“Xəcalət çəkmirlər? Utanmırlar?” – Efridə əlbəyaxa davaya qalxdılar, “razborka”ya çıxdılar...
Son günlər meyxanaçı Aqşin Fateh və Ələkbər Yasamallı qalmaqalı gündəmdədir. Həmkarının ünvanına sərt fikirlər səsləndirən Ə.Yasamallı onu söhbətə çağırsa da, dünən onunla görüşüb və qalmaqala son verib.
Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bu məsələnin şou xarakterli, süni olduğu da iddia edilir. İstifadəçilərin fikrincə, meyxanaçılar süni qalmaqallar sayəsində gündəmdə olmağa çalışırlar.
Ümumiyyətlə, şou-biznesə nəzər yetirdikdə bundan başqa da süni qalmaqallara rast gəlmək olur. İllərdir şou-biznes nümayəndələrinin bir çoxu bu tip qalmaqallarla gündəmə gəlir. Sonradan həmin qalmaqalları izlədiyimiz zaman onların süni olduğunu ya görürük, ya da özləri qurulan səhnələrin, danışıqların süni olduğunu etiraf edirlər.
Bu tip qalmaqal yaradanlardan biri də Xalq artisti Səməd Səmədovdur. Tanınmış müğənni həmkarı Əli Mirəliyevlə aralarında baş verən qalmaqalın şou xarakterli olduğunu sonradan etiraf edib: “O qalmaqal deyil, şoudur. Bir dəfə Əli ilə görüşdük. Mənə dedi ki, vaxt var idi sən məni müşayiət edirdin. İndi nə toyum, nə işim var, bəlkə mənə kömək edəsən. Çox fikirləşdik və ağlımıza belə bir mövzu gəldi. Dedim ki, Əli, bəlkə sən mənə “iliş”əsən? Şou yaratdıq. Əli mənim dostumdur, o məni çox istəyir. Ailəsi, həyat yoldaşı, nəvələri ilə çox yaxınam”.
S.Səmədov 2014-cü ilin şou gündəminə damğa vuran Sevda Əliqızı ilə olan qalmaqalının da piar üçün edildiyini açıqlamışdı: “Sevda xanmla görüşürük, dost qalmışıq. O sadəcə şou idi”.
Verilişlərin birində əlbəyaxa dava edən aşıqlar - Namiq Fərhadoğlu ilə Fəzail Miskinli də sonradan bir araya gələrək, barışdıqlarını elan etmişdi. Namiqin canlı yayımda Fəzaili aşıq hesab etmədiyini söyləməsi sənətçilər arasında davaya səbəb olmuşdu. Sosial şəbəkələrdə müzakirə olunan bu qalmaqalın da süni olması ilə bağlı iddialar yayılmışdı.
Müğənnilərin belə hərəkətlərini qeyri-etik adlandıranlar, insanların aldatmağın düzgün olmadığını deyənlər də çoxdur. Mövzu ilə bağlı Əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan tanınmış müğənnimiz fikrini belə izah edib:
“Sözün açığı, mən bu günə qədər yalnız öz işimlə öz mahnılarımla məşğul olmuşam. Oxuduqca hiss edirsən ki, artıq yeni mahnılara ehtiyac var, yeni mahnılar yazdırırsan. Belə boş-boş şeylərlə bir həftə gündəmdə qalmaq olar, çox yox. Amma mahnılarınla, yeni layihələrlə daha çox. Mahnı ifa etmək, yeni mahnılar aranjıman etmək müğənninin yaşaması üçün bir vasitədir. Həyatım boyu elə şeylərlə məşğul olub gündəmə gəlməmişəm. Gic-gic danışıqlar, hərəkətlər və s. bunlar müvəqqəti şeylərdir. Sənət dayanıb, yaradıcılıq dayanıb, yeni mahnılar yoxdur, ancaq “hay-küy salım, gündəmdə qalım” düşüncəsindədirlər. Belə getməz, belə şey olmaz. Bu etik cəhətdən də yaxşı deyil. Nəyə lazımdır bunlar? Hər bir müğənninin özünün ailə tərkibi var, qohum-əqrəbası var, bəs onlar xəcalət çəkmirlər? Utanmırlar? Ayıbdır axı. Əgər bu sənətin sahibisənsə, müğənnisənsə mahnı oxu, konsertlər ver, televiziya verilişlərində canlı oxu. Yoxsa, bu ona söz atsın, o buna söz atsın... Mən belə şeylərdən uzaq adamam.
Əməkdar artist gələn ildən yeni mahnılarla sevənlərinin görüşünə gələcəyini də deyib:
“3-4 yeni mahnı gəlir. Mənim özümün özüm üçün yazdığım mahnılarım var. İnşallah, bir az sakitçilik olsun, rahatlıq olsun onları lentə aldıracağam. Nəzərimdə yeni mahnılar var. Hələlik gözləyirəm, istəmirəm təzə nə isə oxuyum ki, deməsinlər “elə bu ildə qaldı”. İnşallah, 2020-dən yeni mahnılarım olacaq. Şükür ki, Allah həmişə mənə rəhm edib, qoruyur. Ən başlıcası isə səsimə dəyməyib, əsas odur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2019, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2019, 16:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11