Azərbaycanda bu bank ağır durumdadır – Bir ildə 26 milyon zərər
İstər bütövlükdə ötən ilin, istərsə də bu ilin birinci rübünün nəticələri göstərirdi ki, ölkənin kifayət qədər populyar banklarından biri olan “Bank of Baku”nun maliyyə durumu o qədər də ürəkaçan deyil. Məsələn, bu bank həmin dövrün nəticələrinə görə, ölkədəki ən riskli banklardan sayıla bilər.
Belə ki, 2018-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 44 milyon 655 min manat, cəmi xərcləri isə 71 milyon 462 min manat təşkil edib. Bu o deməkdir ki, bankın xərcləri gəlirlərini kəskin şəkildə üstələyib və 26 milyon 807 min manatlıq əməliyyat zərəri yaranıb. Yalnız mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatların 30 milyon 280 min manatı azad olduğundan əməliyyat zərəri bağlanıb.
Həmçinin, “Bank of Baku” bankların əsas risk göstəricilərindən olan kapital adekvatlılığına görə də ən son yerlərdə qərarlaşıb. Bankın cəmi aktivləri 271 milyon manata yaxın olduğu halda, riskli aktivləri təxminən 263 milyon manat olub.
Lakin bir çox banklar kimi bu bank da dövlət büdcəsindən dollar kreditlərinə kompensasiyanın verilməsi nəticəsində xeyli “qabağa düşüb”. Belə ki, nəticədə bank tərəfindən problemli kreditlərlə bağlı yaradılmış ehtiyatın böyük hissəsi azad olub.
Ancaq buna baxmayaraq, “Bank of Baku”nun riskli aktivləri yenə də kifayət qədər yüksəkdir. Belə ki, cari ilin birinci yarısına dair hesabata görə, bankın kreditlərinin düz üçdə biri problemli olaraq qalır.
İlin ilk yarısının yekunlarına görə, «Bank of Baku»nun ümumi kredit portfeli 277 mln 968 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,95% azdır. Müştərilərə verilən kreditin 91 mln 778 min manatı vaxtı keçmiş kreditlərdir – 33%.
Bankın heabatına görə, ən çox kredit fiziki şəxslərə verilib. «Bank Of Baku» əsasən istehlak kreditləri üzrə ixtisaslaşıb. Belə ki, verilən kreditin məbləği 199 mln 852 min manat təşkil edib. Bu göstərici ötən ilin birinci yarısı ilə müqayisədə 12.25% azdır.
Bankın ikinci ən çox kredit ayırdığı sahə ticarət və xidmət sahəsidir. Adı çəkilən sahəyə bank 65 mln 615 min dollar krediti ayırıb ki, bu da 2018-ci ilin birinci yarısı ilə müqayisədə 7.81% azdır.
FED.az isə xəbər verir ki, bankın kredit portfelindəki ən problemli hissə istehlak kreditlərilə bağlıdır. Belə ki, fiziki şəxslərə verilən 199 mln 852 min manatlıq kreditin 63 mln 357 min manatı vaxtı keçmiş kreditlərdir. Ticarət və xidmət sektoruna verilən kreditlərin 23,8 milyon manatı və ya 36,2%-i problemlidir.
30 İyun 2019-cu il tarixində “Bank of Baku” 291 milyon 237 min manat cəmi aktivlərə (o cümlədən 172 milyon 157 min manatı müştərilərə verilən kreditlər), 219 milyon 502 min manat cəmi öhdəliklərə və 71 milyon 735 min manat cəmi balans kapitalına malik olub.
Onu da qeyd edək ki, mayda dollar kreditlərinə kompensasiya ödənildikdən sonra “Bank of Baku”nun məcmu kapitalı minimal tələbi (50 milyon manat) üstələyib. Və bir növ “qırmızı zona”dan çıxa bilib. Lakin bankın məhz büdcə vəsaiti hesabına bir qədər “dirçəlməsinə” rəğmən hələ də kreditlərinin böyük hissəsinin problemli olaraq qalır. /azpolitika.info/
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-07-2019, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-07-2019, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11