MANAT NECƏ OLACAQ: ABŞ-dakı hadisələr dolları ucuzlaşdıracaqmı? - GƏLİŞMƏ
ABŞ-da prezident seçkiləri ilə bağlı baş verən iğtişaş və qarışıqlıqlar dünya gündəmində hələ də əsas mövzulardan biri olaraq qalmaqdadır. Bir çox ölkələrdə baş verən hadisələr ABŞ demokratiyasına zərbə kimi qiymətləndirilir, hesab olunur ki, bundan sonra bu ölkənin dünya siyasətində, iqtisadiyyatında hegemonluğuna son qoyacaq proseslər başlayacaq. Bu baxımdan, dünyanın bir nömrəli valyutası olan ABŞ dollarının dəyərsizləşəcəyi, əsas tədavül vasitəsi rolunu itirəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bir sıra analitik mərkəzlər yanvarın 20-dən sonra başlanacaq Co Bayden hakimiyyəti dövründə dolların bütün dünyada ucuzlaşmasına gətirəcək addımlar atılacağı qənaətindədirlər. Məsələn, hesab olunur ki, Baydenin pandemiyadan zərər çəkən iqtisadiyyata və ev təsərrüfatlarına yönəlik 3 trilyon dollarlıq yeni dəstək paketi inflyasiya və dolların məzənnəsinin aşağı düşməsi proseslərini sürətləndirəcək.
Dolların ucuzlaşması barədə irəli sürülən proqnozlar nə qədər realdır? Bu proses hansı nəticələrə səbəb ola bilər? İqtisadçı-ekspert Elman Sadiqov bildirir ki, ABŞ-da baş verən son hadisələrə baxış bucaqları fərqlidir: “Demokratiyaya kölgə düşdü deyərkən, ABŞ və Qərb başqa bir şeyi nəzərdə tutur, Rusiya və digər dövlətlər tamam başqa şey. Yəni yanaşmalar çəx kəskin fərqlidir. Ümumilikdə, son hadisələr nəticəsində ABŞ-ın nüfuzunun düşdüyü fikrinə gələnlər də var. Bilirsiniz, dünya çapında bir neçə mühüm proseslər gedir. Bir tərəfdən yaşıl iqtisadiyyat, alternativ enerji prinsipləri getdikcə güclənir, əhatə dairəsi genişlənir. Digər tərəfdən isə dünyanın maliyyə gücləri, qlobalistlər yeni dünya düzəni formalaşdırmağa başlayıblar. Əslində bu proses 11 sentyabr hadisələrindən sonra başlandı, 2008-2009-cu illərin maliyyə böhranı, Ərəb baharı, daha sonar Trampın hakimiyyətə gəlişi ilə prosesdə ciddi dəyişikliklər qeydə alındı. Mən lap əvvəldən o fikirdəyəm ki, Trampın ABŞ-ı əksər beynəlxalq müqvilələrdən, birliklərdən uzaqlaşdırmağa çalışması qeyd etdiyim yeni dünya düzəninin qurulmasının tərkib hissəsidir. Aydın idi ki, ABŞ onun dəstəyi ilə inkişaf edən Avropanı bir sıra mühüm məsələlərdə yanında olmadığına görə cəzalandırmaq istəyəcəkdi. Bu baxımdan, Böyük Britaniyanın Avropa Birliyindən çıxması da gözlənilən idi. Bu addımlar dünyada tamamilə yeni iqtisadi münasibət platformaları, yeni iqtisadi mərkəzlərin formalaşmasının başlanğıcıdır. Bu mərkəzlərdən biri Böyük Britaniya, digəri isə ABŞ olacaq. Yəni dünyada anqlo-sakson idarəçiliyinin yenidən güclənməsi dövrü başlanır”.
Ekspert hesab edir ki, ilk baxışdan, son hadisələrin ABŞ demokratiyasına ciddi zərbə vurduğu görüntüsü yaranır: “Amma bu zərbəni onlar bizim düşündüyümüz formada deyil, tamamilə fərqli formada qiymətləndirirlər. Yaxın gələcəkdə ABŞ-ın bu hadisələrdən çıxarılan dərslər əsasında yürüdəcəyi siyasətin ciddi nəticələri hiss olunacaq. İstər Çinə, istərsə də Rusiyaya qarşı çox sərt siyasətin aparılacağı indidən aydındır. ABŞ əvvəlki nüfuzunu bərpa etməkdə qərarlı olacaq ki, bu da siyasət meydanında ciddi dəyişikliklərə gətirəcək. Təsəvvür edin ki, demokratlar və Baydenin fikrincə, Trampın Çinə qarşı etdiklərinin səs-küyü çox, effekti az olub. Bu isə o deməkdir ki, Bayden dövründə Çinə qarşı daha sərt və daha effektli siyasət yürüdüləcək.
Dolların məzənnəsinə gəlincə, hər bir ölkə çalışır ki, milli valyutası ixracı stimullaşdıracaq məzənnədə olsun. Yəni məsələn, möhkəmlənən manat Azərbaycanın ixrac imkanlarını məhdudlaşdırır. ABŞ uzun illər güclü dollar siyasəti yürüdüb. Bu siyasət Çinin, Yaponiyanın, Cənubi Koreyanın, Avropanın ixracına ciddi təkan verdi. Diqqət yetirsək, açıq görərik ki, Avropa Birliyinin ən güclü çiçəklənmə dövrü ucuz avro zamanında olub. İndi isə ABŞ ucuz dollar siyasətini yürüdür. Çünki dolların dünyanın rezerv valyutasına çevrilməsi ABŞ iqtisadiyyatına zərər vurmağa başlayıb. Bunun qarşısını almaq, ABŞ-ın iqtisadiyyatını daha da gücləndirmək üçün dolların ucuzlaşdırılması zərurətə çevrilib. Lakin ucuz dollar siyasətində uğur əldə etmək çox çətindir. 2020-ci ildə COVID-19 pandemiyası meydana çıxıb iqtisadiyyata dollar burxılışını qat-qat artırdı. ABŞ-ın bu prosesdən əsas gözləntisi dolların ucuzlaşması idi. Lakin Avropa və digər mərkəzlərdə də bu variantı görürdülər və dolların ucuzlaşmasının qarşısını almaq üçün addımlar atıldı. Yəni dünya iqtisadiyyatında hazırda mürəkkəb bir şahmat oyunu gedir".
E.Sadiqovun sözlərinə görə, dünyada maliyyə sahəsində böyük bir pul kütləsi yaranmağa başlayır: “Bu pul kütləsi ilə istənilən əməənin istənilən qiymətinun maliyyə bazarlarında formalaşdırılması prosesi gedəcək. Məsələn, qızılın dünya birjalarında özü deyil, onun mövcudluğunu təsdiq edən kağız sertifikatları ilə alver olunur. Neft bazarında bu əməliyyatı fyuçerslərlə həyata keçirirlər. Və bu ticarətdə ödəniş valyutası olaraq dollar çıxış edir. Buna görə də ucuz dollar bu ticarətin iştirakçılarının marağına uyğun deyil. Ümumiyyətlə, hazırda ABŞ-ın özündən başqa heç bir ölkəyə ucuz dollar sərf etmir. Buna görə də ABŞ-da həyata keçiriləcək 3 trilyon dollarlıq dəstək paketinin dolları ucuzlaşdıracağını söyləmək sadəlövhlük olardı. Təsəvvür edin ki, artıq bir sıra ölkələr dolların ucuzlaşmasının qarşısını almaq üçün addımlar atmağa başlayıblar. Məsələn, Yaponiya Mərkəzi Bankı dolların bahalaşmasının qarşısını almaq üçün valyuta bazarına intervensiya etməyə hazırlaşır. İxracını saxlamaq, artırmaq istəyən bütün ölkələr belə edir: dolları ucuz saxlayır”.
Ekspert bildirir ki, dolların ucuzlaşdırılması son dörd ildə ABŞ siyasətinin əsas prioriteti olub: “Tramp bu vəzifənin öhdəsindən gələ bilmədi və hakimiyyətdən getməli oldu. Bayden çox fərqli bir siyasətlə gəlir və biz hazırda çox böyük dollar buraxılışının şahidi olmaqdayıq, olmağa da davam edəcəyik. Dolların ucuzlaşması çox böyük maliyyə dairələrini, iqtisadi mərkəzləri ciddi şəkildə narahat edir. Bu prosesdən sevinən yalnız neft ölkələridir. Lakin baha neft diqqətin daha çox alternativ enerjiyə yönəlməsinə gətirib çıxarır. Baydenin siyasətində bu məsələ əsas prioritetlərdən biridir. Nəticə etibarilə yaxın 5 ildə yaşıl enerjiyə qoyulan milyardlarla dollar yatırım mütləq öz nəticəsini göstərəcək. Bu baxımdan, Azərbaycanın də nəticə çıxarması lazımdır. Nə dolların ucuzlaşması, nə də dünyada yaşıl enerjiyə marağın, investisiyaların sürətli artımı bizə xeyir gətirən proseslər deyil. Azərbaycan hər iki prosesi dərindən öyrənməli, təhlil etməli və özü üçün konkret fəaliyyət planı hazırlamalıdır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:12-01-2021, 08:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-01-2021, 08:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti