Naxçıvanın enerji sistemi ölkənin ümumi enerji sistemilə əlaqələndiriləcək
"İşğaldan azad edilmiş ərazilərimizin ən qısa müddətdə Azərbaycanın ümumi enerjisisteminə qoşulması, həmin rayonlarda yeni generasiya mənbələrinin yaradılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu tələblərə uyğun olaraq son dərəcə böyük həcmli işlər görülüb və görülməkdədir".
Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.
Onun sözlərinə görə, indiyədək Prezidentin iştirakı ilə Laçın rayonunda gücü 8 meqavat olan “Güləbird” Su Elektrik Stansiyası və Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi gücü 8,7 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları tamamilə yenidən qurularaq istismara verilib: “Hazırda “Kəlbəcər-1” və “Kəlbəcər-2” Kiçik Su Elektrik stansiyalarında yenidənqurma işləri uğurla davam etdirilir. İşğaldan azad edilən ərazilərin ən qısa müddətdə Azərbaycanın ümumi enerji sisteminə qoşulması istiqamətində atılan addımlara əsasən, bu günədək dörd rayonda 110/35/10 kV-luq “Şuşa”, “Füzuli”, “Kəlbəcər” və “Cəbrayıl” yarımstansiyaları tikilərək Prezidentin iştirakı ilə istismara verilib. Həmçinin “Şükürbəyli” yarımstansiyası genişləndirilərək yenidən qurulub, bu enerji obyektindən Şuşaya 75 km uzunluğunda ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib və “Füzuli” yarımstansiyası ilə əlaqələndirilib”.
B. Rzayev bildirib ki, eyni zamanda Daşkəsən rayonundan Murov dağını keçməklə Kəlbəcər rayonuna 70 kilometr uzunluğunda, “Şükürbəyli” yarımstansiyasından isə yeni tikilmiş “Cəbrayıl” yarımstansiyasına 31 kilometr məsafədə ikidövrəli 110 kV-luq elektrik verilişi xətləri çəkilib: “Cəbrayıldan 45 kilometr məsafədə yeni “Qubadlı” yarımstansiyasına, oradan 34 kilometr məsafədə yerləşən yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi və yarımstansiyaların tikinti işləri isə yekunlaşmaq üzrədir. Hazırda “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir, “Ağdam-1” və Ağdam-2” yarımstansiyaları tikilir”.
“Azerenerji”nin prezidenti qeyd edib ki, gələcəkdə “Ağcabədi” yarımstansiyasından 130 kilometr, “İmişli”dən isə 132 kilometr məsafədə “Cəbrayıl” yarımstansiyasına 330 kV-luq hava xəttinin çəkilməsi, oradan isə Naxçıvana 330 kV-luq hava xəttinin aparılması, o cümlədən Cəbrayıl və Naxçıvanda yeni 330 kV-luq yarımstansiyaların tikintisi planlaşdırılıb: “Cəbrayıl rayonunda tikiləcək 330 kV-luq yeni yarımstansiya “Xudafərin” və “Qız qalası” layihələri ilə yanaşı, Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsini təmin edəcək. Laçın və işğaldan azad olunmuş digər ərazilərimizdə 110 kV-luq yarımstansiyaların, əlaqələndirici xətlərin çəkilməsi, Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub. Azərbaycan energetiklərinin çətin iş şəraitində nümayiş etdirdikləri yüksək peşəkarlıq və fədakarlıq işğaldan azad olunmuş ərazilərimizin elektrik enerjisi təchizatının uğurlu həllini daha da yaxınlaşdırır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-10-2021, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-10-2021, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01