Süni şəkildə azaldılan pensiyaçılar... - Əhali narazıdır... büdcə isə DOLUR!
Tovuz rayon sakini Ələddin Səfərov ötən ilin sentyabr ayından iflic keçirərək yatağa düşüb. İl ərzində aparılan müalicə tərdbirləri müsbət nəticə verməyib və onun səhhəti daha da ağırlaşıb. Hazırda sağ qolunu və başını tərpədə bilir, qalan bütün orqanları funksionallığını itirib. Ə. Səfərov ailənin yeganə gəlir gətirənidir, o yatağa düşəndən ailənin sosial vəziyyəti daha da pisləşib. Həyat yoldaşı Südabə Səfərovanın da xəstəliyə görə aldığı müavinət bu ilin əvvəlində dayandırılıb.
Ailə üzvləri Ə. Səfərovun əllilik müavinəti alması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSM) müraciət edib. Amma nazirliyin Tibbi Sosial Ekspert Komissiyası (TSEK) onun müraciətinə imtina cavabı verib. Cavabda göstərilib ki, yerli tibb qurumundan xəstə haqqında ətraflı məlumat verilməyib. Amma ailə üzvləri bütün sənədləri təqdim etdiklərini, onlarla bərabər əlillik üçün müraciət edən başqa sakinlərə də eyni məzmunlu cavab verildiyini bildirirlər. Nəticədə müavinətdən məhrum edilən yataq xəstəsi çarəsiz vəziyyətdə qalıb. TSEK-dən “Press Klub”a bildiriblər ki, xəstə yenidən əlillik qrupu üçün müraciət etsin, baxacaqlar…
Qeyd edək ki, 2018-ci ildən etibarən ölkədə pensiya və müavinətlərin, əlillik qruplarının kütləvi şəkildə ləğv olunmasına start verilib. ƏƏSM bu kampaniyanı saxta işlərə qarşı mübarizə tədbirləri adlandırır. Amma 3 ildə orataya çıxan nəticə on minlərlə ailə üçün fəlakətli vəziyyət yaradıb.
İqtisadçı Nemət Əliyev bildirir ki, hökumətin “pensiya islahatı” 186 min vətəndaşı pensiya təminatı sistemindən uzaqlaşdırıb. Onun fikrincə, bu göstərici hökumətin sosial kimliyini çox bariz şəkildə ortaya qoyur:
“Əgər 4 il əvvəl ölkədə 1 milyon 328 min pensiyaçı vardırsa, 1 iyul 2021-ci il tarixinə onların sayı 1 milyon 214 min nəfərə düşüb. Ötən müddətdə pensiyaçıların faktiki sayı 114 min nəfər, o cümlədən yaşa görə pensiya alanların sıraları 75 min nəfər, əlilliyə görə pensiya alanların sıraları 31 min nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sıraları isə 8 min nəfər azalıb”.
Lakin bu, hələ hamısı deyil. N. Əliyev bildirir ki, 4 il əvvəl əhalinin 13,7%-i pensiya təminat sistemi ilə əhatə olunmuşdusa, bu gün bu göstərici 12,1%-ə düşüb:
“Əgər hökumət “islahat” sevdasına düşməsəydi, yəni heç olmasa, pensiyaçıların əhali sayına nisbət göstəricisinin qorunub saxlanmasına maneçilk yaratmasaydı, bu gün pensiya təminatı sistemindən yararlananların sayı 1 milyon 400 min nəfərə qədər yüksələcəkdi. 44 günlük müharibədə sağlamlıqlarını itirərək əlil vəziyyətinə düşmüş qaziləri də nəzərə alsaq, bu sonuncu göstəricinin nə qədər real olmasına heç bir tərəddüd qalmaz”.
Ekspertin sözlərinə görə, hökumət həmin 186 min nəfərin hesabına təkcə bu ilin 6 ayında 370 milyon manata yaxın vəsaitə “qənaət” edib:
“Bu 186 min insanın hansı sosial məşəqqətlərə qatlandığını bir özləri, bir də Allah bilər. Amma orası dəqiqdir ki, hökumət həmin 186 min nəfərin hesabına təkcə bu ilin 6 ayında 370 milyon manata yaxın vəsaitə əl qoyub”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-08-2021, 08:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-08-2021, 08:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26