reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Dünya bazarında ərzaq ucuzlaşmaqda davam edir - Azərbaycanda isə əks proses gedir

reklam

Dünya bazarında ərzaq ucuzlaşmaqda davam edir - Azərbaycanda isə əks proses gedir


Bu ilin avqust ayında dünya bazarında ərzağın orta qiyməti 3-cü dəfə azalma nümayiş etdirib.”Reuters” agentliyi xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Bildirilib ki, qiymət azalması şəkər, buğda və qarğıdalının kəskin ucuzlaşması ilə bağlıdır. Belə ki, ay ərzində şəkərin qiymətində 4%, taxıl məhsullarının qiymətində isə 6,4% azalma müşahidə edilib. Doğrudur, ötən ay bitki yağlarının 5,9%, delikotes məhsullarının isə 0,5% bahalaşması da müşahidə edilib, amma bu, ümumi ucuzlaşmanı dayandıra bilməyib. Avqustda ərzaq qiymətləri indeksi iyuldakı 171,8 dollar səviyyəsindən 169,7 dollara enib.
Bu arada, FAO 2019-2020-ci illərdə qlobal taxıl ehtiyatlarının gözləntilərdən çox olacağını qeyd edib.
Maraqlıdır ki,  dünya bazarında ərzağın orta qiyməti 3-cü dəfə azalsa da, Azərbaycanda elə o qədər artıb. Ərzaq bazarını inhisrda saxlayan oliqarxlarımız xalqa qarşı soyğunçuluğu davam etdirir.


Paylaş:


Müəllif : Tarix:
5-09-2019, 23:03
Sikayət   


loading...
Загрузка...