Əməkdar artist ona ev verilməsini istəyir: “Əhmədlidə evim olsa da...”
"Aşiq olmaq istəyirəm. Çünki çox gözəl duyğudur. Əslinə baxsan, mən həmişə aşiqəm. Aktrisa sevilirsə, deməli, o, yaşayır, həyat davam edir. Mən də tamaşaçılarım tərəfindən həmişə sevilmişəm. Gözümün ağı-qarası olan bircə qızımı sevirəm. Səhnəmi, sənətimi çox sevirəm. Səhnəsiz özümü bir saniyə belə təsəvvür edə bilmirəm. Ona görə də xoşbəxtəm".
Bu sözləri musavat.com-a açıqlamasında 58 yaşlı Əməkdar artist Nahidə Orucova deyib.
Aktrisa xarici görünüşündə etdiyi dəyişikliklərdən də danışıb: "Özüm-özümə deyirəm ki, kaş bu əməliyyatı vaxtında etdirərdim. Sadəcə, səhhətimdəki bəzi problemlərə görə əməliyyatım gecikdi. Əməliyyatımdan sonra özümü çox yüngül hiss edirəm. Necə deyərlər, həyat varmış..."
O, bildirib ki, hələlik heç bir filmdə rol almır: "Çox istəyərdim ki, dövlət vəsaiti ilə çəkilən filmlərimiz çox olsun. Xüsusilə də, Cəfər Cabbarlı adına Kinostudiyanın ərsəyə gətirəcəyi ekran işləri çoxluq təşkil etsin. Peşəkar filmlərdə rol almaq istərdim. İmicimi dəyişdirdiyimə görə, təkliflər azalıb. Deyirlər ki, müsəlman qadın obrazlarına uyğun gəlmirəm. Mən də dedim ki, Şərq qadınına uyğun gəlmirəmsə, fransız qadını roluna çəkin. Yetər ki, olsun. Başa düşmürlər ki, mən bu əməliyyatı sağlamlığım üçün etdirmişəm".
Tanınmış aktrisa Xalq artisti Fidan Qasımova ilə qohum olmasından da söz açıb: "Bu məsələdə bizlik heç nə yoxdur. Uşaqlar bir-birini sevdilər. Onların tanışlığı təsadüfən toyda oldu. Həm də ki, oğlanın bacısı ilə mənim qızım uşaqlıqdan rəfiqədirlər. Fidan və Xuraman bacıları ilə yaxından tanış deyildim. Ancaq sənətlərinə bələd idim. Onlara hər zaman hörmət edirdim. Çox xoşbəxtəm ki, o cür ailəylə qohum oluram. Çünki hər iki ailədə sənət adamları var. İndidən kürəkənimi çox istəyirəm. O, mənim ikinci övladım, oğlumdur. Hər kəsə o cür kürəkən arzu edirəm. Tərbiyəsi, davranışı, xasiyyəti, hər şeyi öz yerindədir. Qızım tək olduğuna görə bir az ərköyündür. Amma bir-birlərini tamamlayırlar. Toy yəqin ki, yeni ildən sonra olacaq. Baxmayaraq ki, qızımın 30 yaşı var, amma hələ ki, toyun tarixi müəyyən etmək üçün tələsmirik".
Əməkdar artist şəhərin mərkəzində ev arzusundadır: "Əhmədlidə yaşayıram. Nə olsun ki, evim var? Amma uzaqdır, vaxtım tıxaclara gedir. Nəticədə məşqlərə əsəbi halda qatılıram. Düzdür, bizim teatrda kirayədə yaşayan aktyorlar çoxdur. Amma mənim də ehtiyacım var. Niyə də mən ev almayım?! Mən hər gün o əsəblə səmərəli tamaşa ortaya çıxara bilərəmmi, sizcə? Fikrimcə, aktyorların hamısının evi şəhərdə olmalıdır. Aktyorluq peşəsi çox çətindir. Həyatımız çox əyləncəli görünsə də, elə deyil, əsl əzab, əziyyətdir".
Aktrisa müğənnilərin aktyorluq etməsinə də münasibət bildirib: "Niyə də olmasınlar? Müğənni mahnı oxuyanda elə obraza girir. Rola girmək isə aktyorun işidir. O, obraz yaratmasa tamaşaçı ona inanmaz. Sözsüz ki, hər müğənnidən də aktyor olmur. Amma peşəkarlıq tədricən gəlir. Əgər, daxildə istedad varsa olsun, amma peşəkarcasına".
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2019, 15:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2019, 15:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11