Baş həkim Toliklə bağlı prokurorluğa müraciət edəcək
Sabunçu rayonu 3 № li Şəhər Klinik Xəstəxanasının Baş Həkimi Fikrət Zeynalov prodüser Tarix Əliyevlə (Tolik) bağlı prokurorluğa müraciət etməyə hazırlaşır.
regionxeberlericom.az xəbər verir ki, bu haqda doktor Moderator.az-a açıqlamasında deyib. O, Tolikin Hüseynov Xəlqi Vəlixan oğlunun ölümü ilə bağlı paylaşdığı videoya yazdığı şərhə görə günahlandırıb:
“O xəstə bizdə ölməyib. Harda ölüb, harda ölməyib, ondan da xəbərim yoxdur. Bizim xəstəxanaya gəlib, sonra qohumları onu Türkiyəyə aparacaqlarını bildiriblər. Yazılı kağızda da bildiriblər ki, biz həkimlərdən çox razıyıq. İndi də başlayırlar boş-boşuna danışmağa. Adam əks tərəfin də fikrini bilər. Öyrənər ki, bu xəstə sizdə ölüb-ölməyib. Ondan sonra yazarlar”, - deyən Fikrət həkim, “bəs axı digər müğənnilər də Tolikin fikrini dəstəkləyiblər. Onlardan da birinin nənəsinin, digərinin hansısa qohumunun məhz Sabunçu xəstəxanasında keçindiyini söyləyiblər verilişdə” sualına belə cavab verib:
- Kimsə qəzaya düşüb, maşında parçalanıbsa, biz nə etməliyik? O adamlar bizə gələndə ölmüşdü, belə olan halda nə edə bilərik? Biz onu avariya elətdirmişik? Demişik, maşını apar divara vur, dağım-dağım ol? Neyləyə bilərik ona? İçməzdi, sürməzdi, avariya olmazdı, ölməzdi. Ölü gəlib bizə, ona nə edə bilərik ki? Bir şeyi əsaslandıranda zəng edərlər, müalicə işlər üzrə müavinimiz var, məlumat yığarlar. O Tolikin o mövzuya girməyinin nə mənası var? Dünən avtobus qəzası oldu, 9 nəfərdən 7-sini sağaldıb göndərdik evinə. O birisi gün neçəsini sağaltdıq. Noldu indi birdən-birə bunlar deyir , baxmırlar-eləmirlər. Noldu?! Kimin sifarişidir yenə? Hüseynov Xəlqi Vəlixan oğlu 25.02.09-cu ildə bizə gəlib, 27.02.09-ci ildə qohumlar tərəfindən aparıblar burdan evlərinə, hara aparıb, bilmirəm. Özləri yazıblar ki, bütün məsuliyyəti öz üzərimə götürərək, evə aparırıq, heç kimdən də narazılığımız yoxdur. Xəstəni aparıblar axşam, həkim olmayanda. 18:30-da. Biz onu tutub saxlaya bilməzdik. Neyləyə bilərdik, aparıblar. Bəlkə özü öldürüb aparıb?
- O vəziyyətdə həkimlər axı necə icazə veriblər xəstəni aparsınlar?
- Biz icazə verməmişik e... Mən onun yanındaydım guya? O xəstə ayağa durub, gülə-gülə qohumları ilə birgə çıxıb gedib. Lazım olarsa, həkimi ilə də əlaqə saxlayın. Amma pensiyaya çıxıb artıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-11-2019, 20:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-11-2019, 20:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti