“Ağızlarına gələni oxuyurlar” – Həmkarlarını savadsız adlandıran müğənniyə cavab
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vasif Məhərrəmli həmkarlarını savadsız adlandırıb. "Bizim sənət aləmində intellektual səviyyəsi, savadı olanların sayı azdır. Vəziyyət bərbaddır. İndi də insanlar onlara qulaq asırlar. Savadsızlar çoxluq təşkil edir. Ona görə də bu gün kütlənin müğənnilərə qarşı etinasız yanaşması var. Deyirlər, bunlar savadsızlardır", - deyə müğənni bildirib.
Bəs görək həmkarları əməkdar artistin bu fikri ilə razılaşırmı? “Yeni Sabah”a danışan sənətçilərimiz bu barədə öz fikirləeini açıqladılar.
Əməkdar artist Baloğlan Əşrəfov:
“Hərə özünə cavabdehdir. Vasif Məhərrəmli mənə böyük hörməti olan sənətkardır. O bunu hamıya şamil etməz. O bilir ki, kimin intellektual səviyyəsi var, kimin yoxdur. Bilirsiniz, gəlin açıq danışaq. Müğənnilərin savadlı olmaq üçün tək mahnı oxumaq, mahnıların sözlərini əzbərləmək kifayət deyil. Bu gün oxuyanların 90 faizi heç mahnının sözlərinə, bədii formasına, onun mükəmməl olub-olmadığına fikir vermirlər. Ağızlarına gələni oxuyurlar.
Həm də müğənni təkcə mahnı oxumaqla məşğul olmamalıdır. Fikrimcə, müğənni hər şeylə maraqlanmalıdır. Yeri gəlsə, siyasətlə də maraqlanmalıdır, müdaxilə etməməlidir, amma maraqlanmalıdır. Müğənni ədəbiyyatla, tarixlə maraqlanmalıdır. Ümumiyyətlə, onun intellektual səviyyəsi yüksək olmalıdır. Biz elin içində olan adamlarıq. Bəlkə, kimsə bizdən bir şey soruşdu. Biz cavab verməliyik axı. Yalan nəsə deyə bilmərik. Mənə elə gəlir ki, Vasif hamısını nəzərdə tutmayıb. O yaxşı bilir ki, intellektual səviyyəsi olan, savadlı müğənnilərimiz də var. Amma müğənni təkcə oxumaqla yox, intellektual səviyyəsi ilə də fərqlənməlidir. Sabah söz meydanında və ya digər yerlərdə hər hansı mövzudan söhbət düşəndə müğənni gözlərini döyməməlidir”.
Xalq artisti Niyaməddin Musayev:
“Yox, müğənnilərin savadı da, düşüncəsi də var. Kimin zövqü necədir, o cür də yanaşır. Hamının zövqü eyni ola bilməz ki, biri klassik sevir. Biri rok sevir, biri xalq ruhunda olan mahnıları sevir. Bunun savadsızlığa nə aidiyyatı var. Vasif yaxşı müğənnidir, ola bilsin, onu musiqi baxımından deyib. Bir də görürsən ciddi musiqilər, əsl musiqilərə dəyər verilmir. Onun sözündə həqiqət var. Bəsit, saya nəğmələr olur ki, insanların zövqünü korlayır. Bu gün ciddi musiqilərə qulaq asılmır. Müğənnilərin səviyyəsi bərbad da deyil, amma Vasifin sözündə də bir həqiqət var. Əsl musiqini oxuyanlar bu gün çox azdır”.
Müğənni Təranə Qumral:
“Vasif Məhərrəmliyə hörmətim sonsuzdur. Onun bildiyi bir şey olmasa, o sözləri deməz. Onunla razıyam”.
Müğənni Əhməd Mustafayev
“Deyib ki, azdır da. Deməyim ki, hamısı savadsızdır. Ən azından o bilir, kim savadsızdır, kim savadlıdır. Burada hamını nəzərdə tutmayıb. Deyib ki, çoxu savadsızdır. Belə də, düz deyib”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-09-2019, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-09-2019, 16:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti