Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? - GƏLİŞMƏ
Azərbaycanın xarici borcu bu il də normal həddə sayıla bilər.
Əgər ötən illə müqayisə etsək, bu il pandemiyanın təsirlərinə baxmayaraq, Azərbaycanın xarici borcunun və onun ÜDM-dəki payının azaldığını müşahidə edərik. Xəbər verildiyi kimi, 2021-ci il yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanın müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində birbaşa xarici dövlət borcu 8,1 milyard və ya ümumi daxili məhsulun 19 faizini təşkil edib.
Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon dollar və ya ÜDM-in 1,7 faizini təşkil edib. Ümumilikdə xarici dövlət borcu isə 8,82 milyard (14,997 milyard manat) və ya ÜDM-in 20,7 faizinə bərabər olub. Daxili dövlət borcu isə 1,942 milyard manat və ya ÜDM-in 2,7 faizinə bərabər olub. Qeyd edək ki, 2020- ci ilin 1 yanvar proqnozuna əsasən, 2020-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının cəmi birbaşa və şərti öhdəliklər üzrə dövlət borcunun həcmi 9 milyard 813,3 milyon ABŞ dollarına (16 milyard 682,6 milyon manata) və ya ÜDM-in 24,5 %-nə bərabər olub. Onun 2,1%-i (1 milyard 450,1 milyon manat) daxili borcun payına düşüb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov "Cümhuriyət”ə açıqlamasında builki proqnozla bağlı deyib ki, Azərbaycanın xarici borcunun faiz göstəricisi hələlik normal həddədir: “Xarici borcun ümumi daxili məhsuldakı payı 35 faizdən artıqdırsa, bu zaman o, təhlükəli hesab olunur. Əgər bu göstərici 60 faiz və ondan artıq olursa, kritik göstərici sayılır. Nəzərə alsaq ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 20 faizə qədərini təşkil edir, o baxımdan ölkə iqtisadiyyatı üçün hər hansı bir təhlükə formalaşdırmır. Çünki bütün dünyada 20 faizli hədd beynəlxalq standartlara əsasən, təhlükəli hədd hesab olunmur. Xüsusən də nəzərə almalıyıq ki, Azərbaycanda xarici borcun tənzimlənməsi ilə bağlı xüsusi strategiya var və Azərbaycan növbəti illərdə də xarici borcun ümumi daxili məhsulun həcmindəki payını tənzimləmək niyyətindədir. Ona görə də hazırkı göstəricinin iqtisadiyyatımıza heç bir neqativ təsiri yoxdur. Azərbaycan bundan sonra çalışmalıdır ki, xarici borcun ümumi daxili məhsuldakı payını tənzimləsin. Bu, çox vacibdir. Pandemiya səbəbindən əksər ölkələrdə xarici borc öhdəliyi artdı və bunun ümumi daxili məhsuldakı payına da təsiri oldu. Amma Azərbaycan pandemiya dövründə xarici borclanmaya getməyən azsaylı ölkələrdən biri idi”.
Millət vəkili hesab edir ki, quruculuq işlərinə sərf olunacaq vəsaitlər də nəzərə alınsa, xarici borcun ümumi daxili məhsuldakı payı 25 faizədək arta bilər: “Maliyyə və İqtisadiyyat nazirliklərinin növbəti illər üçün təqdim etdikləri proqnozlara əsasən, xarici borcun ümumi daxili məhsuldakı payında kəskin artımlar müşahidə olunmur. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün fərqli mənbələrdən vəsaitlərin cəlb ediləcəyi gözlənilir. Amma nəzərə alaq ki, belə hallarda, xüsusən də beynəlxalq təşkilatların əməkdaşlıq praktikası var və Azərbaycan da digər ölkələrin praktikasına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirəcək. Hər halda mövcud strategiyanı nəzərə alsaq, məqsəd ondan ibarətdir ki, növbəti illərdə də işğaldan azad olunmuş ərazilərimizin bərpasına xarici vəsaitlər cəlb olunsa da, xarici borcun ümumi daxili məhsuldakı payı tənzimlənən həddi keçməsin. Yaxın zamanda xarici borcun 30 faizə çatması belə proqnozlaşdırılmır. Tənzimlənən hədd dedikdə xarici borcun ümumi daxili məhsuldakı payının 20- 25 faiz intervalında dəyişəcəyi gözlənilir. Güman olunur ki, bu intervalda xarici borcun ümumi daxili məhsuldakı payının qorunub saxlanılmasına çalışılacaq. Nəzərə alaq ki, xarici borc xarici valyutadadır, ümumi daxili məhsul isə milli valyutadadır. Təbii ki, ümumi daxili məhsulun dollarla ifadəsinə başqa faktorlar da təsir göstərir. Amma mövcud faktorlar çərçivəsində xarici borcun ümumi daxili məhsuldakı payını 25 faizdək olan intervalda saxlamaq mümkündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2021, 15:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-02-2021, 15:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |