"Murad Dadaşovda belə cəsarət hardandır ki, ölkə prezidentinin siyasi xəttinin əksinə çıxışlar edir?"
Şoumen Murad Dadaşovun “Popumuz var” verilişində dediyi sözlər sosial şəbəkələrdə sərt reaksiya ilə qarşılanıb.
Qeyd edək ki, Dadaşov neft haqqında danışarkən belə deyib: “Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrəti ancaq sosializm ölkələrində görə bilərsiniz. Bilirsiniz, nə ilə bağlıdır? Sovet dövrünün rejimi kolxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu. Bir nəfər kolxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik, necə oldu ki, siz qabağa keçdiniz. Bundan nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma Sovet dövründə hamı bir-birinin pulunu qazanırdı. Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər. keç önə”.
Şoumenin bu fikrinə cavab yazanlardan biri də iqtisadçı Qubad İbadoğlu olub. İqtisadçı sosial şəbəkədəki səhifəsində yazıb:
"Görəsən, "neft sənin deyil, dövlətindir" fikirləri ilə gündəmə gələn şoumen Murad Dadaşov nə danışdığının fərqinə varır, bilirmi ki, onun neftlə bağlı sərgilədiyi mövqe mərhum prezident Heydər Əliyevin “neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” və İlham Əliyevin "hər bir vətəndaş bilir və yaxud bilə bilməlidir ki, Azərbaycana neftdən nə qədər gəlir gəlib, bu gəlirin üstünə nə qədər faiz gəlib, nə qədər xərclənib, necə xərclənib" fikirlərinə ziddir".
Q.İbadoğlu yazıb: "Murad Dadaşovda belə cəsarət hardandır ki, ölkə prezidentinin siyasi xəttinin əksinə çıxışlar edir? Onun belə həssas mövzularda fikir bildirməyindənsə, öz səviyyəsinə uyğun işlərlə məşğul olması daha məqsədəuyğundur".
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-10-2019, 11:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-10-2019, 11:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti