“ƏSF bağlanmış bankın olan-qalan əmlakının başına daş salır” - FAKT BUDUR!
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib.
RegionXəbərləricom.az “Qafqazinfo”ya istinadən məlumatına görə, “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış əmanətlər 38,5 milyon manat təşkil edir.
“Əmanətlərin sığortalanması haqqında” Qanuna görə, ƏSF tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmçinin fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.
Ötən ayın 1-nə olan məlumata görə, “Günay Bank”ın ümumi depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu o deməkdir ki, bankın depozitlərinin 70 milyon manatdan çox hissəsinin taleyinin necə olacağı məlum deyil. Bundan başqa, bankın kredit təşkilatlarına və digər maliyyə institutlarına 90 milyon 104 min manat borcu var.
Bankın depozitlərinin 35 milyon manatdan çox hissəsi hüquqi şəxslərə aiddir. Depozit sahiblərindən biri də iqtisadçı ekspert Samir İsmayıldır. O, sosial şəbəkə hesabında bildirib ki, hüquqi şəxs cari hesabında olan 1950 manat məbləğində vəsaiti dondurulub: “Bu necə olur? AMB kommersiya banklarını istənilən an bağlamaq səlahiyyətinə malikdir. Amma hüquqi şəxslərin cari hesabında saxladığı vəsaitə və yerləşdirdiyi əmanətə təminat verilmir. Nağdlaşdırılma şərtləri də sərtləşdirilir və məhdudlaşdırılır”.
S. İsmayıl əlavə edib ki, 2020-ci ildə bağlanan banklarda 5500 manat vəsaiti qalıb: “Məktub yazmışıq, onlar cavab olaraq bildiriblər ki, hələ Himayəçilər Şurasının hesabında olan vəsaitlərin verilməsinə baxılmır. Öncə əmanətlər, vergilər və s. ödənilir. Elə şirkət var ki, “Bank Standard”da 72 milyon vəsaiti qalıb”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, cari hesablarda, xüsusən də hüquqi şəxslərin vəsaitlərinin taleyi bir qayda olaraq acınacaqlı olur. Ekspert “Qafqazinfo”ya bildirib ki, ƏSF sığortalanmış əmanətləri kompensasiya edir, daha sonra bankın ləğvi ilə məşğul olur: “Ləğv prosesi bankın bütün aktivlərinin pula çevrilməsidir. Yəni, daşınar və daşınmaz əmlakın satılması, verilmiş kreditlərin qaytarılması ilə pula çevrilərək bütün kreditorlar (bankda vəsaiti qalan şəxslər) arasında bölüşdürülməsidir. Birinci, ƏSF öz vəsaitini, yəni sığortalanmış əmanətlər üçün ödədiyi və bankın ləğvinə sərf etdiyi vəsaiti götürür.
Həmçinin digər ödəmələr həyat keçirildikdən sonra qalan hissə cari hesablarda qalan vəsaitlərin ödənilməsinə yönəldilir. Amma bir qayda olaraq cari hesablarda olan vəsaitlərin sahiblərinə heç nə çatmır. Məsələn, “Bank Standard” və “Texnikabank”da belədir. Ya da ki, çatırsa da bu, cüzi məbləğdə olur”.
Ə. Həsənov vurğulayıb ki, hüquqi şəxslərin bağlanmış banklardakı cari hesablarında olan vəsaitlərini ala bilməməsi bağlanmış bankın vəsaitlərinin az olması səbəbindən baş verir: “Amma əksər hallarda ƏSF bağlanmış bankın olan-qalan əmlakının başına daş salır. Fond qanunsuz, qeyri-şəffaf, korrupsioner fəaliyyətlə məşğul olur. Tutalım ki, Fond bankın əmlakını “otkat”larla satır, verilmiş kreditlərə “otkat” almaqla güzəşt tətbiq edir. Yaxud, borcalanlara qarşı vaxtında iddia qaldırmır, iddia müddətini ötürür və belə pullar, ümumiyyətlə, batır. Böyük ehtimalla bunu da elə-belə etmirlər, nəyinsə müqabilində edirlər. Dünya təcrübəsində kreditorlar komitəsinin (bankda pulları qalanlar) ləğvediciyə (yerli halda ƏSF) nəzarət etmək səlahiyyətinə malik olurlar ki, qeyri-qanuni hallar baş verməsin”.
“Qafqazinfo” hüquqi şəxslərin indiyədək bağlanmış banklardakı cari hesablarında olan vəsaitləri ilə bağlı ƏSF-yə də sorğu ünvanlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-05-2023, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |