25 milyon dollarlıq gəlir sahiblərinə çatdı
Azərbaycan kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti yekunlaşıb.
“SOCAR Capital”dan verilən məlumatda bildirilib ki, istiqrazların 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatmış oldu.
Qeyd edək ki, 2016-cı ildə buraxılmış SOCAR İstiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atılıb. Abunə yazılışı dövründə istiqrazlara iki dəfədən artıq tələb gəlib, təkrar bazar əməliyyatlarının həcmi 202 milyon dolları üstələyib, 2 500-dən artıq əqd bağlanıb.
Həmçinin, 5 illik müddət ərzində Bakı Fond Birjasında korporativ istiqrazlarla bağlanan əqdlərin 91 faizi, əməliyyat həcminin isə 75 faizi SOCAR İstiqrazlarının payına düşüb, repo əməliyyatlarının həcmi 36 milyon dolları ötüb. 5 il ərzində birjadakı mümkün ticarət günlərinin 72 faizindən çoxunda SOCAR İstiqrazları ticarət olunub.
Xatırladaq ki, hazırda yeni SOCAR istiqrazlarının abunə yazılışı davam edir. 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkündür. İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizləri rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-10-2021, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-10-2021, 11:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01