Kremlə qarşı öldürücü sanksiyalar - Avropa Rusiya neftini almır, üçüncü sanksiya paketi hazırlanır
Ekspertlər indiyədək tətbiq olunan sanksiyaları SWIFT-dən çıxarılmadan daha təsirli hesab edirlər
Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiya getdikcə daha ağır sanksiyalara məruz qoyulur. Avropa Birliyinin dövlət rəhbərləri fevralın 24-25-də fövqəladə iclas keçirərək Moskvanı işğalı dayandırmağa məcbur etmək üçün ikinci sanksiya paketini qəbul ediblər.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen sanksiyaların 5 istiqaməti əhatə etdiyini bildirib: maliyyə, energetika, nəqliyyat, ixrac nəzarəti və viza siyasəti. Onun sözlərinə görə, maliyyə sanksiyaları Rusiya bank bazarının 70 faizini, müdafiə sahəsi də daxil olmaqla, dövlət mülkiyyətində olan əsas şirkətləri əhatə edir. AB həmçinin Rusiya elitasının öz ərazisində olan bütün aktivlərini dondurur.
Energetika sektorunda tətbiq edilən sanksiyalar Rusiyanın neft emalı sənayesini inkişaf etdirmək üçün texnologiyaları əldə etməsinin qarşısını alacaq: “Bu sanksiyalar 2019-cu ildə Rusiyaya 24 milyard avro gəlir gətirmiş neft emalı müəssisələrini təkmilləşdirməyə imkan verməyəcək. Çünki bu texnologiyalar yalnız bizdə istehsal olunur, Rusiya onu başqa heç bir yerdən əldə edə bilməyəcək”.
Üçüncü istiqamətdə sanksiyalar Rusiyaya təyyarə və təyyarə hissələrinin satışını qadağan edir. Rusiya hava donanmasının dörddə üçü Avropa Birliyi, Kanada və ABŞ-da istehsal olunub. Onların ehtiyat hissələrindən məhrum edilməsi Rusiyanın hava gücünü minimuma endirəcək.
Dördüncü istiqamət elektron yarımkeçiricilərin Rusiyaya satışının dayandırılması, beşinci isə Rusiyanın dövlət məmurları və biznes elitasına AB ərazisinə girişdəimtiyaz verən vizaların verilməsinin dayandırılmasıdır.
AB-nin sanksiyaları ABŞ, Kanada, Norveç, Cənubi Koreya, Yaponiya, Avstraliya və Tayvanla əlaqələndirilib.
Avropa liderləri iclasda həmçinin Rusiyaya qarşı üçüncü sanksiya paketini müzakirə ediblər. Rusiya mətbuatının yazdığına görə, ikinci sanksiya paketinin müzakirəsi yarım saat çəkib. Müzakirələrin 2 saatdan yuxarı davam edən qalan hissəsində Rusiyaya qarşı üçüncü sanksiya paketi müzakirə olunub. Bu barədə məlumatı Rusiyanın TASS agentliyi Avropa Birliyi ölkələrindən birinin nümayəndə heyətindəki mənbəyə istinadən yayıb. Diplomat agentliyə bildirib ki, üçüncü sanksiya paketində əsas müzakirələr iki məsələ ətrafında gedib: Rusiyanın SWIFT-dən çıxarılması və prezident Vladimir Putinin qara siyahıya salınması. Birinci məsələdə əsas tərəddüd edən ölkə Almaniyadır: “Hələlik bu iki məsələnin heç biri üzrə konkret mövqeyə gəlinmədi”.
Üçüncü paket nə vaxt tətbiq oluna bilər? Bu suala cavab verən diplomat deyib ki, Avropa Birliyi rəhbərləri arasında bununla bağlı da dəqiq təsəvvür yoxdur: “Böyük ehtimalla, vəziyyət daha da kəskinləşərsə, yaxın 2-3 gün ərzində üçüncü paket qəbul edilə bilər”.
Bu arada Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi Ukraynaya 1,2 milyard avro və hərbi texnika yardımı göstərəcək. Eyni zamanda Fransa hökumətinin ölkə ərazisində sanksiya siyahısına düşən bütün Rusiya vətəndaşlarına məxsus hesabların hamısını bloklayacaq.
