Saakaşvilinin Gürcüstana dönüşü insanları mübarizəyə ruhlandırdı - GƏLİŞMƏ
Ötən həftənin şənbə günü Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirildi. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” Partiyası yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə 46,6 faiz, keçmiş prezident Mixail Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyası isə 30,7 faiz səs yığıb. Qonşu ölkədə seçkinin nəticələri ilə paralel müzakirə olunan məsələlərdən biri də oktyabrın 1-də Tiflisə gələn Mixail Saakaşvilinin dərhal həbs edilməsidir.
Sabiq prezident tərəfdarlarına müraciət edərək seçkilərdə aktiv iştirak etməyi və kütləvi aksiyalara başlamağı tövsiyə etmişdi. Heç kimin qalib gəlmədiyi Tiflis meri uğrunda seçkilərin ikinci turu 30 oktyabrda keçiriləcək. Vahid Milli Hərəkatın liderlərindən Giya Baramidze seçkinin ikinci turuna hazırlıq gördüklərini deyib. Onun sözlərinə görə, seçkinin ikinci turunda müxalifət daha mobil və yekdil olacaq: “İndi hamının bir məqsədi var və ayrı-ayrı partiya maraqları ikinci plana keçib. Biz bütün partiyalara əməkdaşlıq üçün əlimizi uzadırıq. İndi məsələ məhz hansı partiyanın qalib gəlməsində deyil”. O qeyd edib ki, növbədənkənar parlament seçkisinin keçirilməsini müxalifət yalnız yerli orqanlara seçki bitəndən sonra tələb edəcək. Partiya rəsmiləri hər hansı aksiyaya hazırlıq görmədiklərini də vurğulayıb.
Saakaşvilidən seçkilərlə bağlı açıqlama...
Mixail Saakaşvili ölkədə keçirilən yerli seçkinin nəticəsindən məmnun olduğunu dilə gətirib. Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze deyib ki, Saakaşvili seçkinin nəticələrindən çox məmnun qalıb: “Tiflisdəki nəticələr onu xüsusilə təsirləndirdi. Şantaj və rüşvət fonunda gürcü xalqının hansı mübarizədən keçdiyini, hansı təzyiq altında seçim etməli olduğunu başa düşür”.
Zelenski Saakaşvilinin Tiflisə getməsindən təəccüblənib
Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin Gürcüstanda saxlanılması ilə bağlı açıqlama verib. Ölkə rəhbəri deyib ki, o, daim Ukrayna vətəndaşlarının qaytarılması ilə məşğul olur: “Hamımız bununla məşğul olacağıq. Saakaşvilinin Gürcüstana getməsindən xəbərim olmayıb və bu xəbəri eşidəndə çox təəccübləndim”. Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, Gürcüstan orqanlarından aydın cavab gözləyirlər: “Xarici işlər nazirləri səviyyəsində konsultasiyalardan sonra qərar qəbul edəcəyik”.
ATƏT-dən Gürcüstandakı seçkilərə reaksiya...
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Albert Conson bildirib ki, Gürcüstanda yerli seçkilər cəmiyyətdəki siyasi böhran və qütbləşmə fonunda sakit keçib: “Seçkilər siyasi böhran və aydın qütbləşmə fonunda baş tutdu. Namizədlər ittihamlar və təhdidlər fonunda rəqabət mühitində iştirak edə bildilər”. Onun sözlərinə görə, seçki məntəqələrində bəzi xoşagəlməz hallar olub. Daha əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi seçki günü açılmış 16 cinayət işinin araşdırılması barədə məlumat yayıb.
Saakaşvili Gürcüstana necə gəldi?
Gürcüstanın hüquq-mühafizə orqanları hələ də keçmiş prezident Mixail Saakaşvilinin ölkəyə necə gəldiyindən məlumatlı deyil. Bu barədə Saakaşvilinin vəkillərindən biri Dmitri Sadzaqlişvili deyib. Onun sözlərinə görə, Saakaşvilinin Gürcüstana gəlməsinə dair hər hansı informasiya yoxdur: “Bizə verilən sənədlərə görə, Saakaşvilinin Gürcüstana hansı yolla gəldiyi bilinmir”.
Mişanı Kiyevə verməyi tələb edirlər? Verməyəcəyik!
“Saakaşvili layiqli cəzasını alacaq”
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Mixail Saakaşvili törətdiyi cinayətlərə görə layiqli cəzasını alacaq və cəzasını Gürcüstanda çəkəcək: “Saakaşvilini Ukraynaya qaytarmağı tələb edirlər? Cəzasını çəksin və sonra istənilən ölkəyə getsin. Tam məsuliyyətimlə deyirəm: Saakaşvili cəzasını bütünlüklə çəkəcək”.
“Saakaşvili dövlət çevrilişi etmək istəyirdi...”
“Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze iddia edib ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili seçkidən sonra dövlət çevrilişinə hazırlaşırdı: “O, Gürcüstana dövlət çevrilişini həyata keçirmək, ölkədə iğtişaşlar yaratmaq üçün gəlmişdi. Müvafiq orqanlar onun cinayətinin qarşısını almaq üçün bütün tədbirləri gördülər”.
“Gürcü Arzusu” ölkəni yaxşı idarə edə bilmir, odur ki, Saakaşvilinin nüfuzu artır”
Seçkidən sonrakı prosesləri “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Gürcüstandakı seçkilərdə hakim partiya qələbə qazanıb. Lakin Mixail Saakaşvilinin ölkəyə qayıdışı passiv elektoratı hərəkətə gətirib: “Sabiq prezidentin tərəfdarları bir sıra şəhərlərdə qalib gəldilər, bəzi ərazilərdə seçkilərin nəticələri ləğv olunmaq üzrədir. “Gürcü Arzusu” ölkəni yaxşı idarə edə bilmir, odur ki, Saakaşvilinin nüfuzu artır. Ümumilikdə götürəndə, gürcü cəmiyyəti zəifləyir, demokratiya axsayır. Bu seçki cəmiyyətin ən zəif eniş nöqtəsinə münasibdir. Media, partiyalar hakimiyyətin nəzarətindədir. Buna baxmayaraq, Saakaşvilinin vətənə dönüşü insanları mübarizəyə ruhlandırdı. Ehtimal etmək olar ki, əsas mübarizə bundan sonra başlayacaq. İnanmıram ki, iqtidar sabiq prezidenti uzun müddət həbsdə saxlaya bilsin. Saakaşvili üçün də son şansdır. Onun xarici dəstəyi kifayət qədərdir, öz elektoratı var. Yaxın zamanlarda Saakaşvili yeni hərəkat yarada və hakim partiyanın dayaqlarını laxlada bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-10-2021, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-10-2021, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01