“Belə yalanı bir İlhamə Quliyevadan, bir də Faiq Ağayevdən eşitmişdim”
Binəqədi Rayon Məhkəməsində Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən keçirilən məhkəmə prosesinin başa çatdığı barədə məlumat yayılıb.
Bu barədə jurnalist Ü.Alovlu sosial şəbəkələrdə yazıb. O, məhkəmədə qalib gəldiyini bildirib:
"Flora nənə mənə məhkəməni uduzdu".
Məsələni dəqiqləşdirmək üçün Flora Kərimova ilə əlaqə saxladıq. Xalq artisti jurnalistin məhkəmədə qalib olması ilə bağlı yazdıqlarına sərt reaksiya verdi.
F.Kərimova “Yeni Sabah”a açıqlamasında bildirdi ki, məhkəmənin bitməsinə hələ 21 gün var. Onun sözlərinə görə, jurnalistin yazısı ekspertizaya yollanıb və 1 ay ərzində cavab gələcək:
"Mən çox yalanlar görmüşəm, 79 yaşın içindəyəm bu dərəcədə yalanı bircə İlhamə Quliyevadan, bir də Faiq Ağayevdən eşitmişdim. Məhkəmənin bitməyinə hələ 21 gün qalıb, o, isə deyir ki, “Flora nənəni uddum". Məhkəməyə dəfələrlə gəlmədi, axırda güclə tapdıq onu. Gəldi və məhkəmədə dedi ki, "mən söyməmişəm, sadəcə sual vermişəm”. Ona dedim ki, 79 yaşında qadından soruşursan ki, sən əxlaqsızsan ya yox?. Verdilər ekspertizaya, 1 aydan da az müddətdə ekspertiza onun söyüş yazdığı yerləri təyin edib göndərəcək, işə baxılacaq.
Ona vannada olan şəklimi göstərib soruşdum ki, bunun harası əxlaqsızdır?. O şəkil “Qayınana” filmindəndir, boğazıma qədər də bağlı şəkildir. Qorxmur ki, yalanı üzə çıxacaq?”.
Xatırladaq ki, tərəflər arasında qalmaqala Flora Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!”, - deyə fikir bildirməsi və jurnalist Ülviyyə Alovlunun bu sözlərə sərt reaksiyası verməsi səbəb olub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-09-2019, 14:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-09-2019, 14:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti