Fədayə Laçın azadlığa buraxılır - Vəkil DANIŞDI - YENİLƏNİB
Müğənninin vəkili Nurəngiz Qarayeva Lent.az -a açıqlamasında Bakı Apelyasiya Məhkəməsinin hökmünü təsdiqləyib:
“Fədayə xanıma 304.2.1-ci maddədə nəzərdə tutulan ən aşağı cəza təyin edildi. Həmin maddəyə əsasən Fədayə Laçını 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. İrəli sürdüyümüz tələblər əsasında məhkəmə Fədayə Laçına təqsirli bilindiyi maddənin ən aşağı cəza müddətini təyin etdi”.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də həbs edilib. Hakimin təyin etdiyi 2 il cəza müddəti isə gələn ayın 23-ü bitir. Vəkil də deyir ki, Fədayə Laçınoktyabrın 23-də azadlıqda olacaq.
***
16:26
Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
APA -nın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.
Bundan başqa Kanvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub. Keçirilən əməliyyatla E. Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2019, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2019, 17:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01