Azərbaycan müğənnilərinin vergi borcu varmı? – Soruşduq, dedilər...
Vergi Məcəlləsində təklif edilən dəyişikliklərə görə, növbəti ildən başlayaraq bütün şadlıq saraylarında çalışan işçilərin vergi sənədi olmalıdır.
İşçilərin vergi sənədi olmadığı təqdirdə şadlıq sarayının rəhbərliyi cərimə olunacaq.
Burada məsuliyyət rəhbərliyin üzərinə düşür. İşçilərin hər biri fəaliyyətə başlayanadək vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etməlidir. Müğənnilər də dəyişikliyə əsasən, yeni qaydada vergi ödəyəcəklər.
Maraqlıdır, müğənnilər hazırda vergilərini ödəyirmi? Vergi borcu olan müğənnilər var?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Respublikasının Əməkdar artisti Brilliant Dadaşova heç vaxt vergi borcunun olmadığını vurğulayıb:
“Vergini vaxtında ödəyirəm. Hazırda heç bir borcum yoxdur. Ümumiyyətlə, heç vaxt vergi borcum olmayıb”.
Xalq artisti Bilal Əliyev isə vergi borcunun olmadığını bildirməklə yanaşı, bütün insanları vergi ödəməyə çağırıb:
“İnsan həyatda rahat yaşamaq üçün yaşadığı məmləkətin qanunlarına riayət etməlidir. Bu sənətə gəldiyim vaxtdan indiyədək vergi ödəmişəm. Sovetin vaxtında başqa formada idi, indi başqa formadadır. Çox gözəl qanunlarımız var. Əvvəl 4 faiz vergi ödəyirdik, indi 2 faiz ödəyirik. Ona görə də rəhbərliyə minnətdarlığımızı bildiririk. Harda işləmişəmsə, mütləq 3 ay tamam olduqda bu barədə vergiyə məlumat vermişəm. Nəticədə hesablanır, nə qədər pul ödəməli olduğum deyilir. Bir ayda 1000 manat pul qazananda 20 manat pul vermək lazımdır. Bu pul büdcədə yığılır və işləyə bilməyənlərə, əlilliyi olanlara, pensiya yaşına çatanlara verilir. Dövlət o insanlara bu vasitə ilə qayğı göstərir. Mən bütün insanları vergi verməyə çağırıram, hamı vergi versin, hamımız bir-birimizə kömək edək”.
Azərbaycan bəstəkarı, I dərəcəli vokalist Elza Seyidcahan da öz növbəsində vergi ödədiyini diqqətə çatdırıb:
“Vergi ödəmək hər kəsin borcudur. Biz toyların çoxuna pulsuz gedirik. Əgər məndən xahiş edirlərsə ki, Elza xanım 1-2 mahnı oxuyun, mən orada pul qazanmıram, qonaq kimi iştirak edirəm. Elə hallarda necə vergi ödəyə bilərəm? Ştatdan kənar işlərdə təbii ki, vergi ödənmir, çünki həmin toylarda pul qazanmaq üçün iştirak etmirik, hədiyyə kimi oxuyuruq. Şəhid ailələri, atası-anası olmayan uşaqlar üçün oxuduqda bundan necə pul ala bilərik? O uşaqların toyunun restoranda olması, bizim o məclisə pul qarşılığı getdiyimiz mənasına gəlmir. Bu kimi hallardan vergi işçiləri yəqin ki, sui-istifadə etməzlər. Amma əgər həmin toydan pul qazanılırsa, hər kəs vergisini ödəməlidir. Onsuz da biz sənətkarlar qazandığımız pulu paylaşırıq. Biri var kağız üzərində, biri var əməldə... Biz geyinirik, bəzənirik, hansısa problem olsa belə, varlı görünürük, çünki insanlar bizi belə görmək istəyir və bunun üçün də maliyyə lazımdır, bunun özü elə vegi ödəmək kimi bir şeydir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-10-2019, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-10-2019, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti