“Bizə birbaşa təsiri olmayacaq, amma”... - Natiq Cəfərli
Radikal terror təşkilatı olan Taliban Əfqanıstanda hakimiyyəti bütünlüklə ələ keçirə bilib. Bütün dünyanın diqqəti hazırda onilliklər boyu daxili müharibələrin cəngində boğulan bu ölkədə baş verən proseslərə cəmləşib. Əfqanıstanda alovlanan yanğının regiona, eləcə də bütövlükdə dünyaya hansı təsirləri olacaq? Bu gün dünya siyasi, iqtisadi analitik mərkəzlərini düşündürən başlıca sual budur.
Bir çox şərhçilər Əfqanıstandan çıxmaqla ölkəni Talibana təslim edən ABŞ-ın xüsusi məqsədlər güddüyü qənəatinə gəlirlər. Hesab olunur ki, Əfqanıstanda qeyri-stabilliyin olması Çinin dünyanı nüfuz dairəsinə almaq üçün həyata keçirdiyi “Bir kəmər - bir yol” layihəsinin icrasına mane olacaq. Son onillikdə az qala bütün dünyada iqtisadi nüfuzunu, bir çox ölkələrdə isə hərbi iştirakını möhkəmləndirən Çini ABŞ öz maraqlarına ən böyük təhlükə hesab edir. Bir qədər gec də olsa, Pekinin siyasi-hərbi məqsədli iqtisadi ekspansiyasının qarşısını almaq üçün hərəkətə keçən ABŞ-ın Çinin ən böyük layihəsini əngəlləmək üçün Əfqanıstanda radikal terrorçu qruplaşmanın hakimiyyəti zəbt etməsinə şərait yaratması kifayət qədər real görünən bir yanaşmadır. Lakin Çinin bölgədəki iqtisadi layihələri, Əfqanıstanla münasibətlərinə nəzər yetirdikdə, Talibanla Pekinin heç də “yad” olmadıqları üzə çıxır. Məsələ burasındadır ki, 1996-cı ildə - Taliban ilk dəfə Kabili ələ keçirəndə Çin hökumətli onunla təmaslar qurmuşdu. Sonrakı dövrlərdə isə özünün yaxın iqtisadi tərəfdaşı olan Pakistan vasitəsilə bu qruplaşma ilə təmaslar davam etdirilib. Hazırda Çin “Bir kəmər - bir yol” layihəsi çərçivəsində Pakistanı verdiyi 10 milyardla dollarlıq borc tələsinə salan Pekinin bu ölkə vasitəsilə Talibana təsir göstərmək imkanları xeyli yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, 2018-ci ildə Pakistanda Talibanın ən tanınmış tərəfdarı olan nüfuzlu din xadimi Mövlana Sami ül-Haq Çini Əfqanıstanda fəallaşmağa çağırmışdı. 2019-cu ildən Çin hakimiyyəti Talibanın Qətərdəki nümayəndələri ilə birbaşa təmaslara başlayıb.
Çinin Əfqanıstandakı iqtisadi maraqları yalnız bu ölkənin ərazisindən tranzit kimi istifadə imkanlarından ibarət deyil. 2007-ci ildən etibarən Çin bu ölkəyə irihəcmli investisiyalar yatırmağa başlayıb. Təkcə Lohar əyalətində yerləşən mis-qızıl yatağının işlənməsinə "China Metallurgical Group" şirkəti 3,5 milyard dollar yatırıb. Bundan əlavə, Çin şirkətləri Əfqanıstanın dəmiryol, neft-qaz layihələrinə irihəcmli sərmayə qoyuluşları həyata keçiriblər. Pekinin Əfqanıstanda hakimiyyətə ən real namizəd olan Talibanla normal münasibətlər qurmadan bu investisiyaları yatırması mümkün deyildi. Nəzərə alsaq ki, Əşrəf Qani hökuməti uyğur problemi ilə bağlı Çinə qarşı təzyiqləri dəstəkləyirdi, o zaman Əfqanıstandakı ABŞyönümlü hökumətin sıradan çıxmasının Pekin üçün heç də arzuolunmaz olmadığını söyləmək olar. Əşrəf Qani həmçinin “Bir kəmər - bir yol” layihəsi çərçivəsində Peşavar-Kabil avtomobil yolunun tikintisinə mane olurdu.
Əfqanıstandakı proseslər Mərkəzi Asiya dövlətlərinin Rusiya nüfuzundan uzaqlaşmaq cəhdlərinə ciddi zərbə ola bilər. Bir tərəfdən Talibanın Əfqanıstanda möhkəmləndikdən sonra nisbətən zəif olan Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistana, nəhayət, Qazaxıstana da nüfuz etməyə çalışmayacağını proqnozlaşdırmaq mümkün deyil. Bu isə həmin dövlətlərin taliblərdən müdafiə olunmaq üçün Rusiyaya, yaxud Çinə yaxınlaşmaq məcburiyyətində qalmalarına gətirib çıxara bilər.
Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi bu ölkələrin iqtisadi planlarına da ciddi zərər vura bilər - onların Çinlə iqtisadi əlaqələrini inkişaf etdirəcək regional layihələrinin mühüm bir qismi Əfqanıstan ərazisindən keçməklə reallaşmalıdır. Talibanın onların həyata keçirilməsinə razılıq verəcəyi ciddi sual altındadır.
Əfqanıstanda baş verənlərin Azərbaycana hansısa təsirləri olacaqmı? Birbaşa iqtisadi təsir cüzi də olsa, gözləniləndir: Azərbaycan ötən il Əfqanıstana 37,7 milyon dollarlıq neft məhsulları satıb. Eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan, Əfqanıstanın birgə yaratdığı Lapis-Lazuli dəhlizi ilə yükdaşımalar getdikcə artırdı. Bundan əlavə, nəzərə alsaq ki, Azərbaycan Çindən Avropaya yükdaşımaların öz ərazisindən keçməklə reallaşmasına çalışır, bu zaman Əfqanıstanda proqnozlaşdırılması çətin olan radikal qruplaşmanın hakimiyyətə gəlməsinin ölkəmiz üçün bir sıra çətinliklər yarada biləcəyini söyləyə bilərik. Söhbət, əlbəttə, iqtisadi çətinliklərdən gedir. Belə ki, Azərbaycan ərazisindən yükdaşımaların həyata keçirildiyi Şərq-Qərb nəqliyyat dəhlizi Mərkəzi Asiya ölkələrinin ərazisindən keçir. Əfqanıstandakı proseslərin bu ölkələrdə yarada biləcəyi siyasi-hərbi problemlər dəhlizdə təhlükəsizlik məsələsini aktuallaşdıra, bu isə yükdaşımaların azalmasına səbəb ola bilər.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Əfqanıstanda baş verənlər regional səviyyədə ciddi problemlər yarada bilər: “Əfqanıstanda baş verən hadisələr onunla sərhədi olan dövlətlərdə qeyri-stabilliyin yaranmasına gətirib çıxara bilər. Amma bu, Çinə aid deyil. Çin hətta Taliban Kabili almamışdan öncə onu tanıyan bəyanatla çıxış etdi. Pekinin bu qüvvə ilə siyasi təmaslarının bir neçə il əvvəldən qurulduğu bəlli məsələdir. Bu baxımdan, Talibanın Çinin regional layihələrinə hər hansı təhdid yaradacağı real görünmür. Amma İran, Tacikistan kimi qonşu ölkələr üçün problemlərin yaranması gözləniləndir. Bu ölkələrdə radikal qrupların aktivləşməsi, stabilliyin pozulması real təhlükədir. Nəhayət, Taliban Rusiya üçün ciddi maliyyə yükü yaradacaq: Mərkəzi Asiya dövlətlərinin bir neçə min kilometrlik sərhədləri boyunca müdafiənin həyata keçirilməsi çox böyük xərclər tələb edəcək”.
Ekspertin fikrincə, Talibanın İranla problemləri yaranarsa, bu, Azərbaycan üçün də dolayı çətinliklər yarada bilər: “İranda radikal qruplaşmaların fəallaşması, daxili stabilliyin pozulması oradakı milyonlarla soydaşımızın Azərbaycana sığınması ehtimalı var. Eyni zamanda əfqan qaçqınların qardaş Türkiyəyə axını başlayacaq. Bu da ölkədə daxili gərginliyin yaranmasına səbəb ola bilər: Suriyadan gələn milyonlarla qaçqını zorla yerləşdirən Türkiyə üçün yüz minlərlə əfqanı qəbul etmək böyük yük olacaq”.
Politoloq Şahin Cəfərli də hesab edir ki, Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi bizə birbaşa hər hansı təhdid yaratmır: “Hazırkı mərhələdə yeganə təhlükə Əfqanıstandan başlayan qaçqın axınının bir ucunun Azərbaycan sərhədlərinə yönəlməsi ola bilər, amma əfqanıstanlıların əsas miqrasiya istiqaməti Türkiyə və Avropadır. Bu baxımdan Türkiyə üçün ciddi iç qarışıqlıq riski var. Türkiyə toplumunun səbri tükənib və qaçqın problemi ilə əlaqədar partlamağa hazır bomba kimidir.
