Flora daha bir məhkəməyə hazırlaşır – Onun yalanı belə ifşa edildi
Xalq artisti Flora Kərimova ifaçı Afət Fərmanqızını da məhkəməyə verir.
Sənətçi bu barədə ATV-nin "Ən yaxşısı" proqramında açıqlama verib:
"Mən yazıq peşman oldum, Afətə bir söz dedim. Məni yıxdı-sürüdü. İki kəlmə söz deyib, “mumlamışam”. Afət danışır, mən cavab vermirəm. Sonra da mənimçün dedi ki, hürür-hürür, tuta bilmir. İndi siz deyin, mən nə edim? Mən də götürdüm palaz boyda kağız, bunun bütün söyüşlərini yazdım oraya. O qədər söyüb ki, 1 aydır ərizəni yığıb-yığışdıra bilmirəm. 78 yaşım var, hansısa bir söz deməyə həyat yolumla, sənətimlə, yaşımla ixtiyarım çatır. Artıq bu mərhələyə çatmışam. Afət, mən sənə nə dedim? Mən dedim ki, Nəsiminin qəzəlini bu musiqi ilə oxumaq olmaz, çünki Nəsimi bu millətin dəyəridir”.
F.Kərimova bir müddət öncə məhkəməyə verdiyi jurnalist Ülviyyə Alovlu barədə də danışıb və ona qalib gəldiyini deyib:
“Ülviyyə Alovlunu uddum. Ülviyyə ağzına gələni mənə dedi. Verdim məhkəməyə, ekspertiza palaz boyda rəy verdi, ayın 20-i məhkəmədir. Onun cavabını verdim”.
Ü.Alovlu isə “Yeni Sabah”a açıqlamasında Flora Kərimovanın ona qalib gəlmədiyini, məhkəmənin hələ bitmədiyini deyərək müğənninin yalanını ifşa edib:
“Bir dediklərini eşitsin. Özü deyir ki, udmuşam, udmusansa ayın 20-i niyə iclas var? Təzə hakimlik vəzifəsi varsa, və ya hakimlə onun şəxsi münasibəti varsa, ona əsasən bunu deyirsə, mən buna nə deyə bilərəm?”
Qeyd edək ki, Ülviyyə Alovlu və Flora Kərimova arasında qalmaqala Xalq artistinin videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!” fikirlərinə Ü.Alovlunun sərt reaksiyası səbəb olub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-12-2019, 18:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-12-2019, 18:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11