“Həsrət nəğməsi”nin müəllifi: Artıq ikinci dəfədir bu mahnıma erməni ifaçılar “təcavüz” edirlər
Xalq artisti Röya Ayxan və müğənni Tunar Rəhmanoğlunun illər öncə oxuduqları “Həsrət nəğməsi” mahnısı erməni ifaçılar tərəfindən oğurlanıb.
regionxeberlericom.az Oxu.Az-a istinadən xəbər verir ki, musiqisi Rəşad Bağırova, sözləri isə Vüqara məxsus olan bəstəni Levon Zaqaryan və Serine Hovhannisyan adlı erməni ifaçılar “İmacir Sirel em” adı altında yeni aranjimanda duet şəklində səsləndiriblər.
Mahnının sözlərinin müəllifi Artur Mesropyan olsa da, musiqinin kimə aid olması qeyd edilməyib.
Qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı sözügedən mahnının müəllifi Rəşad Bağırovla əlaqə saxlayıb.
Məsələdən xəbər tutan müəllif hadisədən əsəbiləşdiyini vurğulayaq, mahnını sildirəcəyini bildirib:
“Mənim bu məsələdən xəbərim var. Mahnının kimə məxsus olduğunu yazmayıblar. Bəstənin sözlərini dəyişərək, təkcə sözlərinin müəllifi qeyd ediblər. Bu gün müəllif huquqları yolu ilə “Youtube”da yayımladıqları o videonu bloklayacağam. Artıq ikinci dəfədir ki, mənim bu mahnıma erməni ifaçılar “təcavüz” edirlər.
Keçən dəfə “Həsrət nəğməsi”ni oxusalar da, musiqisinin və sözlərinin kimə aid olduğunu qeyd etmişdilər. Mən isə əlimdə fakt olması üçün mahnını silmədim. Ermənilər öyrəşiblər, Azərbaycan mahnılarını oxuyub, öz adlarına çıxarmağa. Sonra gördüm ki, həmin şəxs müəlliflərin adlarını silib. Mən də blokladım.
Ötən gün axşam görürəm ki, erməni ifaçılar “Instagram”da mənə yazıblar ki, “birinci dəfə oxuyanı blok etmisənsə, bunu da et”. Mən də o zaman anladım ki bu bəstəmi yenidən ifa ediblər”.
Qeyd edək ki, qalmaqallı məsələni ilk dəfə Axşam.az saytı işıqlandırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2020, 13:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2020, 13:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11