ÇİNİN TƏDRİCİ SİBİR İŞĞALI – “Kremldəki millətçilər nə vaxtsa buna qarşı çıxacaqlar”
Fransa prezidenti Emmanuel Makron Amazon meşələri ilə bağlı həyəcan təbili çalaraq bildirib ki, bütün dünyanın ilk işi tropik cəngəlliklərinin xilas edilməsi olmalıdır.
Amma küləklə yayılan alov və tüstü və həmçinin də yırtıcı xislətilə həyata keçirilən taxta-şalban ticarəti və meşə ərazilərinin zəbt olunması təkcə cənub yarımkürəsiylə məhdudlaşmır. Bu gün dünyanın ən böyük meşələrindən olan Sibir meşələrinin qırılması həqiqətən də geosiyasi əhəmiyyət daşıyır və bu hadisə Moskva ilə Pekin arasındakı dostluğun sonunu gətirə bilər.
Vaxtilə QULAQ məhbuslarının taxta-şalban hazırladıqları Sibirin meşə massivləri indi Çinin ixtiyarına verilib. Çin yüz il ərizndə sistemli şəkildə öz meşəsini qırıb qurtarıb. Onun əhalisi artmağa başlayanda (19-cu əsrin ortalarında artıq 400 milyon nəfərə çatırdı) ölkənin meşələri öz yerini kənd təsərrüfatı sahələrinə verdi, ağaclar isə qızınmaq və evlərin tikintisində istifadə olunmağa başladı. Çin sivilizasiyası meşələrin məhv edilməsi üzərində qurulub. Ona görə də, Çin Vladimir Putinin xeyr-duası ilə öz nəzərlərini Sibirə zilləyib. Məqsəd artan ehtiyacların ödənilməsdir.
Bu gün Transsibir dəmir yolu boyunca çinlilərin işlədiyi yüzlərlə ağackəsmə məntəqəsi var. Rusiyadan Çinə daşınan ağaclar inşaatda, daxili bazarda istifadə olunur, yaxud da ixrac edilir. Çin ağackəsənlərinin əksəriyyəti qeyri-leqal işləyir, onlar kəsilimiş ağacların budaqlarını yandırırlar. Bu il Sibirdəki yanğınların əksəriyyəti ağac tədarükü rayonlarının yaxınlığında baş verib.
Beş il bundan öncə Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə Putin nəzərlərini şərqə tərəf yönəldərək, yeni alyans qurmağa can atdı. Onun strateji düşüncəsi belədir: Qərbi onun öz silahı ilə vurmaq lazımdır, bunun üçün liberal qaydaların yayılmasının əngəllənməsi yolunda strateji ox formalaşdırılmalıdr. ABŞ və Çin arasındakı ticarət müharibəsi Putin və Si Çzinpini daha da yaxınlaşdırdı. Sibir, ilk öncə Rusiyanın şərq müdafiə sərhəddidir. Lakin Putin Çini Rusiyanın milli maraqlarına bağlamaq üçün regionun imkanlarından istifadə etmək istəyir. Bu gün o, soya yetişdirmək üçün çinli investorlara Rusiyanın şərqində milyonlarla hektar torpaq təklif edir.
Qarşılıqlı tarif tətbiqinə görə Pekin ABŞ-dan soya idxalını azaldıb. Putinin bu jesti gələcəkdə Trampın Çinə qarşı tətbiq edəcəyi sərt tədbirlərin qarşısının alınması baxımından Pekin üçün müdafiə istehkamı rolu oynayır. Çin pulları Sibirin dağ-mədən və ağac tədarükü sektoruna axınla gəlir. Çinin yaxınlığında yerləşən Vladivastok və Xabarovsk ticarət-yükboşaltma qovşağına çevrilirlər. Yeni xüsusi iqtisadi zonalar yaradılır.
Belə qarşılıqlı əlaqələr Rusiya üçün çox vacibdir. Bu il “Sibirin gücü” qaz xətti işə düşəcək və buradakı başlıca məqsəd 2035-ci ilədək Rusiyanı Çinin əsas qaz tədarükçüsünə çevirməkdir. Həmin vaxta kimi dünya qaz tələbatı Çinin hesabına təxminən 20 faiz artmalıdır. Qərb “Qazprom”un Avropa bazarlarındakı həyatını mürəkkəbləşdirir, lakin Rusiya hesab edir ki, çətin günlərdə onlar Çinə bel bağlaya bilərlər.
O ki qaldı Rusiya silahının Çinə tədarük olunması məsələsinə, bu istiqamətdə vəziyyət daha yaxşıdır. Çin iqtisadiyyatının böyümə tempinin ləngiməsinə baxmayaraq, bu ölkənin ordusu kifayət qədər yaxşı maliyyələşir və Moskvadan müasir qırıcılar və zenit-raket kompleksləri ala bilir.
Rusiyanın ən yaxşı çinşünaslarından olan Yuriy Tavrovski bildirib ki, ölkənin yüksək hərbi komandanlığı gələcək düşməni silahlandıra biləcəkləri ehtimalından artıq narahat deyil. Yuriy Tavrovski deyib: “Nə vaxtsa Rusiya Qərbin yeganə strateji rəqibiydi, amma indi ABŞ milli müdafiə strategiyasında iki rəqibin adı keçir, Amerika və Qərbin bütün resursları bizim iki ölkəmizə qarşı yönəlib”.
Əlbəttə, hal-hazırda iki ölkə bir-birlərinə qarşı casusluq fəaliyyəti aparsalar da, 1969-cu ildəki Çin-Sovet İttifaqı sərhəd münaqişəsi bu gün uzaq keçmiş kimi görünür. Nə vaxt Çin-Rusiya oxu ABŞ maraqlarıyla ziddiyyət təşkil edirsə, onda iki ölkə arasındakı diplomatik yaxınlaşma səyləri daha da artır. Bu, özünü Şimalı Koreya, İran və Venesuela ilə bağlı məsələlərdə daha aydın göstərir. Digər yandan isə, onların Orta Asiyadakı rəqabətləri açıq müstəviyə çıxırsa, onda Putin və Si Çzinpin bundan yayınırlar.
Lakin bir sahə var ki, burada münasibətlər ciddi əngəllərlə qarşılaşır. Bu Sibirdir. Sibir Rusiyanın milli özünüdərkinin mühüm hissəsi sayılır. Sibirin sərt qışının gözəlliyi (hələ vaxtıyla Puşkin yazırdı: “Şaxta və günəşli günlərin gözəlliyi necə də möcüzəlidir”) və həmçinin də çar dövründəki repressiv-katorqa sistemində bu regionun xüsusi tarixi rol oynaması, rusların “dərin yaddaşına” hopub. Ona görə də, onlar çinlilərin təsərrüfat işləriylə məşğul olmasından bərk narazıdırlar. Dörd il Sibirdə katorqa həyatı yaşamış Fyodr Dostoyevskidən başlamış, QULAQ salnaməsini qələmə almış Aleksandr Soljenitsinə kimi bir çox ziyalı Sibiri xalis rus torpağı hesab edir.
Rusiya ekoloqları və millətçiləri (onlar həmişə təbii müttəfiqlərdir) Baykal gölü rayonunda və Sibirin cənubundakı Çin investisiyalarına qarşı etiraz səsi ucaldırlar. Onlar rus meşələrini qıran sırtıq və təkəbbürlü çinli menecerlərin yırtıcı fəaliyyələrindən şikayətlənirlər.
İndi vəziyyət elədir ki, rusiyalıların əksəriyyəti Putinin qeyri-bərabər alyansda kiçik qardaş rolunda çıxış etməsindən ehtiyatlanırlar. Bir çox qürurlu sibirli Çini başdan-ayağa ikiüzlü və riyakar hesab edir. Dünya zibilxanasına çevrilməmək üçün bu ölkə plastik torbalardan istifadəyə qadağa qoyur. Amma Çin heç bir vicdan əzabı çəkmədən Sibirin məsum təbiətini çirkləndirir və zəhərləyir.
Nə vaxtsa Kremldəki millətçi güclər bu cür qarşılıqlı əlaqələrə son qoya bilərlər. Və onda belə olan təqdirdə anti-liberalizminin iki güclü dövləti arasında parçalanma yaranar ki, bu da ABŞ hərbi isteblişmentini çox sevindirər.
(“The Times”-Böyük Britaniya)
Tərcümə “AzPolitika”nındır
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-09-2019, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-09-2019, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01