Neft kəskin ucuzlaşsa, hökumət nə edəcək? - Nazirlikdən açıqlama
“Neft sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin hər zaman nəzərə alınmasını tələb edir. Ölkəmizdə neftin hasilatına təsir edə bilən faktorlar kimi, neft quyuları üzrə ortamüddətli dövrdə nəzərdə tutulmayan əsaslı təmir işləri, qazma və hasiletmə üzrə fasilələr, habelə OPEC+ çərçivəsində ölkəmiz tərəfindən hasilatın məhdudlaşdırılması üzrə götürülə bilinəcək öhdəliklərlə bağlı risklər daxildir. Qeyd olunan amillər neft hasilatının həcminin 2-4 faiz azalmasına səbəb ola bilər”.
Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair yaydığı açıqlamada bildirilir. Açıqlamada qeyd edilib ki, neft qiymətlərinin dəyişkənliyinə dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Dövlət büdcəsinin tərtibi zamanı Dövlət Neft Fondunan transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir.
Beləliklə, büdcə gəlirlərinin mühüm komponenti olan Dövlət Neft Fondundan transfertin məbləği neftin qiyməti, hasilat həcmi və valyuta məzənnəsinin dəyişkənliyi ilə bilavasitə bağlı olmadığından növbəti ilin büdcəsinin neft gəlirləri üzrə mədaxili bir növ sığortalanır. Bununla belə, neft qiymətlərinin kəskin düşməsi və bir büdcə ilindən artıq müddət ərzində aşağı səviyyədə qalması Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha surətlə tükənməsinə gətirib çıxara bilər.
Nazirlik qeyd edir ki, neftin bir barelinin orta illik qiymətinin beynəlxalq maliyyə institutlarının və agentliklərinin proqnozlarından aşağı götürülməsi neftin qiyməti ilə bağlı risklərin qarşılanmasına xidmət edir.
"Hesablamalara əsasən, neftin qiymətinin orta hesabla 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik 1,5 milyard manat azalmasına gətirib çıxarır. Neftin bir barelinin satış qiyməti 25 dollaradək düşərsə, icmal büdcənin gəlirləri proqnozla müqayisədə orta hesabla illik 5,9 milyard manat az olmasına səbəb ola bilər",-məlumatda bildirilir.
Maliyyə Nazirliyi əlavə edir ki, neft qiymətlərinin bir ildən yuxarı müddət ərzində baza qiymətdən 10 dollar və daha çox enməsi nəzərdə tutulandan əlavə borclanmanın və ya Neft Fondundan transfertin, yaxud da qeyd olunan hər iki tədbirin kombinasının həyata keçirilməsini şərtləndirir.
"Xərclərin azaldılması ilk növbədə büdcə qanunvericiliyinə uyğun olaraq müdafiə olunmayan xərclərin – investisiya xərclərinin aşağı salınması hesabına təmin ediləcək. Göründüyü kimi, neft qiymətlərinin aşağı səviyyədə olması riskinin mitiqasiyası büdcə xərcləri hesablanarkən neft qiymətlərində konservativ yanaşmanı şərtləndirir",-deyə informasiyada qeyd olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-09-2021, 08:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-09-2021, 08:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti