reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Cahangir Əsgərovdan sonra təyyarə biletlərinin qiyməti aşağı salınacaq? - AÇIQLAMA

reklam

Cahangir Əsgərovdan sonra təyyarə biletlərinin qiyməti aşağı salınacaq? - AÇIQLAMA


“Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi çoxdan gözlənilən qərar idi. Dəfələrlə Prezidentdən tutmuş adi vətədaşlara qədər AZAL barədə narazılıqlar səsləndirilmişdi. Bir müddət öncə yayılan BUTA ilə AZAL-ın birləşdirilməsi və eyni brend altında fəaliyyət göstərəcəyi barədə xəbərdən anlamaq olardı ki, hansısa ciddi struktur dəyişiklikləri ilə bağlı qərarlar gözlənilir. Bu dəyişikliklər nəticəsində Cahangir Əsgərovun, nəhayət ki, AZAL-ın rəhbərliyindən çıxarılması baş verə bilərdi. Deməzdim ki, bu, gözlənilməz bir qərardır. Problem isə başqadır, tək şəxslərdə deyil. Bəli, yumşaq desəm, Cahangir Əsgərovun idarəetməsi ilə bağlı çoxlu suallar var idi. Yeni təyin olunacaq rəhbərlik idarəetmə strategiyasını, fəlsəfəsini, yanaşmasını dəyişməsə, elə köhnə qaydada idarəetmə davam etsə, bu zaman dəyişən nəsə olmayacaq. İnsanların gözləntisi bu yöndə deyil”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Vətəndaşın gözləntisi bundan ibarətdir ki, AZAL inhisarçılığa son qoyacaq, ölkədə bu sahədə rəqabətli mühit formalaşacaq. Nəticə etibarilə, AZAL rəqabətli mühit şəraitində fəaliyyət göstərdikcə qiymətlərin də enməsinin şahidi olacağıq. Tək kadrların, şəxslərin dəyişməsi yox, həm də struktur və idarəetmə islahatları da baş verəcəksə, bu, pozitiv, ölkənin prioritet sahəsi olan turizmin inkişafına kömək ola biləcək irəliləyiş olacaq. Yox, köhnə qaydalar, üsullar, yanaşmalar qalacaqsa, sözün açığı, ciddi effekt verəcəyini düşünmürəm. Yaxın zamanlarda paralel olaraq quru sərhədlər də açılarsa, bundan sonra AZAL-ın strategiyasında dəyişiklik olarsa, deməli, bunu təkcə kadr dəyişikliyi yox, həm də idarəetmənin fəlsəfəsinin dəyişməsi kimi anlamaq olar”, - o bildirib.




Paylaş:


Müəllif : Tarix:
2-09-2023, 12:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər