“Onlarla “bozbaşlar”...” - Fəxri ad alanları yıxıb-sürüdü, keçmiş deputatı da “işə qatdı”
Müğənni Nazənin keçmiş deputat İqbal Ağazadənin fəxri ad alanlarla bağlı tənqidi çıxışının görüntülərini sosial şəbəkədə paylaşaraq gileylənib.
Nazənin müğənnilərə fəxri adların verilməsinin əlehinə olduğunu yazıb:
“Bu insana böyük hörmətim var, hər zaman cəsarətli çıxışları ilə məni özünə valeh edir. Var olun bu düzgün sözlər üçün. Dəyərli dostlarım, nə vaxtsa eşitmisiniz, “Amerikanın xalq artisti” desinlər? Azərbaycanda bu adlar niyə verilir? Nəyə lazımdır axı? Niyə bu qədər insanlar adlar uğrunda bir-biriləri ilə dalaşırlar”.
Onunla razılaşmayan prodüser-aparıcı Tarix Əliyev (Tolik) rəylərdə Nazəninlə söz savaşına çıxıb və onu “paxıl” adlandırıb:
“Nazənin, kimə versinlər “xalq artisti” adını? Trenddə olan “bozbaşlar”a? Deyirəm, müğənnilər niyə paxıldırlar? Toyxanalardan başınızı çıxarın, bir ölkə üçün nə isə edin ki, sizi də görsün bu dövlət! Yoxsa, toyxanalar hamısı ad istəyir. Onlar (Xalq artisti adını alanlar) heç olmasa, toy ilə yaşamayıblar, konsertlər veriblər, restoranlarda yox, konsert salonlarını doldurublar! Konsertləri anşlaq olan müğənnilərə xalq artisti verilər”.
Xanım ifaçı Tolikə cavab da yazıb:
“Tolik, ad alanların bəziləri dövlət üçün xüsusi nə ediblər ki, o ada da layiq görülüblər? Onlar da bir çoxları kimi toylarını oxuyub pullarını qazanıblar. O dediyin “bozbaşlar”la, ad alanlar arasında mən heç fərq də görmürəm. Dövlət üçün xüsusi bir iş görməyiblər bəziləri”.
Bir qədər sonra Nazənin postun rəylərini bağlayıb və həmin paylaşımda dəyişiklik edib:
“Röya Ayxana aidiyyatı yoxdur qətiyyən. Röyanı böyükdən kiçiyə hər kəs sevir, Röya xalqın sevimlisidir”.
Xatırladaq ki, bir neçə gün əvvəl Əməkdar artistlər - Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya "Xalq artisti" adı verilib. Onların fəxri ad alması isə bəzi həmkarlarını əsəbləşdirib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-10-2019, 14:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-10-2019, 14:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti