"Rafael Dadaşov: “Adil İsgəndərov atamın acığını məndən çıxdı"
Xalq artisti Rafael Dadaşovla müsahibəni təqdim edirik.
- Rafael müəllim, teatrda ilk uğurlu rolunuz Don Juan olub. Tamaşanın rejissoru Tofiq Kazımov bu rola aktyor tapana qədər xeyli zəhmət çəkib.
- Bəlkə də tanınmayan yox, ona zahiri görünüşcə yaraşıqlı aktyor lazım idi. Yəni Don Juan tarixdə qadınların vurulduğu klassik bir kişi obrazı kimi qalsa da o, özü də tez-tez qadınlara vurulurmuş. Bunun üçün Don Juanı ifa edən aktyor elə simada olmalıydı ki, qadınlar həqiqətən də ona aşiq olsun. Sizin qeyd etdiyiniz kimi, rəhmətlik Tofiq müəllim mənə qədər xeyli axtarış aparmışdı. Amma bu tamaşadan əvvəl Tofiq müəllim məni atamın (Məlik Dadaşov - S.Ə.) vasitəsilə çağırıb teatrın 100 illiyi ilə əlaqədar hazırladığı “Qılınc və qələm” tamaşasında Qızıl Arslan rolunu həvalə etdi. Bir az böyük çıxmasın, mən o vaxtı bu roldan imtina etdim.
- Səbəb nə idi?
- Çünki Moskvada sirk üzrə rejissorluq fakültəsini bitirib işləyirdim. Xeyli də tanınırdım. Ona görə aktyor olmaq istəmirdim. İş elə gətirdi ki, sirkdəki işimdən ayrıldım və Naxçıvana nənəmin, anamın yanına gedib bir müddət orada nazirlikdə işlədim, diktor kimi fəaliyyət göstərdim. Elə həmin ərəfədə Tofiq müəllimə xəbər çatır ki, mən işdən çıxmışam. O, məni 1975-ci ildə yenidən teatra dəvət etdi. Tofiq müəllim məni görən kimi dedi: “Qurtardın bu qaraçı həyatından? Gəl, gəl teatra Don Juan rolunu sənə verəcəm.” Razılaşdım, amma yenə də dedim ki, sınaq rol kimi ifa edəcəm, əgər alınmasa teatrdan uzaqlaşacam. Bu tamaşadan əvvəl o, mənə “Ümid” tamaşasında Zaur rolunu verdi. Zaur obrazı necə deyərlər alındı. İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Məlik Dadaşov kimi korifey sənətkarlar, elə Tofiq müəllimin özü də ifamı çox bəyəndilər. Ondan sonra artıq Don Juan obrazını ifa etdim. Don Juanı ifa edərkən sözün açığı mən aktyor kimi o qədər böyük iş görmədim. Zahiri görünüşüm rol oynadı. Yəni mənim fakturamda olan aktyor faktiki olaraq, səhnədə yox idi. Sanki tamaşaçı bu cür aktyor görünüşü üçün ac idi. Ona görə də məni dərhal qəbul etdilər. Sonrakı mərhələdə isə artıq televiziya tamaşaları başlandı. “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”, “Səni axtarıram” kimi tamaşalar ard-arda yarandı və efir daha möhtəşəm populyarlıq gətirdi.
- Tofiq müəllimlə təcrübə sizə nələr öyrətdi, o, sizdə nələri kəşf edib üzə çıxardı?
- Açığını deyim ki, heç nə! Çünki Tofiq müəllimlə biz qısa müddətdə işlədik. 1980-ci ildə o, avtomobil qəzasında dünyasını dəyişdi. Yəni onunla biz faktiki olaraq üç tamaşada məşğul olduq. “Don Juan”da o, əsasən korrektə edir, aktyorlarla assistenti Məlik Dadaşov işləyirdi. Tofiq Kazımov çox vaxt zalda əyləşib məşqləri izləyirdi. Hətta Şəfiqə Məmmədova ilə bizim ikimizin öpüş səhnəmiz vardı. Təbii ki, öpüşmürdük. Müəyyən mizanlarla bunu öpüşürmüş kimi edirdik. Tofiq müəllim isə zaldan qışqırırdı ki, bir dəfə də öpüşün görüm, necə alınır (gülür). Sizə bir söz də deyim; Tofiq müəllimin unikal göstərmə qabiliyyəti vardı. İstər kişi, istər qadın rollarını elə gözəl göstərirdi, adam valeh olurdu. O, aktyor kimi fəaliyyət göstərsəydi, çox güman, professional aktyor olardı.
Ümumiyyətlə, Tofiq müəllimlə işləmək, onunla bir səhnədə, iş prosesində olmaq hər bir aktyor üçün fəxrdir. Ondan sonra onun kimi rejissor olmadı, yetişmədi. O, bir məktəb idi və bizim nəsil bunu gördü, birbaşa şahidi oldu. İnanırsınız, əgər o, yaşasaydı, çox böyük tamaşalar yaradacaqdı. Böyük sənətkar idi. Düzdür, olduqca kövrək adam idi. Əsəbiləşəndə də pis əsəbiləşirdi. Bu səbəbdən arada umu-küsülərimiz olurdu. Bir-iki epizod olmuşdu, bu da bizim özümüzə, aktyor həyatına aiddir.
- Yəqin, bu epizodların teatrla əlaqəsi vardı?
- Mən onun quruluşunda “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasında Şahbaz bəy rolunu ifa etməliyidm. Şəhrəbanunu isə Vəfa Fətullayeva oynayacaqdı. Artıq rollar da bölünmüşdü. Amma mən Şahbaz rolunu ifa etmədim. Bilmirəm, bəlkə də burda Tofiq Kazımovun günahı olmamışdı, bəlkə də müəyyən qədər onun da iştirakı olmuşdu. Amma mənə elə gəlir, o rolu ifa etməməyimdə rəhmətlik Vəfanın təkidi olub. İstəyib, Şahbaz bəyi Fuad Poladov oynasın. Tofiq müəllim də, görünür, buna gedib. Rejissor kimi o, deyə bilərdi ki, yox, bu rol Rəfaelindir. Deməmişdi.
- “Hamlet” tamaşasında Klavdi, “Ölülər”də Şeyx Nəsrullar kimi mənfi rollarınız olub. Əslində, hər bir mənfi obrazın da özünə görə məntiqi var. Aktyor üçün mənfi rollara bəraət nə dərəcədə mümkündür?
- Belə bir deyim var: Mənfi obrazı ifa etmək çətindir. Ya da aktyorun özündə mənfi xüsusiyyətlər olmalıdır ki, rolu yaxşı təqdim edə bilsin. Mənim fikrimcə, bu, belə deyil. Mənfi obrazı gərək öz platformasında müsbət ifa edəsən ki, o rol yaxşı alınsın. Misal üçün, Məlik Dadaşov Qəmlonu müsbət ifa edib. İnqilabçıların, Şura hökumətinin baxış bucağından Qəmlo mənfidir. Və yaxud da “Fəryad” filmindəki erməni polkovnikini öz platformasında müsbət ifa edir. Amma bizim düşüncəmizdə erməni polkovniki, əlbəttə, qatı düşməndir. Bu obrazdan sonra Məlik Dadaşov böyük aktyor olduğunu sübut etdi.
- Mənfi obrazın da öz həqiqəti var?
- Bəli. Mən də həmin həqiqət məsələsinin üzərinə gəlirəm. Onsuz da mənfi mənfidir. Ona bir az da boya qatanda, ağız-burun əyəndə şarja çevriləcək. Mən çalışmışam ki, mənfi rollarımı müsbət ifa edim. Bayaq qeyd etdiyiniz Klavdio kimi. O, hakimiyyətə gəlmək üçün qardaşını zəhərləyir. Bəs tarix boyu bütün qırğınlar hakimiyyət uğrunda baş verməyibmi? Bəşər tarixi belə qırğınlarla zəngindir. Şekspir də əslində bu faktı öz əsəri ilə sübut edir. Yenə deyirəm, rolu öz tərəfindən müsbət oynamalısan. Qəhrəman nə vaxt öz-özü ilə tək qalırsa, bax, onda vicdanı ilə sorğu-sual, ikitirəlik başlayır. Bu da çox qısa vaxt ərzində baş verir. Çünki insan vicdanının səsini tez-tez eşitməyi sevmir. Qaldı, “Ölülər” tamaşasındakı Şeyx Nəsrullah obrazına, o da ağıllı adam olub, mətndəki sözləri hərzə-mərzə deyil. Sadəcə olaraq şəhvət düşkünü olub. Normativ kimi götürsək, əlbəttə Nəsrullahın hərəkəti nalayiqdir. Amma belə baxanda nə qədər nənələrimizi on yaşında ərə veriblər. Bütün hallarda mənfi obrazları ifa etmək bir az xatalıdır. Çünki alınmasa, tamaşaçı obraza inanmayacaq.
- Sizin “Afət” tamaşasındakı Özdəmir obrazınız qısa olsa da, çox koloritli alınmışdı...
- O tamaşadakı Özdəmir rolumun maraqlı tarixçəsi var. Sözün doğrusu, mən Özdəmir rolundan çox Qaratayı ifa etmək istəyirdim. Tamaşanın rejissoru Mehriban Ələkbərzadə bu rolu rəhmətlik Fuad Poladova həvalə etmişdi. Mən Mehriban xanıma deyəndə ki, niyə mənə Qaratay yox, Özdəmir rolunu verirsiniz? Özdəmirin cəmi bircə vərəq mətni var. O, rejissor kimi məni o rolda gördüyünü bildirdi. Amma sonradan biz aktyorlar tamaşanı boykot elədik. Bu, bir az başqa cür boykot idi. Fuad Poladov müəyyən səbəblərdən bu roldan imtina etdi. Qarataysız qalan Mehriban Ələkbərzadə məni çağırd. Baş verənlərdən sonralar xəbər tutduğumdan Mehriban xanımın Qaratay rolunu mənə təklif etməsinin əsl səbəbini bilmirdim. O da açıb demirdi. Mən, təbii, Qaratay rolundan imtina etdim. Dedim, Özdərmiri ifa etməyəcəkdim, amma prinsipə öz rolumu ifa edəcəm.
- Səbəb nə idi? Axı siz Qaratayı ifa etmək istəyirdiniz?
- Rejissor məni niyə sonradan Qaratay roluna layiq bilir? Elə məsləhət bilirdi əvvəldən verərdi də. Bizdə var axı belə şeylər. Kimdə nəsə alınmırsa, başqasına üz tutur. Belə çıxır ki, Qaratay rolunu mənə könüllü yox, məcburi verir, rejissor kimi məni bu rolda görmür. Sözümün üstündə dayandım və Özdəmiri canlandırdım. Yaxşı da elədim. Çünki, Özdəmir obrazı çox parlaq alındı. Tamaşaçı tərəfindən də sevilib, yadda qaldı. Mehriban Ələkbərzadə mənə dedi, sən bu obrazı diriltdin, Özdəmirə vuruldum.
Mən o rolla rolun böyüyü-kiçiyi olmur fikrini bir daha sübut etdim. Rolun yox, aktyorun böyüyü, kiçiyi olur.
- Rafael müəllim, fakturanız kino tələblərinə cavab versə də, sizdən kinoda əsasən ikinci plan aktyoru kimi istifadə ediblər.
- Bu, başqa məsələdir. Doğrusu, bu barədə danışmaq istəmirəm. Bu, Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. Çünki mən cavan idim, heç kimə heç nə eləməmişdim.
Adil İskəndərov ovaxtkı İncəsənət İnstitutunda imtahan komissiyasının sədri olanda məni instituta qəbul etmədi. Dedi, qadam, o qədər yerlər var, get, onlardan birinə qəbul olun, bura nahaq gəlmisən, neynirsən buranı? Məni ora birbaşa qəbul edən rektor Rahib Hüseynov oldu. Sonralar axşam növbəsinə keçəndə Rahib müəllim bir az acıqlandı. Mən də ona deyə bilmirdim ki, Bakıda qalmaq üçün ev pulu vermək, dolanmaq lazımdır, buna mənim imkanım yoxdur. Naxçıvana gedib orada yaşayan xəstə nənəmin yanında qalırdım. Nə olsun, atam, əmim burda idi, biz özümüz özümüzə yol açmışıq.
Bir dəfə Rahib müəllim mənə acıqlananda dedi: “Adil İskəndərov səni instituta götürmürdü, yadındadı? Səni mən bura götürdüm və Adilə dedim ki, adam kişi olar, atanın acığını övladdan çıxmazlar, bu uşaq sənə nə edib, onu imtahana buraxmadın.
- Amma Adil İskəndərov çox ədalətli, küsülü olduğu aktyorlara belə güzəştə gedən, öz yerinə onları irəli verən insan kimi tanınır.
- İndi mənə qarşı belə oldu də. O, mənim kinoda çəkilməyimə imkan vermədi. “Qaynana” filmində İlqar roluna, “Dəli Kür”də Şamxala, “Mən ki gözəl deyildim”də Məzahirə. “Babək” filmində başqa bir rola çəkilməyə qoymadı.
Eldar Quliyev “Var olun qızlar” filminə məni dəvət edəndə sirkdə işləyirdim. Sınaq çəkilişlərinə gələndə mən ona dedim, Eldar müəllim, onsuz da siz məni çəkməyəcəksiniz. O da dedi, niyə belə deyirsən? Dedim, vallah məni nə qədər sınaq çəkilişlərinə dəvət ediblər, ifamı da bəyəniblər, amma filmə gəlib çatanda çəkməyiblər. O, mənə sınaq çəkilişlərinə qarışmamağı məsləhət gördü. Eldar müəllim balaca adam deyildi, atası Tofiq Quliyev isə böyük masştablı sənətkar idi.
Bədii şuradan sonra Eldar müəllim məni yanına çağırıb dedi, sən Adil İskəndərova nə etmisən? O, qəti şəkildə sənin bu filmə çəkilməyini istəmir. Amma mən səni çəkmək istəyirəm. Onda Eldar müəllim Mərkəzi Komitənin humanitar şöbəsinin müdiri olan Azad Şərifovu çağıraraq sınaq çəkilişini ona göstərmişdi. Onlar bu işə qarışandan sonra Adil İskəndərov mənim həmin filmə çəkilməyimə mane ola bilmədi.
- Bəs Eldar müəllimdən başqa digər rejissorlardan bu cür cəsarətli dəvətlər oldu?
- Tofiq Tağızadə də məni Nicat Bəkirzadənin bir filminə traktorçu-fəhlə roluna çağırdı, amma sonra çəkmədi. Dedi, səndə traktorçu yox, qəhrəman sifəti var. Sonra özü “Dədə Qorqud” filmini çəkəndə o boyda qəhrəman obrazlarla dolu olan filmə məni qəti şəkildə çağırmadı. Filmin çəkilişləri tam bitəndən sonra Tofiq müəllimi kinostudiyada gördüm, dedim, yadınıza gəlir, mənə demişdiniz ki, səndə fəhlə yox, qəhrəman siması var, amma “Dədə Qorquda”da o boyda qəhrəmanların içərisində mənə bir rol tapmadınız. Cavabı təxminən bu cür oldu ki, qədeş, səndə avropalılara xas sifət cizgiləri var. Dedim, onda belə çıxır ki, mənə rol vermək gələndə ya qəhrəman sifətli oluram, ya da avropasayağı. Əlbəttə, bunların hamısı bəhanə idi. Sadəcə olaraq, heç kim başını ağrıtmaq istəmirdi.
- Sizə qarşı edilən bu haqsızlığı atanız bilirdi?
- Bəlkə də bilirdi. Adil müəllim Məlik Dadaşovun özünə heç nə edə bilməzdi. Rafael onun üçün kim idi ki? Məlik, Məlik idi. Adil İskəndərov avtoriteti qəbul edirdi. Məlik onun öz tələbəsi olmuşdu. Mən Rafael o vaxtı onun üçün heç kim idim. Həm də o, mənə imkan verməməklə imtahandakı prinsipinin üzərində qalırdı. Atamla arasında baş verənləri də unutmamışdı. Təsəvvür edin, Məlik Dadaşov özü o zaman Moskvaya gedib oranın vasitəsi ilə teatra bərpa olunmuşdu.
- Siz Xalq artisti adını da çox gec - 60 yaşda almısınız.
- Bəli. O vaxtı Polad Bülbüloğlu məni neçə il ad almaqdan saxladı. On yeddi il nazir işləsə də, mənim adımı Xalq artisti siyahısında vermədi. Niyə? Mən Polad Bülbüloğluna nə etmişdim?! Əbülfəz müəllim gələndən sonra Xalq artisti adını aldım.
- Teatrda da sizin işdən çıxarılanda lehinizə yeddi, əleyhinizə beş nəfər səs verib.
- Teatrda kimsə özündən seçki uydurub ortalığa çıxarmışdı. Mənim də adımı gizli səsvermə yolu ilə yazıb divara vurmuşdular. Adımı siyahıda görəndə məni ağlamaq tutdu. Heç vaxt ağlıma gəlməzdi ki, dost münasibətində, salam, sağ olum olan adamlar mənim teatrdan çıxmağımı istəsinlər. Onda atam gördü mən pərişanam, məni kənara çəkib dedi: “Bilirsən niyə o beş nəfər sənin əleyhinə səs verib? Ona görə ki, sən güclüsən və o beş nəfərə mane olursan. Onlar sənin yerini tutmaq istəyir. Sən kədərlənmə, əksinə sevin ki, güclüsən.” Bunu bir dəfə demişəm, yenə də deyirəm: Əgər bu teatr sənətin Vatikanıdırsa, biz buranın kardinallarıyıq.
- Rus rejissoru Andrey Tarkovskinin anası dünyasını dəyişəndən sonra gündəliyinə yazır: “Müdafiəsiz qaldım. Bu dünyada daha məni onun qədər heç kim sevməyəcək”. Ananız dünyasını dəyişəndə siz də buna bənzər sözlər demisiniz.
- Mən istəmirəm söhbətimizin sonunda kövrəlim. Anamın ölümündən sonra şeir də yazdım. Rəhmətə gedəndə məni qardaş-bacılarım Naxçıvanda gözləyirdilər. Yay vaxtı idi, gün gec batırdı. Hardasa axşam saat altı üçün dəfnə çatdım. Orda bircə kəlmə deyə bildim: “Dua edənim getdi.” Yəqin, bununla mən hər şeyi demiş oldum. Çünki doğurdan da insana anası qədər ürəkdən heç kim dua edə bilməz. Çox vaxt heç bizim xəbərimiz olmadan analarımız bizə dualar edirlər. Bəlkə də elə bu gün məni - 73 yaşına çatan Rafael Dadaşovu yaşadan həmin dualardır. Mən həmin o bir neçə kəlmə ilə qəlbimdən keçənlərin hamısını dedim. Ona görə Tarkovskini yaxşı başa düşürəm. Əslində, mən də onun düşündüklərini, dediklərini başqa cür ifadə etmişəm.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-03-2019, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-03-2019, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti