Baş bankir anons etdi: Banklar məmurlardan alınacaq? - GƏLİŞMƏ
Bankların bağlanması məsələsi hər zaman cəmiyyətin narahatlıqla izlədiyi prosesdir.
Reallıq odur ki, bu gün əhalinin böyük hissəsinin banklarla bu və ya digər formada əlaqəsi var. Bəziləri kredit götürüb, digərlərinin isə əmanətləri var, çox sayda isə gündəlik istifadə olunan bank kartlarından istifadə edən şəxs var.
Eyni zamanda, rəsmi işdə çalışanların əməkhaqqı kartları, o cümlədən pensiya və təqaüd kartlarını da bura şamil etsək, bütün bunlar onu deməyə əsas verir ki, bu gün hər kəs bank xidmətlərindən istifadə edir.
Qeyd edək ki, pensiya və təqaüd kartları əsasən dövlət banklarına aid olduğu üçün bu məsələdə əslində heç bir problem və narahatlıq yoxdur, çünki ödənişlər və vəsaitlər dövlət təminatında olur.
Ümumi götürəndə isə bağlanan banklarda əmanəti olanlar daha çox zərər görmüş olur. Azərbaycanda bank sektoru sağlam olmadığı, rəqabətli mühit formalaşmadığı üçün isə kommersiya bankları kiminsə “nüfuzu” ilə bazarda qalmağa çalışır.
Sirr deyi ki, bu gün banklar hansısa yüksək vəzifəli məmurlara məxsusdur və ya onun kurasiyasındadır. Dəfələrlə bankları məmurların kurasiyasından çıxarılmasının vacibliyi vurğulansa da, hələ də bu məsələni həll etmək tam şəkildə mümkün olmayıb.
Bankların bağlanması məsələsi bir müddət gündəmdə olmadı. Son olaraq ötən ay bağlanan “Günay Bank”dan sonra bu məsələ yenidən gündəmə gəldi. “Günay Bank”ın ardınca bir neçə bankın da bazarı tərk edəcəyi deyilirdi. Bu gün Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov da problemli bankların bağlanacağını anons edib.
“Maliyyə sektoru mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir, həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər. Ona görə də bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir.
Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, - deyə Baş bankir belə deyib.
Əslində hansısa maliyyə təşkilatının (bankın) lisenziyasının ləğv edilməsi sektorun sağlamlaşması üçün vacib addım hesab olunur. Amma bu prosesin gizli şəkildə aparılması, ictimaiyyətə açıq olmaması sonradan problemlərə səbəb olur.
Təklif olunur ki, Mərkəzi Bank bankların real vəziyyəti və üzləşdiyi problemlər, təhlükələrlə bağlı mütəmadi olaraq informasiyalar yaysın. Vətəndaş da hansı bankın xidmətindən yararlanmaq istəsə, Mərkəzin Bankın məlumatlarına istinad edərək daha təhlükəsiz seçim edə bilsin.
Amma reallıq odur ki, bağlanan bank haqqında məlumat bütün proses bitdikdən sonra verilir. Son ana qədər heç bir informasiya verilmir.
Bank müştərisi isə yalnız rəsmi xəbərlə bankın fəaliyyətini dayandırdığını bilir. Əvvəlcədən bankla bağlı real məlumatlar paylaşılsa, o zaman müştəri də əvvəlcədən özünü prosesə hazırlayar. Bütün bunların olmamasının digər bir səbəbi isə yuxarıda da qeyd olunduğu kimi, bankların məmurlar tərəfindən kurasiya olunmasıdır.
Sonda onu da əlavə edib ki, bu günə qədər ölkədə 15 bankın lisenziyası ləğv olunub. Bağlanan banklar isə “AGBank”, “Amrahbank”, “AtaBank”, “NBCBank”, "Bank Standard", “Zaminbank”, “KredoBank”, “Bank of Azerbaijan”, “Pakistan Mərkəzi Bankı” Bakı filialı, “Parabank”, “Bank Technique”, “Royal Bank”, “Dekabank”, “Atrabank” və “Günay Bank”dır.
Hazırda isə ölkə üzrə 2-si dövlət olmaqla ümumilikdə 24 bank fəaliyyətini davam etdirir
Mərkəzi Bank sədrinin anonsundan sonra hansı bankların bazarı tərk edəcəyi isə yaxın günlərdə bəlli olacaq. Çünki bank sektorunun sağlamlaşdırılması prosesi 2023-cü ilin sonuna qədər başa çatmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-06-2023, 14:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |