Daha bir məhsulun güzəştli sığortası başlayıb: Şərtlər, məbləğlər - FOTO
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fındıq sahələrinin sığortalanması şərtləri açıqlanıb.
Aqrar Sığorta Fondundan verilən məlumatda bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə fındıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Fındıq sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün fındığın 1 hektar sahəsi üçün məhsuldarlıq və məhsulun qiymət normaları müəyyən edilib. Belə ki, fındığın bir hektarı üçün məhsuldarlıq norması 0,1-135 sentner arasında, qiymət isə 350-550 manat/sentner arasında müəyyən edilib.
Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
Aqrar sığorta çərçivəsində fındığın sığortalanması üçün 2 sığorta zərfi təklif edilir. Birinci, “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf fındığı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətlərinin nəticələrindən sığorta edir. İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir. Bu zərf fındığı bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumunun nəticələrindən qoruyur.
Bu sığorta zərflərinin seçilməsi fermer və ya fındıq bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.
Fındığın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
Fermerlər sığorta haqqının onlara aid olan payını hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fındıq sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək. Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, fındıq sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları fındıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu may ayının 10-dək davam edəcək. May ayının 10-dan iyunun 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə fındıq sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək baxış keçirəcək.
Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-01-2021, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-01-2021, 12:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11