Taliban reallığı Azərbaycanın maraqları baxımından bəzi qeyri-müəyyənliklər və dolayı təhlükələr yaradır. Kabildəki hökumət Azərbaycanın dostu idi, bütün beynəlxalq təşkilatlarda (BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı) bizə birmənalı dəstək verirdi. Taliban hökuməti necə mövqe tutacaq, ümumiyyətlə, bu hökumət beynəlxalq səviyyədə legitimlik qazanacaqmı? Bu, aydın deyil. Dolayı təhlükə kimi sərhədlərimizin yaxınlığında radikal islamın dirçəlməsini qeyd edə bilərik, bunun bütün bölgədə eyni və bənzər ideoloji görüşdə olan qüvvələri ruhlandıracağı şübhəsizdir.
Azərbaycan yəqin ki, ehtiyac olacağı təqdirdə, Pakistan vasitəsilə Talibanla əlaqə qurmağa çalışacaq. Pakistan Taliban üzərində böyük təsir gücünə malik regional oyunçudur. Bu hərəkatın yaradılmasında, güclənməsində Pakistan kəşfiyyatı ISI-nın böyük rolu var. Hazırda Taliban lideri, əmir əl-möminin ünvanı almış Heybətullah Axundzadənin Pakistanda yaşadığı güman olunur, lakin bu adamın kimliyi, ümumiyyətlə, belə bir adamın mövcud olub-olmadığı dəqiq bəlli deyil".
Politoloqa görə, Pakistan Əfqanıstanda normal dövlət qurulmasında maraqlı deyi: “Çünki Əfqanıstanda stabil, güclü paştun dövlətinin qurulması Pakistandakı 40 milyonluq bu etnosu hərəkətləndirə və paştun millətçiliyini tətikləyə bilər. Əşrəf Qəni Hindistanla çox yaxın əlaqələr qurmuşdu və onun devrilməsi Pakistanı yəqin ki, məmnun edib. Amma bununla yanaşı, Pakistan Talibanın tam oturuşub, möhkəmlənməsində də maraqlı olmayacaq.
Ümumiyyətlə, yaxın gələcəkdə Əfqanıstanda Suriyaya bənzər bir vəziyyətin yaranması və vəkalət savaşlarının başlaması ehtimalı böyükdür. ABŞ çalışacaq ki, Çin ətrafında, “Bir kəmər - bir yol” marşrutu üzərində qeyri-sabitlik olsun və qonşuluqda qalib gələn radikal islam Doğu Türküstana da təsir etsin. Çin də öz növbəsində çalışacaq ki, buna yol verməsin, Suriyadakı Türküstan İslam Partiyası döyüşçülərinin Əfqanıstana gəlib, orada mövqe tutmasını əngəlləsin, öz sərhədlərinin, o cümlədən strateji əhəmiyyətli Vahan dəhlizinin və infrastruktur proyektlərinin təhlükəsizliyini təmin etsin. Rusiya çalışacaq ki, KTMT və Avrasiya İttifaqı sərhədlərində İŞİD, “Əl-Qaidə” kimi terror qruplaşmaları güc toplamasın və Orta Asiyaya radikal islam sirayət etməsin. İran çalışacaq ki, Səudiyyə Ərəbistanı liderliyində sünni ərəb dünyasının Talibanla ittifaqı yaranmasın və məzhəb antaqonizminə baxmayaraq, Talibanla praqmatik əsasda stabil münasibətlər qursun".
Ş.Cəfərli hesab edir ki, hadisələrdən ən çox zərər çəkən dövlət Hindistan ola bilər: “Hindistan İranın Çabahar limanı vasitəsilə Pakistandan yan keçməklə Əfqanıstana və Orta Asiyaya çıxan nəqliyyat koridoru yaratmışdı və İranla bu layihəyə 500 milyon dollar investisiya yatırmağı nəzərdə tutan anlaşma imzalamışdı. İndi bu koridorun taleyi nə olacaq, hələlik bilinmir. Hindistan da digər qlobal və regional güclər kimi, hazırda Talibanla təmasdadır.
Talibanın Dohadakı siyasi qanadı hər kəsə zeytun budağı uzadır, heç kimi geri çevirmir. Lakin Taliban homogen bir struktur deyil, tərkibində çeşidli qruplar var. Talibanla bərabər hərəkət edən ultraradikal Hakkani şəbəkəsi də kifayət qədər güclüdür. Bu qruplaşma da Pakistana yaxındır. Yəni Dohadakı nümayəndələrin bütün Talibanı təmsil edib-etmədiyi sual doğuran məsələdir".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2021, 11:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-08-2021, 11:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01