Azərbaycanın pulları niyə xaricə axır - Ciddi kapital axınının ilginc SƏBƏBLƏRİ
Bu ilin ilk 3 ayında Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunub. Ötən ilin ilk rübündə Azərbaycandan 990 milyon dollar məbləğində kapital çıxarılıb. Nəticədə cari ilin ilk rübündə Azərbaycandan kapitalın çıxarılması 29,1% artıb. 2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artaraq 4 milyard 472,2 milyon dollar təşkil edib.
Manatın məzənnəsi sabitdir. Qonşu ölkələrdə isə məzənnələr sürətlə dəyişir
Ölkədən çıxarılan kapitalın artması ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkədən çıxarılan kapitalın daha çox Türkiyədə, Gürcüstanda daşınar və daşınmaz əmlaka, biznesə qoyulması son illərin trendinə çevrilib: "Bu, Azərbaycanda iqtisadi fürsətlərin Türkiyəyə nisbətən daha dar olması ilə bağlı ola bilər. Bu ilin ilk 5 ayının məlumatlarına görə, Türkiyədə daşınmaz əmlak bazarında Azərbaycan vətəndaşları həmişə ilk beşlikdə qərar tutublar.
Ola bilər ki, son illər Azərbaycanda daşınmaz əmlak bazarının dividendlərinin aşağı olması, ümumiyyətlə biznes aktivliyinin zəifləməsi vətəndaşları və iş adamlarını ölkədən kapital çıxardaraq daha gəlirli və daha dividendli sahələrə yatırımlar etməyə sövq edir.
Məsələn, Türkiyədə daşınmaz əmlak bazarında qiymətlər lirə ifadəsində son 2 ildə 30 faizdən çox artıb və qoyulan vəsait avtomatik artım göstərir. Türkiyədə kirayə haqları da bahalaşıb. Azərbaycandan çıxarılan kapitalın artması bunlarla bağlı ola bilər. Son 2-3 ildə bizim bankların xarici borclarının kifayət qədər azaldığının da şahidi olmuşuq. Kapital ixracının istiqamətləri və təyinatı ilə bağlı ciddi məlumat bazasının olmaması ancaq ehtimallar üzərindən fikir bildirməyə imkan yaradır".
"Azərbaycanda manatın məzənnəsi sabitdir. Qonşu ölkələrdə isə məzənnələr sürətlə dəyişir. Qonşu ölkələrdəki dəyişkən məzənnə rejimi müxtəlif maliyyə əməliyyatlarında əlavə dividendlər qazanmaq imkanı və fürsəti yaradır. Bu isə manata təzyiqi artıran amillərdən birinə çevrilir. Kapital axınının olması gələcəkdə manata təzyiqin daha da artmasına səbəb ola bilər", - deyə o əlavə edib.
Azərbaycandan ən çox Türkiyəyə, Azərbaycana isə Rusiyadan pul köçürülüb
Qeyd edək ki, 2021-ci ilin 1-ci rübündə Azərbaycandan ən çox pul köçürmələri Türkiyəyə, Azərbaycana isə Rusiyadan həyata keçirilib. İnterfaks-Azərbaycan-ın məlumatına görə, 2021-ci ilin 1-ci rübündə Rusiyadakı fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 119 milyon 947 min dollar təşkil edib. 2020-ci ilin 3 ayında fiziki şəxslər Rusiyadan Azərbaycana 95 milyon 228 min dollar vəsait köçürüblər. Beləliklə, 2021-ci ilin 1-ci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 26% artıb.
Cari ilin 1-ci rübündə Rusiya Azərbaycana pul köçürmələri həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb, xüsusi çəkisi 52,9% (2020-ci ilin 3 ayında 50,7%) təşkil edib. 2021-ci ilin 1-ci rübündə Azərbaycana cəmi pul köçürmələrinin həcmi 226 milyon 641 min dollar (artım 20,6%) təşkil edib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin Türkiyə (20 milyon 3 min dollar, artım 11%), ABŞ (11 milyon 867 min dollar, artım 17,6%), Böyük Britaniya (8 milyon 76 min dollar, artım 48%) və Qazaxıstan (8 milyon 4 min dollar, azalma 1,5%) daxildir.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,3% azalaraq 121 milyon 952 min dollara geriləyib.
Azərbaycandakı fiziki şəxslər tərəfindən pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında ilk yeri Türkiyə tutub (33 milyon 519 min dollar, artım 27%). 2021-ci ilin ilk 3 ayında Azərbaycandan həyata keçirilən bütün pul köçürmələrinin 27,5%-i (2020-ci ilin I rübündə 21,6%-i) bu ölkənin payına düşüb. Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi 25 milyon 948 min dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 11,5% azdır.
Cari ilin I rübündə Azərbaycandan fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə, həmçinin Gürcüstan (16 milyon 571 min dollar, artım 2,1 dəfə), ABŞ (9 milyon 407 min, azalma 9,4%) və Ukrayna da (5 milyon 428 min dollar, azalma 9,9%) daxildir.
2021-ci ilin 1-ci rübündə tədiyə balansı
2021-ci ilin 1-ci rübündə Azərbaycanın tədiyə balansı üzrə məlumatda bildirilir ki, bu ilin 1-ci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib.
Cari əməliyyatlar balansında 627.7 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 15 milyon dollar profisit yaranıb, ehtiyat aktivləri 325,9 milyon dollar artıb. Bu dövrdə orta rüblük neft qiyməti 52,4 dollar/barel olub, qeyri-neft ixracı isə 11% artıb.
2021-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 627,7 milyon dollar və ya ÜDM-in 5,6%- ni təşkil edib (2020-cu ilin I rübü üzrə 646.3 milyon dollar profisit olub).
Mərkəzi Bankdan ölkədən qanunsuz valyutanın çıxarılması ilə bağlı məlumatlara reaksiya
Xatırladaq ki, bu ilin aprel ayında Mərkəzi Bank Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara aydınlıq gətirmişdi. Mərkəzi Bankın məlumatında deyilirdi ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.
Yoxlanılan dövr ərzində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1,1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb.
Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90%-dən çoxunu avroda olan vəsaitlər təşkil edib. Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb.
Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub.
Bildiririk ki, nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur. Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilib və uçotu aparılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-06-2021, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-06-2021, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01