xalq artisti Valentin Nikolayeviç Pluçek deyirdi ki, biz səhnəyə, ekrana içimizdə nə varsa, onu tökürük, bundan artıq heç nə deməyə qadir deyilik.
Sözüm ondadır ki, bu günkü mühitlə dünənki mühit arasında çox böyük fərq var. Bu gün mənəvi dəyərlər öz qiymətini itirir, daha doğrusu, dəyərlərin qiyməti dəyişir.
Dəyərləri dəyişdirən insanlar özləri də həmin dəyərlərə uyğun olaraq dəyişir. Buna görə də, əslində heç kəsi qınamağa dəyməz.
Təbii ki, bu gün fəxri adları ləyaqətlə alan, bu adlara layiq olan sənətkarlar var, amma fəxri ad sahiblərinin əksəriyyəti xalq tərəfindən seçilməyib, axı. Misal üçün, “Maşın şou”nun aparıcısı Murad Dadaşov. Onun yaratdığı dəyər nə idi ki, onu xalq artisti kimi yüksək fəxri ada layiq görüblər?
“Bu vaxtadək bütün aldıqlarını - fəxri adları da, mənzilləri də, prezident təqaüdlərini də umub alıblar”
Bu gün istər adlı-sanlı, təcrübəli, yetkin yaşlı sənətkarların, istərsə də sənətə yeni gələn gənclərin bir-birinə böhtan atmağı, qara yaxmağı, bir-birini təhqir etməyi, sizcə, nədən qaynaqlanır? Çünki o insanların umacağı var. Mənimsə heç bir umacağım yoxdur. O üzdən öz həmkarlarım haqda heç vaxt pis bir söz deməmişəm, demərəm də.
İnanın ki, o insanların hər birinin hansısa bir umacağı var. Bu vaxtadək bütün aldıqlarını - fəxri adları da, mənzilləri də, prezident təqaüdlərini də umub alıblar.
Daha bir misal gətirim. Afaq Bəşirqızı prezidentlə görüşdə deyib ki, sənət adamlarının maddi durumu ağırdır, maaşlar azdır, yaşamağa evləri yoxdu və s. Hamı da deyir ki, Afaq xanım qəhrəmandır, halbuki onun da umacağı var.
Yaxşı, Afaq xanım dedi, prezident də aktyorların maaşını qaldırdı. Bəs 2-3 il sonra ölkəni növbəti böhran dalğası bürüsə, manat yenə dəyərdən düşsə, yenə gedib prezidentdən pul dilənəcəklər?
Ümumiyyətlə, sənətdən nəsə uman, həyatını umaraq yaşayanlar həmişə asılı vəziyyətdə olublar.
“Mərhum aktyor Səməndər Rzayev həyatı boyu heç kəsdən heç nə ummadı”
Elə götürək Rasim Balayevlə Şəfiqə Məmmədovanı. Bu iki sənət adamının bir-birinə alıb-verəcəyi nədir? Rasim Balayev umurdu ki, mən də prezidentlə görüşə dəvət olunmalı idim, mən də orda öz sözümü deməli idim. Umacağına çatmayanda isə hirsini Şəfiqə Məmmədovdan çıxdı. Prezidentin zəngindən sonra isə özünə gəlib rahatlandı və Şəfiqə Məmmədovadan üzr istədi.
Mərhum aktyor Səməndər Rzayev həyatı boyu heç kəsdən heç nə ummadı. Can yandırdığı, özünə yaxın, doğma bildiyi sənət dostlarının indiyədək ona qarşı qısqanc münasibətini duyuram.
Çünki onlar həyatlarını uma-uma yaşadılar, əllərini açıb gözlərini yumdular. Ömürləri boyu dilənçilik etdilər: “Mənə ad ver, mənə ev ver, mənə mükafat ver, mənə təqaüd ver...”
Çox az aktyor tapılar ki, o, ağır dönəmlərdə, böhran illərində qapı-qapı düşüb pul yığmasın. Sənət aləmində buna “qamar etmək” deyirlər. Amma qamarı da kişi kimi edənlər vardı.
“Sənin dədən sənin kimi kəlpeysər böyüdüb, mənim dədəmsə mənim kimi istedad yetişdirib”
Sizə olan bir hadisəni danışım. Günlərin birində hansısa rayonun kolxoz sədri qastrol səfərinə gələn bir qrup aktyoru tamaşadan sonra qonaq dəvət edibmiş. Həmin aktyorların arasında mərhum Səməndər Rzayev də varmış.
Səməndərlə kolxoz sədri köhnənin tanışı olduqlarından aralarında zarafat varmış. Odur ki, otağa daxil olub kolxoz sədrinə deyir ki, sənin dədən mənim dədəmə borcludur. Özünü itirən kolxoz sədri bilmir nə desin. Səməndərsə gülə-gülə sözünə davam edir: “Sənin dədən sənin kimi kəlpeysər böyüdüb, mənim dədəmsə mənim kimi istedad yetişdirib”.
Bu bir zarafat olsa da, bu sözlərdə bir həqiqət də var. Əslində düz deyib. Sözü də deyəndə gərək kişi kimi deyəsən.
Amma kişi kimi, belini şax tutub yaşayanlar çox azdı sənət aləmində. Əksəriyyət belini büküb yaşayır, çünki umacaqları var, o üzdən kimlərinsə qarşısında gözü kölgəlidirlər.
“Qarabağımızı alandan sonra bəlkə özüm üçün nəsə istəmək haqqında düşündüm”
Tanış jurnalistlərdən biri mənə zəng vurub soruşdu ki, sən də prezidentlə görüşdə olsaydın, ona nə deyərdin? Cavab verdim ki, əvvəla, mən orda ola bilmərəm. Amma orda olsaydım, ölkə başçısına bircə söz deyərdim. Deyərdim ki, Ali Baş Komandan, siz hücum əmri verin, gedib Qarabağımızı alandan sonra bəlkə özümçün nəsə istəmək haqqında düşündüm. Hələliksə yeganə istəyim işğalda olan torpaqlarımıza qovuşmaqdır.
Amma o görüşdə olan sənət adamlarından bircəciyi ölkə başçısından millət üçün dəyərli olan nəsə istədimi? Yalnız öz şəxsi maraqlarını, mənfəətlərini güddülər. Budurmu ziyalılıq?
Yalnız qarnını, rahatlığını düşünən sənət adamının yaratdığı da elə istəkləri, umduqları səviyyədə olacaq.
Buna görə də çalışıram belə söhbətlərdən uzaq olum. Necə deyərlər, ağrımayan başıma ləçək bağlamayım, kiminləsə ağızlaşıb özümü onların səviyyəsinə salmayım. Sadəcə öz işimi görürəm, sənətimlə məşğul oluram”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-04-2019, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-04-2019, 14:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01