reklam
Regionxeberlericom.az » Mədəniyyət » Hamı kimi normal bir insanam - Xalq artisti

reklam

Hamı kimi normal bir insanam - Xalq artisti
















"Mənim uşaqlıq şəklim yoxdur. Atam və anam ömür boyu dava edib, boşanıblar. Heç birinin ağlına gəlməyib ki, bir dəfə olsun uşaqların şəkillərini çəkim, böyüyəndə kiməsə göstərsinlər. Oğlum Hüseynə göstərəcək uşaqlıq fotom yoxdur".

RegionXəbərləricom.az teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan "Elgizlə izlə" verilişində deyib:

"Hüseynə deyirəm ki, 9-cu sinifdə oxuyursan, "vinetka" şəkil çəkdirərsən. Hara gedirəmsə, onun şəkillərini və videolarını çəkirəm. Çünki o, indi uşaqdır, anlamır, amma böyüyəndən sonra ona lazım olacaq". Həkim tap

Röya Ayxan bildirib ki, dünyanın ən xoşbəxt qadınıdır: "Mən o qədər rahatam. Çünki bütün həyatımı istəyərək yaşamışam. Əgər birini sevmişəmsə, ayrılanda da əziyyət çəkmişəmsə, onu da insanlarla birgə yaşamışam. Ayıb deyilən bir şeyim yoxdur. Hamı nəyin necə olduğunu bilir. Sevginin ən lüksunu və ən pisini yaşaya bilərəm. Dava da etsəm, ən pisini və ən yaxşısını edə bilərəm.

Mən də hamı kimi normal bir insanam. Sadəcə olaraq, Allah məni yaradanda deyib ki, sənə bu taleyi yazıram, get ailənlə xoşbəxt ol. Dünyanın ən xoşbəxt qadınıyam".




Paylaş:


Müəllif : Tarix:
18-06-2024, 10:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər