Ermənistandan Azərbaycan avtomobil yolu çəkiləcək? - GƏLİŞMƏ
Moskvada Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın iclası işə başlayıb.
Oktyabrın 20-21-də keçiriləcək iclasın əsas gündəliyini Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya xətlərinin blokdan çıxarılması, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələləri təşkil edəcək.
“Kommunikasiyaların açılması ilə bağlı müəyyən təsəvvürlərimiz və ilkin razılaşmalar mövcuddur”.
Bu sözləri Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan belə deyib.
Ermənistan Baş nazirinin müavini bildirib ki, kommunikasiyaların blokdan çıxarılması ilə bağlı tənzimləmələr MDB-nin hüquqi bazası əsasında həyata keçiriləcək.
Onun sözlərinə görə, dəmir yolu hissəsinin təmin olunması ilə bağlı müəyyən fikirlər formalaşıb.
“Avtomobil nəqliyyatı məsələlərini müzakirə etməliyik. Ermənistanın prioriteti bütün nəqliyyat kommunikasiyalarının tamamilə blokadadan çıxarılmasıdır”.
Mher Qriqoryanın Moskvaya yola düşməzdən əvvəl “Dəhlizin verilməsi məsələsi müzakirə olunmur” deməsi isə çox güman ki, daxili ictimai rəyə hesablanıb.
Çünki Zəngəzur dəhlizinin açılmasına Ermənistan cəmiyyətində həssas məsələ kimi yanaşılır. Xüsusilə də Zəngəzur bölgəsində müxalifətin elektoratı güclüdür.
Mühafizəkar mövqeyi ilə seçilən Ermənistan Ombudsman Aparatının rəhbəri Armen Tatoyan iddia edir ki, Zəngəzur bölgəsinin sakinləri təhlükəsizlik problemlərindən şikayətlənirlər.
Ombudsman Aparatının yaydığı məlumatda qeyd edilir ki, Azərbaycan tərəfi bölgədə mövqelərini xeyli möhkəmlədib, yeni yollar çəkməkdə, hərbçilərin və silahların sayını artırmaqda davam edir. Hətta Qafan yaxınlığındakı Ağdağ yüksəkliyi Azərbaycan hərbçilərinin nəzarətindədir.
Lakin Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirlyi Ağdağla bağlı deyilənləri təkzib edib.
Bu baxımdan, Paşinyan hökuməti Zəngəzur dəhlizi ifadəsini işlətməkdən çəkinsə də, faktiki olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında yolun açılmasını nəqliyyatın blokdan çıxarılması adı altında təqdim edir.
İlkin mərhələdə hava məkanını açan Azərbaycan ilə Ermənistan arasında dəmir yolu və quru yolları ilə bağlı da analoji razılaşma əldə olunarsa, bu, sülh sazişinin imzalanması istiqamətində mühüm addım ola bilər.
Növbəti mərhələdə isə sərhədlərin delimitasiyası və demarkasiyası gündəmə gələcək. Ancaq Azərbaycanın sülh sazişinin imzalanması, o cümlədən nəqliyyat və kommunikasiyaların bərpası ilə bağlı başlıca şərti Zəngəzur dəhliznin açılmasıdır.
Əgər Ermənistan Zəngəzur məsələsini arxa plana keçirib, Bakı-İcevan dəmir yolunun və həmin istiqamətdə avtomobil yolunun açılmasını təklif edərsə, o zaman danışıqlar prosesi pozula bilər. Rəsmi İrəvanın bu mövqeyi Zəngəzurdan keçməklə həm Ermənistana, həm də Naxçıvan vasitəsilə Türkiyə və Yaxın Şərqə çıxış əldə etmək üçün şimal-cənub nəqliyyat dəhlizinin açılmasına çalışan Rusiyanın maraqlarına ziddir.
Ona görə də Rusiya hakimiyyətinin vasitəçi tərəf kimi Moskvada növbəti razılaşmanın əldə edilməsi üçün Ermənistana təsir göstərəcəyi istisna olunmur.
Üçtərəfli görüşdən bir gün əvvəl Ermənistan rəhbərliyinin nəqliyyat əlaqələrinin açılmasının vacibliyi barədə açıqlamaları, eləcə də Azərbaycanın beş nəfər erməni diversantı təhfil verməsi Moskvada anlaşmanın baş tutmasına yönəlik müsbət jestlər hesab oluna bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-10-2021, 16:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-10-2021, 16:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11