Qeyd edək ki, ABŞ və Avropa Birliyinin, digər ölkələrin sanksiyalarından sonra Şimal-Qərbi Avropada Rusiyanın dünya bazarına çıxartdığı Urals markalı neftin alışı 1994-cü ildən bəri ən aşağı həddə düşüb. Neft dolu tankerlərə heç kim yaxın durmur. Hətta bir çox tankerlərin sahibləri Rusiyalı neft satıcılarından tankerlərin boşaldılmasını tələb edirlər. Bundan əlavə, onlar tankerlərinə Rusiya neftini yükləməkdən də imtina edirlər.
Maraqlıdır ki, əksər analitik mərkəzlər, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın SWIFT sistemindən ayrılmasını ən təsirli vasitələrdən biri kimi qiymətləndirirlər. ABŞ prezidenti Co Bayden isə tətbiq olunan sanksiyaların SWIFT-dən çıxarılmadan daha təsirli olduğunu bəyan edib.
Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, ABŞ prezidentinin dedikləri reallıqdır: “ABŞ prezidentinin dediyində həqiqət var ki, Rusiyanı SWIFT-dən kənarlaşdırmaqdansa, beynəlxalq hesablaşmalarda aparcı olan 4 valyuta (dollar, avro, yen və ingilis funtu) ilə əməliyyatlara qadağa, konkret banklara sanksiyalar daha təsirlidir. Səbəbini deyim. SWIFT qarşılıqlı hesablaşmalarla bağlı banklararası beynəlxalq məlumat mübadiləsi sistemidir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən bir yerli bank SWIFT-ə qoşulmaqla dünyanın müxtəlif regionlarında bu sistemə üzv olan ixtiyari bir bankda fərqli valyuta növlərində müxbir hesab açmaqla həmin regionlarda özünə gərəkli olan bütün hesablaşmalarını apara bilir. Tutaq ki, Beynəlxalq Bankın Londonda ”Deutsche Bank" və “JP Morgan Chase Bank”da, Sürixdə “Credit Suisse”da, Frankfurtda “Deutsche Bank” və “Commerzbank”da, Tokido “MUFG Bank”da, Nyu-Yorkda “Citibank” və “JP Morgan Chase Bank”da müxbir hesabları var. Beynəlxalq Bankın müştəriləri adıçəkilən regionlarda olan tərəfdaşları ilə qarşılıqlı əməliyyatları həmin müxbir hesablar vasitəsilə SWIFT üzərindən ötürülən mesajla təmin edə bilirlər. Məsələn, Azərbaycanın X şirkətinin ABŞ-dakı tərəfdaşının hesablaşma hesabının “Citibank”da olması şərt deyil. Əgər həmin şirkətin bankının “Citibank”la müxbir əlaqəsi varsa, “Citibank” vasitəçi bank kimi bizim Beynəlxalq Bankdan SWIFT-ə ötürülən mesajla bu hesablaşmanı təmin edəcək".
Ekspert bildirir ki, hazırda dünyada SWIFT qədər populyar və nəhəng dövriyyəsi olmayan başqa beynəlxalq mesaj sistemləri var: “Məsələn, Çinin qurduğu CİPS, Avropanın İranla əlaqə üçün qurduğu İNSTEX sistemi kimi. Hətta Rusiya 9 ölkə ilə 331 subyektin iştirak etdiyi avtonom bir sistem də qurub. Yəni SWIFT olmadan kənar sistemlər, hətta ikitərəfli əlaqələrlə də sanksiya altında düşməyən banklar öz aralarında qarşılıqlı hesablaşmanı təmin edə bilərlər. Lakin konkret banklara sanksiya və hesablaşma aparılacaq konkret valyutalara qadağalar gətirilirsə, artıq SWIFT-də qalmağın elə bir ciddi əhəmiyyəti qalmır”.
Fariz Hüseynli
İqtisadçı-alim, ABŞ-ın Şimali Dakota Universitetinin professoru Fariz Hüseynli ABŞ-ın Rusiyaya qarşı sanksiyalar məsələsində ehtiyatlı davranmasının səbəblərini onun təkbaşına hərəkət etmək istəməməsi ilə izah edir: “Amerikanın son günlərdəki hərəkəti göstərir ki, təktərəfli sanksiyalar qoymaq istəmir. Birinci onu göstərmək istəyir ki, Rusiya müttəfiqləri bölə bilməyib. Bu hekayəni çox vacib hesab edir hökumət.
İkincisi, həmişə beynəlxalq sistemdə dolları silah kimi işlətməkdə tənqid olunur. Kimlər tərəfindən? Təkcə Rusiya, Çin yox, həm də Avropa tərəfindən. Hələ İrana qarşı sanksiya qoyanda Avropa bankları alternativ ödəmələr sistemi söhbəti edirdi. İndi Amerikanın əsas hədəfi sanksiyaları Avropa və başqa müttəfiqlərlə birgə tətbiq etməkdir. Deməli, proses yavaş gedəcək. Artıq əsas dövlət bankları və şirkətlərinə ilk ağır sanksiyalar qoyuldu. Əsas problem Almaniya və İtaliyadır. Razı olmurlar ki, Rusiya ilə aparılan neft-qaz ödəmələrinə sanksiya qoyulsun. İngiltərə və Amerika nə qədər təzyiq etsə də, hələ razılıq əldə edilməyib. İngiltərə əlindən gələni edir bu mövzuda.
SWIFT ətrafında müzakirələr gedir. Əslində SWIFT olmadan da edə bilər. Məsələn, tək tərəfli ya da İngiltərə ilə birgə - dollar və funt-sterlinqə əli dəyən Rusiyaya ödəmə etməyəcək. Müxbir hesablar dondurulacaq və Rusiya ilə iş görənin dollara əli dəyməsin. SWIFT onsuz da bankların mesaj sistemidir, pul müxbir hesablardan gedir. Edə bilər bunu, amma hələ etmək istəmir, çünki etsə, deməli, Avropa ilə fikir ayrılığı var və bunu Çin də not edəcək. Əlbəttə, Çinin necə davranacağı da önəmlidir.
Dünən (fevralın 24-də) Bayden dedi dollar, funt-sterlinq, avro, yen və s. ödəmələrini kəsəcəyik. Amma bütün sistemi yox, ayrı-ayrı bankları dedi və dolayı yolla onların müxbir hesablaşmasını çətinləşdirdi. Texnologiya ixracı sanksiyası da qoyuldu. Sonra satınalmalarda Almaniyanın təkidilə neft-qazı qismən saxlasa da, dünən Rus neftini şirkətlər almaq istəməyiblər, bəzi marka spot qiymət hətta mənfi olub. Banklar da kredit məktubu verməyiblər bəzi ticarət anlaşmalarına. Hamı yeni sanksiyalardan qorxur. Uzun sözün qısası, təktərəfli çox şey edə bilərlər və Avropaya da “ya bizdənsiz, ya düşmənsiz” deyə bilərlər. Amma dediyim kimi, indiki hökumətin yanaşması kollektiv qərar almaqdır, ona görə gecikirlər. Bir də dünən iki ölkəni soruşdular - Çindən qoşulmağı istəyəcəksizmi? Dedi ki, komment etməyəcəm. Hindistanı isə dedi, görüşəcəyik. Ola bilsin, Çinlə danışıqlar gedir. Yəni sanksiya məsələsinin kökü budur. Ümid edirəm, əvvəl-axır ya Avropadakı iki-üç ölkəni yola gətirib hamılıqla tətbiq edəcəklər, ya da artıq təktərəfli daha sərt sanksiyaları qoyacaqlar. Sanksiyaları həmişə artırıb sistemi tam qurutmaq olar. Deyəcəksiniz ki, bəs dörd aydır hücumu və ssenariləri dəqiqliklə demişdilər, niyə bu proses o vaxtdan başlamadı? Çünki Avropada buna inanmırdılar. Makron son günlərə qədər sülh danışığı aparırdı, qalanları da inanmırdı. Gərək tanklar hərəkətə keçərdi ki, inanardılar, təəssüf ki"...
(Yeni Müsavat)
Paylaş:
Müəllif : Fuad
Tarix:26-02-2022, 10:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |