Elçin Əlibəylinin işdən çıxarılması ilə bağlı Space TV-dən AÇIQLAMA (VİDEO)
Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Space TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.
regionxeberlericom.az modern.az-a istinadən xəbər verir ki, Speys TV-nin mətbuat xidmətindən verilən məlumata görə, "El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb:
"Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özü ilə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Space TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə, onunla bağlanmış müqavilə Space TV tərəfindən ləğv edilir”.
Qeyd edək ki, 3 gün əvvəl Elçin Əlibəyli Space TV-nin efirində apardığı "El bizim, sirr bizim” verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı:
"Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "Sənətin, peşənin aşağılandığı yerdə olmaram”, şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram”.
Space TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirmişdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-11-2019, 14:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-11-2019, 14:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti