Bakıya milyonlarla dollar gəlir: - Qazanmağa hazır olun
Bakıda keçiriləcək futbol üzrə Avropa Çempionatının oyunları ölkəyə nə kimi maddi fayda gətirəcək? Belə ki, iuyunda keçiriləcək oyunları izləmək üçün xeyli sayda xarici turistin gələcəyi gözlənilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun AYNA-ya dediyinə görə, ölkəyə gələn hər bir turistin orta hesabla 800 dollar pul xərclədiyi gözlənilir: “Yarışların keçirildiyi günlərdə ictimai-iaşə, xidmət sektoru, otellər turistlərin xərcləyəcəyi puldan xeyli qazanc əldə edəcəklər. Bu da birbaşa ölkə iqtisadiyyatına fayda gətirəcək, xüsusən də kiçik və orta sahibkarlara ödənişin həyata keçirilməsinə imkan verəcək”.
“Bundan əvvəlki təcrübə onu göstərib ki, turistlər futbol oyunlarında iştirak üçün bir neçə gün əvvəldən gəlib, oyundan sonra isə bir neçə gün əlavə olaraq qalıblar. Altmış mindən çox tutumu olan stadionun yarısının azarkeşlərlə dolacağı gözlənilir. Ölkəyə həmin günlərdə yüz minə yaxın tursitin gəlməsi gözlənilir və hər bir turistin 800 dollar xərcləməsini nəzərə alsaq, bu, yalnız həmin gün ərzində ictimai-iaşə, xidmət, eləcə də bank, nəqliyyat sektorlarının səksən milyon dollara yaxın gəlir əldə etməsi deməkdir”, - deyə deputat bildirib.
Bayramov vurğulayıb ki, praktik olaraq bu oyunların keçirilməsi birbaşa səksən milyon dollara yaxın gəlirin əldə edilməsinə imkan verəcək: “Potensial olan isə ölkəyə gələn turistlərin sayının artması və ölkəyə daxil olan vəsaitin daha çox olacağıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya açıqlamasında Avropa Çempionatının çox vacib bir turnir olduğunu deyib: “Bu günə qədər Azərbaycanda keçirilən idman yarışlarının ən maraq doğuranlardan biridir. Futbolun həcmi daha çoxdur. Söhbət dünyada üç milyarda yaxın insanın bəyəndiyi və izlədiyi bir yarışdan gedir. Azərbaycanda stadionların yarıbayarı doldurulması ilə bağlı icazə verilib. 67 minlik stadionda, təxminən 34-35 min azarkeşin olacağı gözlənilir”.
“Bu oyunlarda Türkiyə komandasının da iştirak etdiyini və Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv olunduğunu nəzərə alsaq, qardaş ölkədən çoxlu sayda turistin gələcəyi gözlənilir”, - deyə mütəxəssis söyləyib.
Cəfərlinin sözlərinə görə, Avropa Çempionatı elə bir oyundur ki, dövlətin burada demək olar, xərci çıxmayacaq: “Bunun üçün infrastruktur artıq hazırlanıb. Qonaqların yerləşdirilməsi və qarşılanması ilə bağlı bəzi xərclər ola bilər. Turistlər kifayət qədər gələcəksə, bu, Azərbaycanda kifayət qədər gəlirli bir idman yarışına çevrilə bilər. Çox güman ki, turisti sayı çox olacaq, bir tərəfdən də Türkiyə ilə viza rejiminin ləğvi də burada az rol oynamayacaq”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda Avro-2020-nin Uels-İsveçrə, Türkiyə-Uels və Türkiyə-İsveçrə matçları, həmçinin 1/4 final mərhələsinin bir matçı təşkil olunacaq. Minlərlə azarkeşin də əsasən bu ölkələrdən gəlməsi gözlənilir. Oyunlar 200-dən çox kanalda birbaşa yayımlanacaq. Nüfuzlu oyunlara ev sahibliyinin edilməsi beynəlxalq arenada da yeni imkanlar açacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2021, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2021, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26