Çörək niyə bahalaşdı? - "Maaş verə bilmirik, başqa yolumuz yoxdur"
Bu gün səhər mağazalarda “Nömrə 1” və “Çörəkçi” firmalarının istehsal etdiyi çörəyin qiymətində artım müşahidə olunub.
Hazırda ölkə bazarında birinin qiyməti 40 qəpikdən 5 manatadək olan çörəklər satılır. Bu qiymət müxtəlifliyi çörəyin çəkisi, qablaşdırılması, unun növü ilə bağlıdır. Ən çox satılan qiyməti 40-50 qəpik olan “Zavod çörəyi”dir.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən “Nömrə 1” firmasının satış müdiri Rahim Nizaməddinov bahalaşmanın 7-8 faiz olduğunu bildirib:
“Qiymətlərdə ortalama 7-8 faiz artım var. Məsələn, 40 qəpiklik çörək artaraq 45 qəpik olub, 61 qəpiklik çörək 65 qəpik və s. Son vaxtlar unun qiyməti artdığı üçün bizdə də çörəyin qiyməti artıb. Yağ və şəkər tozunun qiymətinin artımı, ilin əvvəlində dizel yanacağının qiymətinin 33 faiz artımı çörəyin bahalaşmasına səbəb olub. Çörəkləri qablaşdırmaq üçün paketlərdən istifadə edirik. Həmin paketlərin də qiyməti 20 faizdən artıq bahalaşıb”.
Satış müdiri hesab edir ki, belə vəziyyətlərdən çıxış yolu ancaq qiymət artımındadır:
“Bizim zavodda 700-ə yaxın işçi var, onların əmək haqlarını qarşılaya bilmirik. Bizim də başqa çıxış yolumuz yoxdur. Biz də çıxış yolunu ancaq qiymət artımında görürük. Məhz istehsal etdiyimiz çörəyin qiymətinin artımına səbəb unun bahalaşmasıdır”.
Xatırladaq ki, bu gündən etibarən ölkədə “Aİ-95 Premium” və “Aİ-98 Super” markalı avtomobil benzinin də qiyməti artıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2021, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-09-2021, 13:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26