"Müsəlman olanlar xristian ayinlərinə qarışmaz"
Əməkdar artist Xumar Qədimova İnstagram səhifəsində kilsədə şəkil paylaşıb və müzakirələrə səbəb olub. İzləyiciləri tərəfindən birmənalı qarşılanmayan foto onun xristianlığı qəbul etməsi kimi qiymətləndirilib.
Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. İzləyəcilər qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar: “Necə yəni, Xumar xristiandır?”, “Xumar, dininizi dəyişmisiz?”, “Xumar, nə üçün kilsəyə getmisiz?”, “Bəlkə yeni klip çəkdirirsiz?” Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova “susmaq qızıldır” prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib.
Həmkarı Elton Hüseynəliyev isə onu müdafiə edib: “Xumar xanım bəziləri kimi süni insan olsaydı, camaata xoş gəlsin deyə gedib məsciddə şəkil çəkdirərdi.
Məsciddə dua edə bilərəm, amma bu, o demək deyil ki, bağışlanmış müqəddəs insanam. Hamımızın günahı var, amma haqsız danışmaq olmaz".
E.Hüseynəliyev bildirib ki, kaş, hamı Xumar kimi olardı: “Ola bilər ki, sevməyəsiniz, ancaq qınamaq heç kimin haqqı deyil. Bir də onu bilin ki, kilsə də Allahın evidir. Heç kim özünü alim hesab etməsin, insan olaq, yetər”.
Bundan az əvvəl də xalq artisti Brilliant Dadaşova kilsələrin birində ictimai xadimlərin, KİV nümayəndələrinin də qatıldığı Milad bayramı münasibətilə təşkil edilən mərasimdə iştirak etmişdi. Bundan sonra mediada onun dinini dəyişməsi ilə bağlı məlumatlar yayılmışdı. Özü isə belə izah vermişdi ki, İsa peyğəmbərə məhəbbəti ona Qurani-Kərimi əzbər bilən nənəsi öyrədib: “Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik”.
Sözsüz ki, bütün ibadət evləri ziyarət oluna bilər və buna nə dinlər, nə hüquq qadağa qoyur. Bir müsəlman kilsəyə gedə, bir xristian, yaxud yəhudi də məscidi ziyarət edə bilər. Lakin bu ziyarət həmin dini qəbul etmək, dinini dəyişmək kimi dəyərləndirilməlidirmi? Müsəlmanın kilsədə şam yandırmaq, dua etmək, İsa peyğəmbərə sitayiş eləmək ritualları hansı mənəvi mənanı ifadə edir? Bu, müsəlmanın İslamdan üz döndərməsi sayıla bilərmi?
Ümumiyyətlə, bir çox azərbaycanlının kilsəyə, sinaqoqa getdiyini görmüşük. Azərbaycandilli İslam saytları yazır ki, özlüyündə kilsəyə getməyin eybi yoxdur. Lakin müsəlmanların ibadət yeri məsciddir və onların digər dinlərin ibadət yerlərinə gedib və məscidi boş qoymaqları düzgün deyil. Bundan başqa, müsəlman şəxsin digər dinlərin ibadət yerlərinə gedib-gəlməsi, gərək kilsəyə (sinaqoqa) meylin artmasına səbəb olmasın, müsəlmanın etiqadının sarsılması təhlükəsi yaratmasın.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə TASS-a müsahibəsində demişdi ki, müsəlmanın kilsə və ya sinaqoqa getməsi, şam yandırması normal hadisədir: “Eyni zamanda bəzən xristian və ya yəhudi icmalarının nümayəndələri bizə müraciət edir və onlara köməyimizi əsirgəmirik”.
Araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, bir müsəlman hər yerdə Allaha dua edə bilər: “Çünki dua insanın Allahdan istəməsidir. Duanın da hikməti belədir ki, insan istəkləri yalnız Rəbbinin hüzuruna yönəlir, Ondan istəyir. İnsanın harada dua etməsi ilə bağlı bir məhdudiyyət yoxdur. ”Üzünüzü haraya çevirsəniz, Allah oradadır" buyurulub. Lakin kilsəyə getməklə bağlı məsələ eyni zamanda birmənalı baxış tələb etmir".
R.Mirhəşimlinin sözlərinə görə, insanlar kilsəyə iki halda gedir: “Birincisi, xristian olduqları və öz dinlərinin ayinlərini icra etmək üçün. İkinci qrup gedənlər isə turistlərdir. Bir müsəlmanın kilsəyə gedib xristian ayinlərini yerinə yetirməsi onu mənsub olduğu dindən çıxarar. Turistin isə ona maraqlı görünən hansısa tikiliyə getməsinə kimsə irad tutmaz. Hər kəsə maraqlı görünən yerlərə getməsi öz seçimidir. Dua da daha çox qəlbdən keçirilən istəklərdir. Qəlbləri də yalnız Allah bilir. Müsəlman olanlar isə xristian ayinlərinə qarışmaz. Çünki hər kəsin dini özünədir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 11:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01