Xalq artistinin nikahdan kənar azərbaycanlı oğlunu anası Bakıya göndərir
Moskvada 19 yaşlı Teymur Əkbərovun özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdan kənar oğlu olduğunu elan etməsindən sonra qalmaqallı məsələnin ətrafında söz-söhbət bitmir-tükənmir. Teymur daha bir açıqlaması ilə gündəmə damğa vurub. O bildirib ki, anası onun ağzını bağlamaq üçün istirahətə yollamağa çalışır.
Teymur Əkbərov Nikolay Tsiskaridze ilə görüşmək istəyir, ancaq uşağın anası bunun qarşısını müxtəlif yollarla almağa çalışır.
Yaxın aylarda sənətçi çıxış etmək üçün paytaxta gələcək. Teymur isə bu şansı əldən vermək istəmir, onu səhnədə görməyi xəyal edir.
Gəncin sözlərinə görə, anası bu görüşün əleyhinədir və onu bu dəfə Bakıya istirahətə göndərmək istəyir.
"Anam mənə dedi ki, mən uçub istirahət etməliyəm. Bizim küsülü olduğumuzu nəzərə alsaq, onun bu istəyi mənim üçün çox qəribə səsləndi. Məni evdən qovdu və sonra tətil təşkil etmək qərarına gəldi. Mənim Bakıya uçmağım üçün bilet aldı, baxmayaraq ki, ümumiyyətlə ora getməməli idim”,- deyə Əkbərov müsahibəsində söyləyib.
Gənc oğlan atası ilə münasibətləri düzəltməyə çalışır. Artıq Sankt-Peterburqa çıxış etmək üçün gedib, lakin məşhur balet ustasını görə bilməyib. Tsiskaridzenin özü bu qalmaqallı hadisəyə münasibət bildirməkdən boyun qaçırır.
Qeyd edək ki, gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.
Məşhur gürcü balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-11-2019, 19:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-11-2019, 19:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti