Qiymətlərdə artım olacaq: - Hər şey Operativ Qərargahdan asılıdır
Qarşıdakı yay mövsümündə ABŞ və Avropada qabaqcadan mənzil kirayələnməsinin görünməmiş artımı gözlənilir.
“Euronews” xəbər verir ki, “Airbnb” onlayn mənzil kirayəsi platformuna görə, cari ilin birinci rübündə ABŞ-da qabaqcadan mənzil kirayələrinin sayı 52 faiz artıb və hətta pandemiyadan əvvəlki rəqəmləri də üstələyib. Avropada artım bu dərəcədə olmasa da, şirkət vəziyyətin davamlı yaxşılaşdığını bildirib. Buna baxmayaraq, bu ilin necə başa çatacağı hələlik müəmmalıdır. Son vaxtlar turistlərin daha çox böyük şəhərlərdən, izdihamdan uzaq mənzil kirayə etməyə üstünlük verdikləri bildirilir.
Ölkəmizdə xarici turizm açıq elan edilməsə də daxil turizm var, yanvarın sonunda sərt karantin rejimi yumşaldılandan, regionlar, şəhərlər arasında gediş-gəliş bərpa olunandan sonra Azərbaycanda məhdud daxili turizm imkanları yaradılıb. İnsanlar səfərlərini, istirahətlərini məhdudiyyətlərlə də olsa gerçəkləşdirirlər.
Lakin hər il turizm mövsümünün yaxınlaşması ilə evlərin kirayəsində dəyişikliklər müşahidə edilir.
Bəs bu il bölgələrdə evlərin kirayəsində qiymət artımı gözlənilirmi?
Əmlak eksperti Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, əmlak bazarında kirayəyə kiçik otellər axtaran müştərilər artıb, çünki pandemiya dövründə otelçilik sistemi tamamilə çöküb: “Bir çox otellər pandemiya ilə bağlı məcburi xəstəxanaya çevrildi. Hazırda “Formula-1” başlayacaq və bununla bağlı qonaqlar üçün kirayə evlər, daha doğrusu kiçik otellər axtarırılar. Hətta bəzi yerlərdə aylıq evləri kirayəyə götürürlər ki, gələn qonaqlara mərkəz ərazilərdə gündəlik baha qiymətə versinlər. Yay mövsümü gəldiyinə görə, əgər pandemiya ilə bağlı kəskin qərarlar verilməsə, qadağalar tətbiq edilməsə təbii ki, bu bölgələrdəki kirayəlik gündəlik mənzillər, otellər, kafe, restoranlara müsbət təsir göstərəcək. Çünki ötən il sərt karantin səbəbindən rayonlara gediş-gəliş bağlı oldu.
Oradakı gündəlik evlərdən tutmuş torpaq sahələrinin satışına qədər bu sahə şökdü. Onunla paralel həmin ərazilərdəki restoranlar, mehmanxanalar, ümumiyyətlə, kənardan gələn müştərilər hesabına fəaliyyət göstərən, yerli sakinlər işlədiyi sektorların hər 10 obyektin 6-7- si bağlandı. Hətta həmin ərazilərdə Bakıdan Quba, Nabrana gedənlər cərimələndilər. Düşünürəm ki, cari ildə o qədər ağır olmamalıdır. Bölgələrdə, rayon və kəndlərdə hər şey kənd təsərrüfatı demək deyil. Kafe, restoran və evlərin gündəlik kirayə verilməsi oradakı insanların fəaliyyət növünün bir hissəsidir. Bu, veriləcək qərarlardan asılı olacaq, hazırda dünya üzrə stabilləşmə gedir, xəstəliyin sayı nisbətən azalır. Hətta Yunanıstan belə turizmi açıq elan edib, istənilən xarici ölkə vətəndaşı peyvənd vurduraraq əldə etdiyi həmin pasportla turist kimi gələ bilər. Bu ilkin addım idi. Həmçinin Azərbaycan Şərq ölkələri üçün maraqlı bir ölkədir, daha çox turist kimi buraya gəlirlər. Ötən illər də bunu müşahidə etdik”.
Ekspert deyir ki, hazırda bağ evlərinin, həyət evlərinin və bölgələrin kirayəsi başlayacaq, ən çox turizm harada inkişaf edibsə, axın oraya çox olur: “Tək Bakıdan turist getmir, Azərbaycanın bu bölgəsində yaşayan digər bölgəyə istirahətə gedir. Əgər ABŞ, yaxud Avropada evlər əvvəlcədən kirayələnirsə bu o deməkdir ki, orada yaxın zamanlarda hansısa böyük bir tədbir gözlənilir. İdman yarışları, yaxud hər hansı bir tədbirlə bağlı turist axını olacaq. Bizdə də hansısa bir beynəlxalq musiqi fetivalı, idman tədbiri olanda öncədən evləri kirayəyə götürürlər.
Bu sahədə daha çox məşğul olan rieltorlar evləri görürlər, aylıq pulunu alırlar və gündəlik kirayəyə verirlər. Məsələn, mərkəzdə bir evi 1000-1500 manata kirayəyə götürür, onu gündəlik turistlərə 150-200 manata verirlər və qazanc əldə edilər. Bölgələrdə evlərin qiymətləri müxtəlif kateqoriyaya bölünür. Yəni bir günlük qiyməti 200 manata olan ev də, 30 manata olan ev də var. Bu, vətəndaşın büdcəsindən asılıdır. Həmin evlərin qiymətləri əvvəlcədən müəyyən olunur, ancaq qiymət artımı o zaman müşahidə olunur ki, təklif tələbi ötür. Yəni gedən daha çoxdur, yerləşməyə yer yoxdur. Bu zaman qiymətləri avtomatik qaldırırlar. Bu ilin ərzində evlərin çoxu boş qalıb, gedən çox olsa qiymətlərdə artım müşahidə olunacaq. Yay aylarında rayonlarda gündəlik evlərin qiyməti baha olur, qış-payız aylarında bir günlük qiyməti 30 manatdırsa, yay aylarında bu rəqəm 60-100 manat arasında dəyişir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2021, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-05-2021, 11:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26