Türk lirəsi ucuzlaşdı, növbədə manatdır? – Ekspertlərin proqnozu
Türkiyə lirəsi bazar ertəsi dollara nisbətdə 17% ucuzlaşıb. Rusiyanın “Qazprombank”ının mütəxəssisləri hesab edirlər ki, Mərkəzi Bankın rəhbərliyinin dəyişməsindən və yüksək faiz stavkalarından imtina qardaş ölkədə yeni valyuta böhranına səbəb ola bilər. Əslində nə gözləməliyik və bunun Azərbaycan manatına təsiri olacaqmı? – Sputnik Azərbaycan məsələ ilə bağlı iqtisadçıların rəyini öyrənib.
“Alpari” informasiya-analitik mərkəzinin rəhbəri Aleksandr Razuvayev Türkiyədə valyuta böhranını Rusiya da daxil olmaqla bütün inkişaf etməkdə olan bazarlara mənfi təsir edəcək hadisə adlandırıb. Onun fikrincə, bu, risklərdən qorunmaq məqsədilə bazarlardan çəkilmələrə, valyuta və aksiyaların çökməsinə səbəb ola bilər. Xüsusilə, əgər ABŞ Türkiyəyə qarşı simvolik də olsa, sanksiya tətbiq edərsə.
İnkişaf etmiş bazarlar sırasında Türkiyənin zəif bənd olması haqda hələ ötən ilin sonundan yazırlar. İqtisadiyyatı turizmlə sıx bağlı olan ölkələrə COVID-19 pandemiyası güclü zərbə vurdu.
“Rusiya Prezidenti Vladimir Putin isə ölkəsinin vətəndaşlarına Türkiyəyə getməyə icazə verməklə onun iqtisadiyyatına dəstək verdi”, - söyləyən həmsöhbətimiz hesab edir ki, buna rəğmən vəziyyət əvvəlki kimi qalıb.
Razuvayev deyir ki, Türkiyə lirəsinin bugünkü çöküşünə səbəb Prezident Rəcəb Tayyib Ərdoğanın əsas stavkanı artırdıqdan iki gün sonra Mərkəzi Bankın rəhbərini işdən çıxarması olub.
“Cümə günü lirənin məzənnəsi 7.22 dollardan 8.3415 dollara qalxdı, az qala, ötən ilin noyabrındakı tarixi minimumu təkrarlayacaqdı”, - o qeyd edib.
Ərdoğan son iki il ərzində MB-nin artıq üçüncü rəhbərini işdən çıxarır. Sonuncu – Naci Ağbal bu vəzifədə cəmi beş ay işlədi. Əsas stavkanı illik 15%-dən 17%-ə qaldırdıqdan sonra isə işindən oldu.
Ekspert deyir ki, hazırda Türkiyədə milli bankın 5%-lik hədəfinə baxmayaraq, inflyasiya ikirəqəmli həddədir.
MB-nin yeni rəhbəri Şahap Kavcıoğlu Mərmərə Universitetinin professorudur. Razuvayev deyir ki, yeni sədr aşağı stavka tərəfdarı olduğundan sələfinin əməllərini aktiv tənqid edirdi.
“Lirəyə olan etimad MB-nin stavkaları müəyyən müddət yuxarı həddə saxlaması ümidilə qalırdı, amma Ağbal gedəndən sonra o da qırıldı”, - Razuvayev hesab edir.
Kavcıoğlu nəhəng Türkiyə banklarını stavkanı təcili surətdə endirməyəcəyinə əmin etsə də, bazarın etimadını doğrultmaq onun üçün çətin olacaq. Ekspert deyir ki, bütün ümidlər valyuta intervensiyasına qalıb.
Azərbaycan manatına gəlincə, Sputnik Azərbaycan-ın müsahibi deyir ki, çətin ki, onu devalvasiya gözləsin: Bakının ciddi maliyyə ehtiyatı var, üstəlik, neftin qiyməti də özünü pis aparmır.
Azərbaycanda da oxşar qənaətdədirlər. İqtisadçı Fuad Əlizadə əmindir ki, Türkiyə lirəsinin çökməsinin milli valyutamıza təsiri olmayacaq: “Manatın məzənnəsi dollara nisbətdə sabit qalacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2021, 17:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-03-2021, 17:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11