“Mənim külliyatimi məhv etmək istəyirdilər” – AzTV-nin sirli “qara siyahısı”
“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2006-2019) Arif Alışanovun vəzifədən getməsi və Rövşən Məmmədovun onun yerinə gəlməsi ilə AzTV-də bir sıra kard dəyişikliyi edildi.
İslahatlar nəticəsində kanalın “qara siyahı”sında olan bəzi sənətçilər də efirdə görünməyə başladı. Bunlar arasında Xalq artisti Röya Ayxanı qeyd etmək olar. Əməkdar artist Vasif Məhərrəmli də A.Alışanovun vəzifədən getməsindən sonra video yayaraq onun haqqında tənqidi fikirlər səsləndirmişdi. Həmin açıqlamadan bir neçə gün sonra V.Məhərrəmlinin efirinə dəvət olunduğunun şahidi olduq.
Bu qadağadan “pay götürənlər”dən biri də Xalq artistimiz Flora Kərimova idi. 30 ildir AzTV-nin üzünə həsrət qalan sənətçimiz dünən ilk dəfə dövlət televiziyasında çıxış edib. Xanım ifaçı"Görüş yeri" verilişində qonaq olub.
Mətbuatda gedən yazılarda isə Nazpəri Dostəliyeva, Aygün Kazımova, Nisə Qasımova, Elmira Rəhimova, Niyaməddin Musayev, Nüşabə Ələsgərli, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Rəşidə Behbudova, Aslan Hüseynovun kanalın “qara siyahı”sında olduğu iddia edilir.
Bəs görəsən, siyahıda olan digər sənətçilər də efirə dəvət alacaqmı? Yaxud ola bilərmi ki, rəhbərlik həmin “qara siyahı”ya yeni adlar da daxil etsin?
Məsələ ilə bağlı qurumun Mətbuat xidmətinin rəhbəri Mübariz Aslanovla əlaqə saxladıq. O, hazırda AzTV-də “qara siyahı”nın olmadığını bildirib:
“AzTV hazırda “qara siyahı” üzrə yox, Bədii Şuranın təklifi və qəbul etdiyi prinsiplər əsasında sənət adamları ilə çalışır. O Bədii Şura ki, heyətində kifayət qədər tanınmış insanlar, mütəxəssislər yer alr. Ayda 2 dəfə toplanan şura üzvləri efir məkanında gedən musiqi və əyləncəli proqramları müzakirə edir və təkliflərini verirlər”.
30 il sonra AzTV-nin efirinə çıxan Xalq artisti Flora Kərimovanın da təssüratlarını öyrəndik:
“Ora mənim gəncliyimdən, 15 yaşından dogma olan məkanımdır. Düzdür, müxtəlif vaxtlarda qadağalar olundu. Sonra yenidən qayıdırdım və yenidən qadağalar… Ancaq sənət və sənətkar gec-tez qiymətləndirilir. Görünür, mənim taleyimə keşməkeşlər yazılıb”.
Xanım müğənni 30 il ərzində dəfələrlə qadağalara məruz qalmağının səbəbini də açıqlayıb:
“Mənim qadağalarımın səbəbi sadə idi: sözü sərt demək, bir simalı olmaq. Bu da bəzilərinin xoşuna gəlmirdi. Gücləri mənə yox, səsimə çatırdı. Bu, əllərində idi, hətta mənim qızımla uşaqlıqda çəkdiyim hansısa kadrları da qadağan edirdilər. Adam göndərirdilər ki, həmin kadrları məhv etsinlər. Amma Azərbaycan radio, televiziya işçiləri bacardıqca mənim mahnılarımı gizlədirdilər, qoruyurdular. Komissiya göndərilirdi, deyirdilər ki, guya o kadrlarda “maqnit” var. Onları yandırırdılar, məhv edirdilər. Səbəb mən idim, mənim külliyatimi məhv etmək istəyirdilər. Bir qadın vardı, o bu məsələdə çox maraqlı idi. İstəyirdi ki, mənim heç bir mahnım qalmasın. Çünki o məni özünə rəqib hesab edirdi. İstəyirdi ki, o oxuyanda Flora yada düşməsin. Beləcə, mənə qarşı hər tərəfdən basqı idi. Ancaq mədəniyyət, səs və dönməzlik həyatda həmişə öz işini görür. Hara gedirlər getsinlər, görürsən ki, kökü qalmış bir gülün özü də çiçək açır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2019, 15:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2019, 15:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti