reklam
Regionxeberlericom.az » Mədəniyyət » Qızı nəvəsini “pozduğuna” görə Alla Puqaçovanı danlayıb

reklam

Qızı nəvəsini “pozduğuna” görə Alla Puqaçovanı danlayıb



Rusiya estradasının primadonnası Alla Puqaçovanın qızı Kristina Orbakayte ulduz anasını nəvəsini ərköyün etdiyinə görə danlayıb.
regionxeberlericom.az  Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, müğənni böyük oğlunun hər şeyə icazəli olduğu hissi ilə böyüməsini istəməyib.

Qeyd edək ki, Orbakaytenin oğlu Nikita Presnyakov da digər ailə üzvləri kimi yaradıcılıq sahəsindədir. Əvvəllər o, çəkiliş və montajla məşğul olub, sonra isə öz şəxsi şirkətini yaradıb. Buna paralel olaraq, "Multiverse" qrupunda çıxış edir.

Həmçinin bildirilir ki, Puqaçova bir neçə il əvvəl nəvəsinə videokamera hədiyyə edərək, ona özü üçün peşə seçməyə kömək edib. Primadonna etiraf edib ki, Orbakayte bu bahalı hədiyyəyə görə, onu danlayıb. Oğlanın anası qorxurmuş ki, o, bütün həyatı boyu valideynlərinə qarşı ərköyünlük edəcək.


Paylaş:


Müəllif : Tarix:
3-11-2019, 14:27
Sikayət   


loading...
Загрузка...