Akif İslamzadəyə, Teymur Əmraha niyə xalq artisti adı verilmir?
Deyə bilmərəm bundan sonra necə olacaq, amma professor Qulu Məhərrəmlinin sözü olmasın, suyun axınını kəsən iki "əjdahanın" zərərsizləşdirilməsi yəqin ki, öz nəticəsini göstərəcək. Ölkə prezidenti humanistlik göstərib, hər dəfə müxtəlif sənət adamlarına fəxri adlar verir. Fəqət bu adlara daha çox layiq olan bir sıra sənətkarlar hələ də kənarda qalırlar. Ola bilsin ki, kimsə təşəbbüs göstərib onların haqqında təqdimatla ölkə rəhbərinə çıxmırlar. Məgər, Teymur Əmrah xalq artisti adına layiq deyilmi? Yəni Akif İslamzadəyə Azərbaycan musiqi xəzinəsinə töhfə verdiyi mahnılarına görə bu adı vermək olmazmı? Axı bu insanlar heç də "Azərbaycan xalq artisti" fəxri adına layiq görülən müğənnilərdən az iş görməyiblər. Məncə sənətkarlara fəxri ad veriləndə onların siyasi düşüncələri, davranışları yox, xidmətləri əsas götürülməlidir...
Akif İslamzadənin artıq 71 yaşı var, Teymur Əmrah isə 48 yaşındadır. Doğrudur, Akif İslamzadə uzun müddətdir ki, məlum səbəblərdən səhnəyə çıxmır, lakin onun ifa etdiyi mahnılar bu gün də xüsusi zövqlə dinlənilir.
Teymur Əmrah isə ifaçılıqdan əlavə, vokal sənətinin incəliklərini neçə illərdir ki, tələbələrə tədris edir. Necə deyərlər, onun məktəbini keçmiş bir sıra müğənnilər bu gün "Azərbaycanın xalq artisti" olsalar da, özü hələ də bu ada layiq görülməyib...
Bəli, bu insanlar sıradan bir müğənni deyillər, ifaları ilə tarix yaradan sənətkarlardır. İnanıram ki, onlar tezliklə haqq etdikləri halal fəxri ada qovuşacaqlar. Axı suyun axınının qarşısını alan "əjdahalar" zərəsizləşdiriliblər...
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-12-2019, 23:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-12-2019, 23:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26