Payızdan Azərbaycanda yeni avtomobillər 5 % bahalaşacaq - AÇIQLAMA
Ötən ilin sonlarından başlayaraq dünya bazarında avtomobillərin qiymətində müəyyən artım müşahidə edilməyə başlayıb. Bu ilin əvvəlində isə ekspertlər açıqlamışdı ki, 2021-ci ilin sonuna qədər avtonəqliyyat vasitələrinin qiyməti modelindən asılı olaraq 5-10 % civarında artacaq. Bahalaşmaya səbəb kimi isə yük konteynerlərinə olan tələbatın artması, pandemiya ilə əlaqədar tətbiq edilən sosial məsafə tədbirləri nəticəsində müəyyən avadanlıqların istehsalının azalması və başqa səbəblər göstərilirdi.
Məsələ ilə bağlı “Report”a açıqlama verən ekspert Eldəniz Cəfərov bildirir ki, tələbin artması bazarda bahalaşmanı yaradan əsas səbəblərdəndir.
E.Cəfərovun sözlərinə görə, ölkələr daha çox xammal ixracatçısı deyil, istehsalçı olmağı məqsəd kimi qarşıya qoyub:
Bu gün ABŞ, Çin, Yaponiya, Almaniya, Koreya və başqa bu kimi ölkələr arasındakı iqtisadi rəqabət güclənib. Bir faktı da qeyd etmək lazımdır ki, pandemiya olmasına baxmayaraq Çin bu il rekord həddə neft alıb. Hətta onlar İranla da yeni müqavilə imzalayıblar. Onlar İrandan da milyardlarla dollar dəyərində neft almağı planlaşdırırlar. Bu bir daha əmtəə və istehlakçı uğrunda da ciddi mübarizənin getdiyini göstərir.
Bu gün “gadget”lərə (xırda avadanlıqlar) maraq o qədər artıb ki, bütün ölkələr onu özü istehsal etmək istəyir. Xüsusən də bu mobil telefon və avtomobil sektorunda müşahidə edilir. Əgər ötən illərin statistikasına fikir versək görərik ki, Çin Avropa ölkələrində daha çox elektromobil istehsal edib satıb. Hazırda bu sahədə əsas rəqabət ABŞ, Çin və Avropa İttifaqı ölkələri arasında gedir.
Bütün bu sadaladıqlarımın nəticəsidir ki, Çin, ABŞ kimi böyük dövlətlərin mal daşımalarına nəqliyyat vasitələri çatışmır. Hətta böyük holdinqlər belə loqistika və daşımaçılıqda çətinliklərlə üzləşirlər. Burada dövlətlərin maraqları toqquşduğu üçün bir sıra şirkətlər yükdaşıma gəmi-bərələri, konteynerlər tapa bilmirlər. Bu səbəbdən də daşımaçılığın qiyməti yüksəlir. Rəqabətin artması səbəbindən öhdəsində 100 və daha çox gəmi-bərə olan şirkətlər bir neçə illik icarəyə götürülür.
Yük dövriyyəsi artsa da bərələrin hərəkət etdiyi yollar məhduddur. Eyni yoldan daha çox yük gəmisi buraxmaq mümkün deyil. Çünki onlar müxtəlif kanallardan keçir. Bu yaxınlarda Suveyş kanalında gəminin ilişib qalması və bu kimi oxşar hadisələr də yükdaşımaların sürətinə təsir edib. Loqistika və daşımaçılığın qiyməti yüksəldiyindən əmtəələrin də qiyməti artır.
Azərbaycan da dünya iqtisadiyyatının bir qoludur və bu səbəbdən də qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür. Yaxşı haldır ki, ölkəmizdə demoqrafik problem yoxdur. Əhalinin sayı normal templə artır, bu isə avtonəqliyyat vasitələrinə olan ehtiyacı da artırır.
Ekspert son illər Azərbaycanın bölgələrində avtomobil alqı-satqısının artdığını qeyd edib:
“Əgər əvvəllər dillerlər yalnız mərkəzdə avtosalon açmağa üstünlük verirdilərsə, son zamanlar bölgələrdə baş verən hərəkətlilik onlara regionlarda da yeni avtomobil satış mərkəzinin açmalarına imkan yaradır. Tələbatın artması müsbət haldır, amma biz çalışmalıyıq ki, ölkəmizə daha müasir və ekoloji cəhətdən təmiz avtomobillər idxal olunsun.
Bildiyiniz kimi bu ildən avtomobillərin beyni deyilən “çip”lərin istehsalı ilə məşğul olan şirkətlər elan elədilər ki, həmin avadanlıqların istehsalında problem yaranıb, defisit mövcuddur. Təbii ki, bu da avtomobillərin bazar dəyərinə təsir etdi və yüksəlmə baş verdi. Payızdan etibarən biz dünya bazarında avtomobil qiymətlərinin daha 5 % yüksəlməsinin şahidi olacağıq. Qiymət artımı əsasən idxalçı ölkələrdə hiss olunacaq. ABŞ, Çin kimi iri istehsalçılar bu yüksəlməni hiss etmir. Ölkəmiz də avtomobil idxalçısı olduğu üçün bu Azərbaycana da təsir edəcək. Payız-qış mövsümündə biz yeni avtomobillərin qiymətində 5 %-lik artıma şahid ola bilərik. Bir daha qeyd edim ki, bu dünyada gedən proseslərlə bağlıdır. Dünyada bahalaşma olacaqsa, Azərbaycana da təsirsiz ötüşməyəcək.
İkinci əl avtomobil bazarında isə qiymətlər hələ də sabitdir. Lakin payızda bizi hansı sürprizlər gözləyəcək onu demək çətindir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2021, 17:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-08-2021, 17:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26