"DSK işsizlərin sayı ilə bağlı statistikanı saxtalaşdırır" - Alim açıqladı
“DSK məşğulluq statistikasında gerçək durumu gizlətmək üçün 2019-cu ildən bağlanmış iş yerlərinin sayından fərdi sahibkarlıq subyektlərində işini itirənləri çıxarıb və bununla da bağlanmış iş yerlərinin sayını saxtalaşdırır”.
İqtisadçı Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin 2020-ci ildə ölkədə iş yerlərinin bağlanması ilə bağlı hesabatını şərh edərkən belə qeyd edib.
Onun sözlərinə görə, həmin dövrdə bağlanmış iş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar olub: “Müqayisə üçün qeyd edim ki, DSK 2019-cu il ərzində ölkədə 9,4 min iş yerinin bağlanmasını açıqlamışdı. Həmin dövrdə bağlanmış iş yerlərinin 39,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar olub. DSK 2020-ci il ərzində ölkədə 129,0 min yeni, 2019-cu ildə isə 192,0 min yeni iş yerlərinin açılmasına dair məlumat yaymışdı. 2020-ci il aprelin 1-dən məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayını açıqlamır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və DSK-da düşünürlər ki, məlumatları gizlətsələr, ölkədə işsizlərin sayı azalacaq”.
“DSK-nın saytında yerləşdirilmiş sorğudan da bəlli olur ki, statistika idarəsinin açıqladığı informasiyalar 13 minə qədər istifadəçinin 40 faizindən çoxunu qane etmir. DSK rəy sorğusunu nəzərə alıb, vəziyyəti düzəltmək əvəzinə, əksinə hər il informasiya çıxışını məhdudlaşdırır”.
Dövlət Statistika Komitəsinin (DSK) son məlumatına görə, 2020-ci il ərzində Azərbaycanda 20,1 min iş yeri bağlanıb.
Bağlanan iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorundadır. İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.
Rəsmi məlumatda həmçinin bildirilir ki, hesabat dövründə ölkə ərazisində 129,0 min yeni iş yerləri açılıb. Bunun 54,9 faizi qeyri-dövlət sektorundadır.
Yeni iş yerlərinin 69,3 faizi Bakının, 0,7 faizi Naxçıvanın, 30,0 faizi digər regionların, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2,0 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-02-2021, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-02-2021, 14:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01