Bahalaşmasaydı yaxşı olardı, amma... - 8 ay yubanan yanacaq qərarı və Qarabağ məsuliyyəti...
Yanvarın 5-idir. Biz hələ səhər açılanda 2021-in ilk iş gününə başlayacaqdıq. Tarif Şurası isə insanlarımız yuxudan qalxıb, işə gedənədək növbəti iclasını keçirib və ayın 5-i başlayan kimi - 00:00-da ilk qərarını elan edib.
Aİ 92 markalı benzin 90 qəpikdən 1 manata, dizel yanacağı isə 60 qəpikdən 80 qəpiyə yüksəlib.
Əlbəttə, istənilən bahalaşma qərarı xalqa sərf etmir. Kimsənin bahalaşma qərarını alqışlaması da mümkün deyil, anormallıq olardı. Eyni zamanda düşünürəm ki, dövlətə, hökumətə də hər hansı bahalaşma qərarları qətiyyən xoş deyil, əgər hansısa başqa bir variant, çıxış yolu olardısa, buna gedilməzdi. Hansı hökumət xalqın hər hansı bir kəsiminin ondan narazı qalmasını istəyər ki?!
Bəlkə də bir çoxlarımıza hökumətin minnəti kimi görünə bilər: Amma məncə, SOCAR təbii qazın da satış qiymətinin artırılmasını təklif etsə də, bunu iqtisadi cəhətdən əsaslandırsa da, (rəsmi açıqlamada belə yazılıb-red.) hökumətin buna “yox” deməsi səmimi davranışdır, pafos deyil. Görünür, bu istiqamətdə balanslaşdırıcı variant tükənmədiyindən və rəsmi açıqlamada qeyd edildiyi kimi, sosial siyasət nəzərə alınaraq, qazın tariflərini artırmamaq mümkün olub. Qazın qiyməti olduqca strateji məsələdir, benzini, dizeli hamı almır, amma qaz elə deyil. Ciddi düşünülüb bunlar təbii ki...
“Bəs Aİ 92 benzinin, dizelin qiymətini olduğu kimi saxlamaq niyə mümkün olmayıb” sualı da ortaya çıxır. Bunu iqtisadçılar daha doğru təhlil edə bilər. Bir təhlilçi olaraq bunu sadəcə təxmin edə və bəzi informasiyalarımı bölüşə bilərəm. Öncə səhihliyinə əmin olduğum informasiyanı bölüşüm. Dəqiq bildiyim bir xəbər odur ki, yanacağın qiymətinin qaldırılması zərurəti ilə bağlı hökumətə hələ 8 ay öncə təklif verilmişdi. Aprel ayında benzin və dizelin bahalaşması gözlənilsə də, ölkə rəhbərliyi pandemiyanın ən çox təsirləri duyulan və əhalinin şokda olduğu bir vaxtda buna getməyə imkan verməyib və ehtiyat vəsaitlər, dotasiyalar, kreditlər hesabına proses tormozlanıb. Daha sonra – sentyabrda müharibə başladı...
Əlbəttə, indi müharibədən çıxmış ölkə anlayışının nə demək olduğunu hər kəs bilir. Geniş izaha ehtiyacı yox. Üstəgəl pandemiya ilə bağlı xərclər...
Görünür, artıq dövlətin təbii olaraq baş verməsi zəruri olan prosesi bir müddət də durdurmaq imkanları olmayıb, yaxud da bunun böyük fəsadları, ziyanları nəzərə alınaraq, qərar verilib. Düşünürəm ki, hökumət bu ziyanları da üzərinə götürsəydi, Qarabağa dair quruculuq planlarında axsama baş verə bilərdi.
Odur ki, bu prosesi Qarabağa görə (2800-dən çox şəhidlərimizin ailələrinin, minlərlə qazilərimizin sosial müdafiəsinin təmini, gücləndirilməsi, ordunun müdafiə qabiliyyətinin, yeni silah-sursatların alınmasını da bura əlavə edək) müəyyən zərbələri həm də xalqla, bütövlükdə dövlətin və cəmiyyətin birgə səyləri ilə aparmaq duyurusu verilir xalqa. Çətindir, bir qədər yükümüz artacaq, dövlətlə paralel. Amma Qarabağ zəfəri, Qarabağı qısa müddətdə abad görmək düşüncəsi, sevinci bütün bu ağırlıqları, yükü də unutduracaq qədərdir, məncə. Qarabağ hamımızındır!..
Kifayət qədər xərci artıb dövlətin. Xalq və dövlət birliyi burada da hərəkətə keçməlidir, hakim olmalıdır. Şəxsən özüm hər ay məvacibimin gücüm çatan faizini Yaşat Fonduna köçürməyi də qətiləşdirmişəm...
***
“Kasıbların benzini” adlandırılan Aİ 92 markalı benzin 10 qəpik bahalaşıb. Sosial şəbəkələrdə bundan elə də çox gileyli deyil insanlar. Ən çox narahatlıq dizel yanacağının 20 qəpik bahalaşmasına görə duyulur. Bu da onunla izah edilir ki, kənd təsərrüfatı texnikaları, daşımaçılıqda istifadə olunan avtomobillər dizel yanacağı ilə çalışır. O səbəbdən kənd təsərrüfatı məhsullarında, nəqliyyat xərclərində, bunun nəticəsi olaraq da ərzaq və qeyri-ərzaq mallarının qiymətində artım olacağı ehtimalları irəli sürülür. Haqlı narahatlıqlardır...
Ancaq bu narahatlıq qismən aradan qalxmış hesab oluna bilər, çünki gecə ikən açıqlama yayıldı ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək.
Ölkə.az-ın əldə etdiyi məlumata görə, kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaq.
***
İndi əsas suallardan biri də odur ki, dizel mühərrikli fərdi avtomobil sahiblərinə də ziyan dəyəcək. Bəli, bu, müəyyən qədər baş verəcək. Ancaq bir incə məqama diqqət edək: Hələ 2019-cu ilin ortalarından elan edilmişdi ki, dünyada dizel avtomobillərinin istifadəsinin azaldılması, məhdudlaşdırılması prosesinə Azərbaycan da əməl etməlidir. 2023-cü ilədək bu məsələdə bir nizam olacağı da deyilmişdi. Çünki dünyada ekoloji tarazlığın pozulmasında dizel mühərriklərin ciddi rolu var. Əksər Avropa ölkələri dizel avtomobilləri müəyyən istisnalarla ümumən qadağan etməyə başlayıb. Əvəzində hibrid maşınlar, elektromobillər istehsalı sürətlənir, dizel mühərriklər ya özü və ya da onun yanacaq növü dəyişdirilir, sıxılmış qazla əvəzlənir.
Hamımız qarşımızda gedən bir dizel mühərrikli (nəzərə alaq ki, Azərbaycandakı dizel maşınların əksəri köhnədir, yanma sistemi düzgün çalışmır) avtomobilin bizi necə “boğmasına” şahidlik etmişik...
Dünyanın əksər ölkələrində bilirsinizmi dizel yanacağı niyə benzin qiymətinə bərabərdir, hətta bir çox yerlərdə ondan bahadır? Məhz ekoloji amillərə görə dizel mühərriklərindən insanların çəkinməsi üçün. Yeri gəlmişkən: Fərdi müqayisə bəlkə də yersizdir. Amma biləsiniz ki, bizim ailəyə də dizel yanacağının bahalaşmasının birbaşa təsiri var. Qardaşımın maşını dizell mühərriklidir. Düzdür, yanacaq sərfiyyatı az olurdu, qiyməti də ucuz idi və yenə də benzindən ucuz olacaq. Amma həmin dizel maşının onun başına açmadığı oyun qalmayıb. Məhz mühərriki. Ona çəkdiyi xərc dizel yanacağının etdiyi qənaətdən iki dəfə çox olur ümumi götürəndə...
***
Müqayisə üçün deyilir ki, hazırda benzin Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir.
Dizel Türkiyədə 1,44 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manatdır.
Kontur-aqrument olaraq deyə bilərik ki, bu ölkələr böyük neft istehsalçısı deyil. Amma dünyanın ən böyük neft istehsalçısı olan Rusiyada Aİ -92 1 manat, dizel 1,12 manatdır.
İranda benzinin çox ucuz olduğu deyilir. Bəli, 2019-cu ilədək belə idi. Ancaq 2019-da İranda benzin 3 dəfəyə yaxın bahalaşıb. Hazırda orada benzin Azərbaycan manatı ilə ekvivalentləşdirsək, təxminən 70 qəpikdir. Bu da onun hesabınadır ki, İranda əksər maşınlar sıxılmış və ya propan qazla çalışır. Benzinə yerli tələbat çox azdır, siyasətləri belədir. Və həm də İran dünyadan təcrid olunmuş, qapalı, əhalisinin azı 50 faizi kasıb yaşayan bir ölkədir. Orada benzinin 70 qəpiyə olması loru dildə desək, elə hesab edin ki, bizdə benzinin 1.7 manata olması qədər ağır məsələdir...
Təbii, bütün bunlara rəğmən qətiyyən deyə bilmərik ki, hökumət əcəb edib benzini bahalaşdırıb, 1 manata çatdırıb. Bunun heç bir iqtisadi fəsadının olmayacağını da iddia etmək mümkün deyil. Ancaq bu fəsadları da şübhəsiz ki, dövlət gözə alıb.
Nəzərə alaq ki, biz qalib və daha sürətli inkişafa qədəm qoyan dövlətik. Nəzərə alaq ki, cəmi 1-2 ay sonra ölkədə - Qarabağda böyük bir tikinti-quruculuq işləri başlayacaq. Nəzərə alaq ki, ölkəyə xeyli sayda Türkiyə, Rusiya, İtaliya və digər dövlətlərin şirkətləri çalışmağa gələcək. Qarabağın abadlaşması işlərinə 10 minlərlə insan cəlb olunacaq və ölkədə yeni bir həyat başlayacaq. Bütün bunların fonunda nə yanacağın qiymətinin artmasını ciddi hiss edəcəyik, nə də hansısa ağır bir iqtisadi-sosial çətinlikləri. Hətta o da istisna deyil ki, dizelin 80 qəpik olması hansısa fəsad verərsə, Prezident dərhal bu məsələyə müdaxilə edəcək, uyğun, balanslaşdırıcı qərarlar, tapşırıqlar, tövsiyyələr verəcək. Bizim tamamilə əmin, arxayın olduğumuz bir liderimiz, Ali Baş Komandanımız var. Ona daim güvənirik...
Qarabağı azad etməyi bacaran dövləti üçün bundan sonra heç bir məsələ axsada bilməz. Bütün problemlərin öhdəsindən gələ biləcəyik. Nikbin olaq.
Təki sağlıq olsun...
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:5-01-2021, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-01-2021, 09:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01