BİZNES SEKTORUNUN ÇÖKMƏSİNİN QARŞISI NECƏ ALMAQ OLAR? - İqtisadçıların şərhi
Dövlət büdcəsinin formalaşmasında Neft Fondundan transfertlərdən sonra ikinci əsas yeri vergi və gömrük rüsumlarından daxilolmalar tutur. 2019-cu ildə hər iki istiqamətdən dövlət büdcəsi gəlirləri yüksək səviyyəyə çatsa da, 2020-ci ilin pandemiya səbəbindən durğunluqla keçməsi vergi və gömrükdən daxilolmaların azalacağını qaçılmaz edirdi.
Son günlər açıqlanan statistika da onu göstərir ki, azalma baş verib. Belə ki, Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 milyard manata yaxın vəsait daxil olub. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov twitter hesabında bildirib. Ötən il dövlət büdcəsinə vergi daxilolmaları əvvəlki illə müqayisədə 3,9% azalıb. Qeyd edək ki, 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma - 7,7 milyard manata yaxın olub. 2021-ci ildə isə vergi daxilolmalarının 7,25 milyard manata çatacağı proqnozlaşdırılır.
Bununla yanaşı, 2020-ci il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3,9 milyard manat daxil olub ki, bu da 2019-cu illə müqayisədə 10,7% azdır. DGK-dən verilən məlumata görə, ötən il dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2019-cu il ilə müqayisədə 8,4% azalaraq 1 016 609 min manat təşkil edib. ƏDV üzrə daxilolmalar isə 8,7% azalaraq 2 741 485 min manata bərabər olub. Aksizlər üzrə 2020-ci il ərzində daxilolmalar 42,5% azalaraq 143 511,1 min manat təşkil edib.
Qeyd edək ki, büdcənin hazırki vəziyyəti, dövlət büdcəsinin sosial xərclərinin artması, gəlirlərin azalması, azad edilən ərazilərdə gözlənilən yenidənqurma işləri üçün nəzərdə tutulan xərclər və sair gömrük rüsumları və vergi dərəcələri ilə bağlı yumşalmaları mümkünsüz edir. Halbuki kölgə iqtisadiyyatının mövcudluğu şəraitində iqtisadiyyatın bütünlüklə işıq üzünə çıxarılması üçün ekspertlər vergi dərəcələrinin və gömrük rüsumlarının azaldılmasını və mərhələli şəkildə problem həllini tapdıqca optimal həddə qaldırılmasını təklif edirlər. Çünki pandemiyadan sonra iqtisadiyyatın yenidən bərpası və 2019-cu il səviyyəsinə qalxa bilməsi üçün bəlli bir müddətdə sahibkarlara, hüquqi şəxslərə güzəştlərin edilməsinə ehtiyac var. Həmçinin gömrük rüsumları ilə bağlı da islahatlara ehtiyac var, yerli istehsalı olmayan bir çox məhsullardan ağır rüsum və aksiz vergilərinin götürülməsi bazarlarda bahalaşmanın qarşısını almaq baxımından da məqsədəuyğun olardı.
Natiq Cəfərli: “Vergi qanunvericiliyi daha da sadələşdirilməli və dövriyyədən vergiyə keçid təmin edilməlidir”
Pandemiyadan sonra istehsalın artması, kiçik və orta sahibkarlığın inkişafı, iqtisadiyyatın liberallaşması baxımından vergi dərəcələrinin aşağı salınması zəruridir. Çünki biznes bu müddət ərzində gəlirlərini itirməklə yanaşı işçilərin maaşları, icarə haqları, kredit borcları və sair kimi xərcləri ödəmək məcburiyyətində də qalıb ki, bu da son nəticədə onların çökdürüb. Həmin müəssisələrə yeni nəfəs verilməsi üçün hökumətin təkcə karantin müddətində deyil, həm də postpandemiya dövründə vergi güzəştlərinə getməsi məqsədəuyğun olardı.
İqtisadçı ekspert Natiq Cəfərli də mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda vergi və gömrük rüsumları çoxpilləli sistem əsasında qəliz bir formada qurulub, əsas problem məhz budur: “Məsələn, gömrük rüsumları 0-la 15 faiz arasında dəyişir. Bu isə insan faktorunun ortaya çıxmasına, bir çox hallarda korrupsiyaya yol açır, biznesə maneə yaradır. Ona görə də bu çoxpilləli sistemdən iki və ya üçpilləli sistemə keçmək lazımdır və gömrük rüsumları azaldılmalıdır, sıfır, 5 və 10 faizli gömrük rüsumlarının tətbiqi daha doğru olardı. Sıfır ölkəyə lazım olan, dövlət əhəmiyyətli və ya ölkəmizdə istehsal olunmayan məhsullara tətbiq oluna bilər. 5 faiz ölkədə istehsal olunan, lakin daxili tələbatı tam təmin etməyən məhsullar üzrə tətbiq oluna bilər. 10 faizlik gömrük rüsumu isə ölkədə istehsal olunan məhsullara daxili bazarı qorumaq məqsədilə tətbiq oluna bilər”.
Vergi dərəcələrinə gəlincə, iqtisadçı ekspert bildirdi ki, burada da hüquqi şəxslərlə bağlı çox sayda problemlər mövcuddur: “11-ə yaxın vergi növü mövcuddur, bu da doğru yanaşma deyil. Ona görə də vergi sistemi təkmilləşdirilməli və kifayət qədər sadələşdirilməlidir. Vergi qanunvericiliyi daha da sadələşdirilməli və dövriyyədən vergiyə keçid təmin edilməlidir. Yəni sahələr üzrə yalnız dövriyyə vergisi müəyyən edilir, istehsala daha az - 2 faiz vergi qoyulur, tikintiyə 4 faiz, xidmət sahəsinə daha çox qoyulur - məsələn, 8 faiz. Çünki restorana gedən onun vergisini ödəməyi də düşünməlidir. Dövriyyədən vergi sisteminə keçməklə həm korrupsiyanın qarşısını almaq olar, həm də vergi ödəyicisi mədəniyyətinin yaranmasına səbəb olar”.
Əkrəm Həsənov: “Hansısa dövlət məmuruna və ya oliqarxa söykənən bizneslər var ki, nə vergi, nə də rüsum ödəyir”
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, iqtisadiyyatın, biznes mühitinin əsas problemi vergi dərəcələrinin və gömrük rüsumlarının yüksək olması deyil, burada bərabərliyin təmin olunmaması və bəzi məmur-oliqarxların vergidən, gömrükdən yayınması, qanunsuzluqla yanaşı haqsız rəqabətin formalaşmasıdır: “Mən Azərbaycanda vergi və gömrük rüsumlarının yüksək olduğunu düşünmürəm. Çünki nəyinsə yüksək və ya aşağı olduğunu digər ölkələrlə müqayisədə görə bilərik. O mənada deyə bilərik ki, bizdəki gömrük rüsumları və vergilər digər ölkələrdəkindən yüksək deyil, hətta bəzilərindən azdır. Fiziki şəxslər 7 il müddətinə gəlir vergisindən azad olunub. Başqa da güzəştlər var. Bu baxımdan vergilər və gömrük tarifləri o qədər də yüksək deyil. Bizdə problem ondadır ki, sağlam rəqabət yoxdur. Vergiləri və rüsumları hamı ödəmir və ya hamı bərabər şəkildə ödəmir. Burada hamıya eyni gözlə baxılmır. Bu mənada kölgə iqtisadiyyatını yaradan iki səbəb var. Hansısa dövlət məmuruna və ya oliqarxa söykənən bizneslər var ki, nə vergi , nə də rüsum ödəyir. Doğrudur, bu cür bizneslərin sayı son illərdə xeyli azalıb, ancaq yenə də var. Artıq onlarla rəqabət aparan digərləri də baxır ki, vergi ödəməyənlər rəqabətdə qabağa düşür. Onlar da çalışırlar ki, hansısa yollarla vergidən yayınsınlar. Çünki əgər mən vergi ödəmirəmsə və ya xaricdən mal gətirib gömrük rüsumundan yayındırsam, o zaman mal və xidmətlərimi daha ucuz təklif edə bilirəm. Çünki mənim xərcim daha az olur. Nəticədə sağlam rəqabət pozulur, digərləri də vergidən, gömrükdən yayınmağa çalışırlar”.
Ə.Həsənovun sözlərinə görə, kölgə iqtisadiyyatının geniş yayılmasının da əsas səbəbi bəzi iş adamlarının inzibati gücdən istifadə edərək vergidən yayınma cəhdləridir: “Problem vergi inzibatçılığındadır. Son illər vergidə də, gömrükdə də inzibatçılıq xeyli düzəlib. Tam düzəlməsə də, müəyyən qədər islahatlar getdi. Bu orqanlara son illər kadr axını da baş verdi, yeni gələn kadrların isə məsələlərdən yetərincə başı çıxmır. İnzibatçılıq ciddi olmalı və hamı üçün qaydalar eyni olmalıdır. Hələlik bizdə buna riayət olunmur və kölgə iqtisadiyyatı da bununla bağlıdır. Bütövlükdə isə Azərbaycanda bizneslə məşğul olmağın cəlbedici olmamasının səbəbi başqadır və gömrük rüsumu, vergi ilə bağlı deyil. Vergi və gömrük sisteminin sağlamlaşdırılması avtomatik olaraq ölkədə biznesin inkişafına gətirməyəcək”.
Hüquqşünas qeyd etdi ki, əlverişli və sağlam biznes mühiti üçün əsas şərt qanunçuluq, hüquq-məhkəmə sisteminin etibarlı olmasıdır: “Ən önəmli məsələ qanunçuluqdur. Daşınmaz əmlakla bağlı, mülkiyyət hüququ ilə bağlı çox ciddi problemlər var. Məhkəmələrlə bağlı problemi də dəfələrlə qeyd etmişik. Sahibkarlarda əminlik hissi yoxdur ki, onun əmlakı düz qeydə alınıb, mülkiyyət hüququ qorunacaq, biznesə qoyduğu pul qorunacaq, heç kim onunla qeyri-sağlam rəqabət aparmayacaq, məhkəmələr işinə düzgün baxacaq. Bu baxımdan həm yerli sahibkarlar, həm də xarici investorlar baxırlar ki, vergi və gömrük tarifləri eyni olsa da, Azərbaycanda başqa itkilər çox ola bilər, qeyri-rəsmi xərcləri ola bilər. O zaman çalışırlar ki, Gürcüstanı seçsinlər. Sual yarana bilər ki, bəs niyə indiyə qədər bütün bunlara rəğmən biznesə pul qoyulurdu? Bunun səbəbi odur ki, Azərbaycanda gəlirlilik səviyyəsi yüksək idi. Hətta bütün qeyri-rəsmi xərcləri, itkiləri çıxdıqdan sonra belə sahibkarın normal gəliri qalırdı. Ancaq artıq Azərbaycanda o qədər gəlirlilik yoxdur, sahibkarlar üçün qeyri-rəsmi xərclər, risklər isə dəyişməyib. Bu gün vergi və gömrük sistemində müsbət dəyişikliklər olsa da, hüquq-məhkəmə sistemində, yerli idarəetmədə problemlər qaldıqca, onlar da effektini itirəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-01-2021, 11:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-01-2021, 11:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01