Azərbaycanın yeni iqtisadi rayonlarının bölgüsü nə vəd edir? – Xalid Kərimli
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Dəyişikliyə əsasən, Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Həmçinin Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilərək Şərqi Zəngəzur iqtisadi rayonu adlandırılıb.
İqtisadçı Xalid Kərimli Teleqraf.com-a dəyişikliyi şərh edib.
O bildirib ki, Azərbaycanda iqtisadi rayonlaşma çoxdan mövcuddur: “Ölkə ərazisində rayonlar yaxınlığına, təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatının oxşarlığına, tarixi inkişaf xüsusiyyətlərinə, əhalinin məskunlaşma səviyyəsinə və ərazinin relyefinə görə müəyyən qruplara bölünür. 2010-cu illərdə aparılan təsnifata görə, ölkədə 10 iqtisadi rayon var idi. 2021-ci ildə ölkənin indiki iqtisadi inkişaf prioritetləri və iqtisadi rayonların inkişaf səviyyəsinə görə, yenidən iqtisadi rayonlaşma olub. İqtisadi rayonların sayı 10-dan 14-ə artırılıb. Bəzi rayonlar bölünüb, bəziləri də iqtisadi rayonlara daxil olan inzibati regionlara dəyişdirilib. Başqa sözlə, birindən digərinə keçirdilib. Ümumiyyətlə, iİqtisadi rayonlar İqtisadiyyat Nazirliyinin maraq dairəsindədir. Nazirlik iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə həmin rayonların oxşar xüsusiyyətlərinin statistika, uçot, qeydiyyat kimi məsələlərini ayrı-ayrı aparır. Nazirlikdə bu iqtisadi rayonların inkişafı, vəziyyəti ilə maraqlanın ayrıca şöbələr var”.
Analitik hesab edir ki, həm investisiya planlarının formalaşması, həm də bölgələrin iqtisadi idarəetməsində bu cür rayonlaşma əhəmiyyətlidir: “Maraqlı məqamlardan biri də işğaldan azad olmuş rayonların adları Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsünə salınmasıdır. Yeniliyə əsasən, əvvəllər Dağlıq Qarabağ iqtisadi rayonun adı dəyişdirilərək Qarabağ iqtisadi rayonu elan edilib. Həmçinin Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi (əvvəl Aran rayonun tərkibində olub), Ağdam, Bərdə (əvvəl Aran iqtisadi rayonun tərkibində olub), Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil edilib. Eyni zamanda Zəngilan, Qubadlı, Cəbrayıl (əvvəl Yuxarı Qarabağ iqtisadi rayonun tərkibində olub), Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilərək Şərqi Zəngəzur iqtisadi rayonu adlandırılıb.
Təbii ki, yenilik təkcə Qarabağla yekunlaşmır. Əvvəllər Bakı iqtisadi rayonu Abşeron iqtisadi rayonunun tərkibində idi. Lakin indi ərazi yaxınlığına baxmayaraq ayrıca olaraq Bakı iqtisadi rayonu yaradıldı. Abşeron isə ayrıca Xızı iqtisadi rayonuna (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) çevrilib. Həmçinin Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) yaradılıb. Bundan əlavə, Qazax–Tovuz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan və Şirvan–Salyan iqtisadi rayonları da yaradılıb.
İqtisadi rayonların yenilənərkən bu rayonlara daxil olan inzibati bölgələrin təsərrüfat, biznes, relyef kimi keçmiş ənənələri uyğunlaşdırılır. Bu istiqamətlərdə də hər bir rayonun inkişaf prioritetləri var. Görülən tədbirlər çərçivəsində bu rayonların qeydiyyatı, uçotu, statistikası yenidən formalaşdırılacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 08:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 08:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11