"Qiymət artımı yaxın aylarda da davam edəcək" - PİSDİR, amma FAKTDIR!..
"Fitch Rating" və Beynəlxalq Valyuta Fondunun Azərbaycanda illik inflyasiya bağlı fərqli proqnozlar veriblər. Belə ki, "Fitch Rating"in proqnozlarında, bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiyanın 7,6 faiz səviyyəsində olacağı qeyd edilir. Gələn il isə istehlakçı qiymətlərinin artım tempinin azalacağı, illik inflyasiyanın isə gələn ilin sonuna 4,3 faizə qədər yavaslayacagi göstərilir. BVF-nun son proqnozu isə bunun əksini göstərir. Belə ki, cari ildə ölkəmizdə istehlak qiymətləri illik 4,4 faiz, 2022- ci ildə isə 3,2 faiz artacaq.
Mövzu ilə bağlı fikirlərini Bizimyol.info saytına açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, beynəlxalq təşkilatların nüfuzları böyük olduğu üçün, açıqlanan proqnozlar da əsaslıdır. Onun sözlərinə görə, xüsusilə də həmin təşkilatlarda təmsil olunan investorların və analitiklərin qiymətləndirmələri diqqəti cəlb edir: "Bu təşkilatlar kifayət qədər peşəkar olsa da, proqnozları gələcəyə istiqamətlənir. Bəzən də bir çox məqamları özündə əks etdirə bilmirlər. Hətta bəzi təşkilatların öz proqnozlarını zaman-zaman yenilədiklərini görürük".
Artıq ölkədə son 10 aylıq statistikanın da açıklandığını deyən ekspert bildirdi ki, son 1 ildə ölkədə 20 faizdən çox qiymət artımı baş verib: "Ümumi istehlak qiymətlərinin indeksi 10 faiz, ərzaq qiymətlərinin indeksi isə 13,1 faiz artib. Cari ilin yanvar ayı ilə müqayisədə isə ölkədə son 10 ay ərzində 5,7 faizlik artım müşahidə olunur. İstənilən halda Beynəlxalq Valyuta Fondunun aşağı proqnozları öz təsdiqini tapmayıb".
Müsahibimiz hesab edir ki, ilin sonuna qədər yanvar-dekabr inflyasiyaları "Fitch Rating" şirkətinin reytinqinin inflyasiya gözləntilərinə uyğun olması daha realdır: "Çünki həm qlobal miqyasda, həm də idxal vasitəsilə qlobal qiymət dəyişikliklərinin ölkə iqtisadiyyatına və istehlak qiymətlərinə təsiri davam edir və proses davam edir. Biz hər ay qiymət artımının davam etdiyini görürük. Bu ilin oktyabr ayında qiymət artımı sentyabr ayı ilə müqayisədə 1,6 faiz təşkil edib".
Bu artımın yaxın aylarda da davam edəcəyini deyən X.Kərimli hesab edir ki, bu ilin sonunda BVF-nun deyil, "Fitch Rating" şirkətinin proqnozları daha real olacaq: "Yaxın aylarda da hər ay təxminən 1 faizlik qiymət artımı baş versə, "Fitch Rating" özünü doğruldacaq. İnflyasiyanın artmasının əsas səbəbi, qlobal miqyasda əmtəə qiymətlərinin artmasıdır. Bunun da əsas səbəbi, 2020-ci ildə dünyada pandemiyanin artması nəticəsində istehsal dəyər zəncirinin pozulması və dünya ölkələrinin apardığı kəskin ucuz pul siyasətidir. Bu da həm pulun dəyərini öldürdürür, həm də əmtəə qiymətlərini artırır".
Ekspert bununla belə düşünür ki, 2022-ci ilin ikinci yarısından etibarən qiymətlərin stabilləşməsini gözləmək olar: "Təbii ki, növbəti il üçün 4,3 faizlik inflyasiya ilə bağlı "Fitch Rating"in proqnozları daha realdır. Beynəlxalq Valyuta Fondu isə proqnozlarını köhnə qiymətləndirmələr əsasında apardığı üçün öz əhəmiyyətini itirib və reallığı əks etdirmir".
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2021, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |