Azərbaycanda problemli kreditlər kritik həddi iki dəfə üstələdi - SOS
Ölkədə problemli kreditlərin həcmi sürətlə artır, son 1 ayda artım 2,5% olub, indi ümumi kredit portfelinin 6,1%-i problemli kreditlər təşkil edir.
Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. Ekspert bildirib ki, dünyada problemli kreditlər üçün kritik hədd 3% sayılır, bizdə bu həddi artıq 2 dəfədən çox keçilib:
“Ölkə üzrə ən çox problemli kredit Gədəbəy rayonundadır – ümumi kredit portfelinin 14,4%-i problemlidir. Bakı şəhəri üzrə isə bu göstərici 6,4% təşkil edir. Vətəndaşlar da, biznes də götürdüyü krediti qaytarmaqda çətinlik çəkirlər, çünki son 1,5 il pandemiya dövründə hökumət kreditlərlə bağlı ciddi heç bir dəstək proqramı qəbul etmədi, işsizlik və nominal gəlirlərin azalması, kiçik-orta biznesin zəifləməsi, yüksək faizlər problemli kreditlərin artmasının əsas səbəbləridir”.
Maraqla bir məqam da var: Ölkə üzrə ən az problemli kredit Naxçıvandadır - Sədərək rayonuda 1%, Şərurda isə 0,8%. Məncə, əsas səbəb odur ki, Naxçıvanda kreditlərin əksəriyyətini Vasif müəllimin yaxınlarına məxsus olan “NaxçıvanBank” vasitəsi ilə verilib – kim müəllimdən borc götürüb qaytarmaya bilər ki?!”
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2021, 23:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-09-2021, 23:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26