İsrail Azərbaycana silah satmaq yarışında Rusiyanı qabaqlayıb
İsrail hökuməti ötən gün elan edib ki, 2020-ci ildə ölkənin silah ixracı 8.3 milyard dolları keçib. Bu da bir il əvvəlkinə nisbətən 15 faiz çoxdur.
İsrail KİV-ləri yazır verir ki, koronavirus pandemiyasının satışlara təsir etməsinə baxmayaraq 2020-ci ildə yeni bazarlara çıxış əldə olunub və nəticədə 2019-cu ilə nisbətən 1 milyard dollarlıq çox silah satılıb. 2017-ci ildə İsrailin silah ixracı ən yüksək səviyyəyə çatmışdı və 9.2 milyard dollar təşkil edirdi. 2020-ci ildə isə silah ixracında ikinci ən yüksək göstərici qeydə alınıb.
“Ötən il ərzində biz hökumətlərarası razılaşmalar və tərəfdaşlarımızla əməkdaşlığı daha da dərinləşdirmək üzərində çalışdıq, bunu etməkdə davam edəcəyik”,-müdafiə naziri Benni Hants bildirib.
Ötən illərdə olduğu kimi İsrailin hərbi ixracının əsas hissəsi Asiya-Sakit okeanı regionuna yönəlib. İsrail Müdafiə Nazirliyi bu haqda bildirir. Hökumətin məlumatına görə, radarlar ə erkən xəbərdarlıq sistemləri, habelə sursatlar və silahlar ixracın 16 faizini təşkil edib, pilotlu təyyarələr və avionika chazları satışların 13 faizi həcmində olub, daha 13 faizini isə müşahiə və optik sistemlər təşkil edib. Raketlər, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri isə ümumi ixracın 10 faizi həcmində olub. Qalan satışlar isə pilotsuz aparatların və kəşfiyyat sistemlərinin payına düşüb. (Virtualaz.org)
Satışların 44 faizi Asiya-Sakit okean regionuna, 30 faizi Avropaya, 20 faizi Şimali Amerikaya, 4 faizi Afrikaya , 2 faizi Latın Amerikasına yönəlib. Azərbaycan da İsraildən ən çox silah alan ölkələr arasında yerini qoruyub. İsrail KİV-ləri Stokholmdakı Sülh və Müharibə Araşdırmaları İnstitutunun (SIRRI) hesabatına istinad edib yazır ki, İsrail Azərbaycana silah satmaq məsələsində Rusiyanı qabaqlayıb, son beş ildə İsrail Azərbaycanın əsas silah təchizatçısıdır və satışların həcmi 740 milyon dollar olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2021, 13:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-06-2021, 13:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01